Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                 

Ceyhun Bayramovu xilas edən pandemiya böhranı... - Uğursuzluq seriyası davam edir...
Tarix: 20-05-2020, 09:24 | Çap et
Ceyhun Bayramovu xilas edən pandemiya böhranı...
Koronavirus pandemiyasının bütün sahələri təsiri olsa da, ən çox ölkənin təhsilinə zərər vuracağına şübhə yoxdur. Ona görə ki, artıq 3 aya yaxındır ölkənin bütün tədris-təhsil ocaqlarında dərslər dayandırılıb. Bu müddət ərzində dünyanın müxtəlif ölkələrində uşaq və gənclərin təhsildən geri qalmaması üçün fərqli üsullara baş vurulsa da, Azərbaycan Təhsil Nazirliyinin sayəsində ölkəmiz bu sahədə, xüsusilə “fərqləndi”. Burada ali təhsil ocaqlarını tam şəkildə aid etmək insafsızlıq olar. Ona görə ki, universitetlər öz resursları və bacarıqları ilə nisbətən vəziyyətdən çıxa bildilər.

“Virtual məktəb” portalında qeydiyyatdan keçməyin özü əməlli-başlı problem oldu

Orta məktəblərə gəlincə, “qabaqdan bayram tətili gəlir” düşüncəsi ilə yanaşan Ceyhun Bayramovun uzaqgörənliyi nəticəsində təhsilimiz baş verən fors-major vəziyyətində fəaliyyətsiz qaldı. AzToday.az xəbər verir ki, dünyanın digər ölkələrində dərhal mütəşəkkil şəkildə distant təhsil həyata keçirilsə də, məlum oldu ki, bizdə belə bir hallar üçün təsəvvür belə yoxdur. Məsələn, Rusiyanın paytaxtında bu işlər olduqca mütəşəkkil şəkildə həyata keçirilir.

Biz də isə əvvəlcə bir hazırlıq kursu, daha sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” kanalı vasitəsilə teledərslərə başlansa da, bu dərslərin də həm keyfiyyəti, həm də müddəti şagirdlərin normal bilik qavraması baxımından təsirsiz oldu. Müşahidələr də göstərir ki, indinin özündə də heç bir irəliləyiş qeydə alınmayıb.

AzToday.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verilsə də, bu lap biabırçılıq oldu.. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək olsa da, burada da təcrübəsizlik dərhal özünü göstərdi və nəinki ölkənin rayonlarında olan məktəblərin şagirdləri, heç Bakı şəhərinin məktəblilərinin kifayət qədər hissəsi qeydiyyatdan keçə bilmədilər.

Müəllimlərin qeydiyyatdan keçməsi daha sonra yada düşdü

Məlum olduğu kimi, dünyanın təqdim olunan məsafəli təhsil formalarından ən optimalı isə onlayn təhsildir. Ceyhun Bayramovun işçiləri də bu məntiqdən yola çıxaraq “Virtual məktəb” layihəsinin Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirildiyini ağızdolusu elan etməklə işlərini bitmiş hesab etdilər. Onlar az qala bir neçə ay ərzində şagirdlərin “alim” olacaqları barədə təsəvvür yaratmağa çalşsalar da, şagirdlərin nənki “Microsoft teams” proqramı vasitəsilə qoşulub dərslərdə iştirakını təmin etmək, heç qeydiyyatında da problemləri aradan qaldırmaq istəmədilər. Yəni “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunan və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirən şagirdlərin sayı çox azdır.

Ən maraqlı məqam isə odur ki, həmin proqrama əsasən “Virtual məktəb” portalında müəllimlərin qeydiyyatdan keçməsi daha sonra yada düşüb. Bu proqramın həm şagirdlərin, həm də müəllimlərin qeydiyyatında niyə problem yaratmasına isə C.Bayarmovun əlaqədar işçiləri izah etməkdən boyun qaçırırlar.

Beləliklə, “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi mümkün olmayıb, bir çox vətəndaşlar isə portala qeydiyyata düşə bilmədiklərindən şikayətlənirlər. Halbuki Təhsil Nazirliyinin rəhbərliyi bu layihənin əvvəldən də üzərində işlənilən bir proqram olması deyilir. Bəs nə baş verdi ki, adi qeydiyyat məsələsi həll edilmək mümkün olmur?

“Mədəniyyət” və “ARB-günəş” kanallarındakı teledərslər eyni gündə təkrar verilir, interaktivlik yoxdur və keyfiyyətsizdir

AzToday.az xəbər verir ki, “Microsoft teams” yüzlərlə şirkətin istifadə etdiyi bir proqram olduğu halda, Təhsil Nazirliyinin “Virtual məktəb” platforması da bu proqramdan istifadə edilməsində də nə şagirdlərə, nə də müəllimlərə kömək edib, nəticədə nəinki şagirdlərin bilik alması, heç bu proqramın tətbiqi də baş tutmayıb.

Hələ də “Mədəniyyət” və “ARB-günəş” kanallarında davam edən teledərslərə gəlincə, ənənəvi dərslərdən fərqli olaraq interaktivlik yoxdur, onu əvəz edə bilmir. Bununla yanaşı, eyni dərsləri hər iki kanal eyni gündə müxtəlif vaxtlarda verir ki, bu da C.Bayramovun öz işini rahat tutmasından deyil, yəqin ki, maliyyə məsələlərindən irəli gəlir.

Ən nəhayət, təhsildən bixəbər bu adam yeni şəraitdə də özünün bu vəzifəyə gəlməsi kimi, yalnız təsadüflərlə işləməyi xoşlayır. Ona görə də illərdir distant ali təhsilin diplomlarını qəbul etmədiyi kimi, distant təhslin orta məktəb bazasında lazım gələ biləcəyini də heç vaxt ağlına gətirməyib. Mikayıl Cabbarovun müavini olandan və nazir vəzifəsinə gələndən bəri distant təhsilə də qarşı çıxan, axşam və qiyabi təhsili də ləğv etdirən bu adam təhsil sistemini elə vəziyyətə salıb ki, Eynşteyni də gətirsən ondan başı çıxmayacaq.

Beləliklə, tabeliyində böyük bir müvafiq qurum olmasına baxmayaraq, distant təhsili tətbiq edə bilməyən C.Bayramov distant təhsili tətbiq etmədiyi üçün ənənəvi dərslərə yaxınlaşmaq şansını əldən verdi və interaktivlik təmin olunmadı. Hazırkı durumda Azərbaycanda distant təhsillə bağlı imkanlar yalnız paytaxtda bir qrup şagird yararlana bildiyindən bunun kütləvi tətbiqinin mümkünsüzlüyü ortaya çıxdı.

Ceyhun Bayramovun distant təhsil cəhdi uğursuzluğa düçar olduğu üçün bəhanələrə əl atdı

Yenə də Ceyhun Bayramovun köməyinə xüsusi karantin rejiminin mayın 31-ə qədər uzadılması çatdı. Vəziyyətdən istifadə edib, dərslərin bu yarımildə başlanmasının qeyr-mümkünlüyü barədə məsələ qaldıran təhsil naziri təqdim olunmuş layihədə ənənəvi məktəbdəki kimi qiymətləndirmə mümkün olmadığını etiraf etdi. Əslində heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. Bu dəfə bəhanə üçün Təhsil Nazirliyi elan etdi ki, bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb.

Qiymətləndirməyə gəlincə, distant təhsil uğursuzluğa düçar olduğundan 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur. Nazirin dediyinə görə, 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur. Yəni şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək və onlar növbəti sinifə keçiriləcək.

Təhsil naziri Ceyhun Bayramov söyləyib ki, iyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək və bu onlayn şəkildə baş tutacaq. İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd proqramın neçə mənimsənilməsinin müəyyənləşdirilməsidir. Beləliklə, builki tədris ilinin başa çatmasının elan edilməsi C.Bayramov biabırçılqdan xilas etdi. Ona görə ki, onun həyata keçirdiyi distant təhsilllə qiymətləndirmə aparılsaydı, nəinki yüz minlərlə şagird, ən yaxşı oxuyan bütün uşaqlar da sinifdə qala bilərdilər. Onlayn şəkildə şagirdlər arasında ölçmə və qiymətləndirmənin keçirilməsinə müdaxilə etməsələr, orada da biabır olması qaçılmazdır. Nəticə odur ki, Ceyhun Bayramov sinifdə qaldı.
AzToday.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru