Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                 

ƏVƏZ ZEYNALLININ HƏBSİNİN BİR AYI TAMAM OLDU
Tarix: 29-11-2011, 18:12 | Çap et
ƏVƏZ ZEYNALLININ HƏBSİNİN BİR AYI TAMAM OLDU

BAŞ REDAKTORUN VƏKİLİNİN ƏLİNDƏN SƏNƏDLƏRİ ALINIB

Bu gün Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən bir ay keçir. Bununla bağlı, baş redaktorun hüquqlarının ictimai müdafiəsi ilə bağlı RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.

“Əvəz Zeynallının ictimai müdafiəsi uğurla davam etdirilir. İctimai müdafiə ilə məşğul olan hüquq müdafiəçiləri, jurnalist təşkilatları, media vasitələri istintaqın irəli sürdüyü ittihamın doğru olmadığını tam sübut etdi. İctimai fikir Əvəz Zeynallının sifarişlə həbsini qəbul edib və baş redaktora qarşı irəli sürülən korrupsiya ittihamını qınayır”, - deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

Hüquq müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri baş redaktorun beynəlxalq səviyyədə müdafiəsinin təşkili sahəsində iş aparılmasının vacibliyini qeyd edib. “Əvəz Zeynallının həbsi, Xural qəzetinin fəaliyyəti ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara təqdim ediləcək. Beynəlxalq səviyyədə imzatoplama kampaniyası başlamalı, hökumət və dövlət başçılarına, aparıcı beynəlxalq təşkilatlara müraciətlər qəbul edilməlidir”, - deyə İnsan Hüquqları Uğrunda İctimai Birliyin rəhbəri Eynulla Fətullayev qeyd edib.

“Xural”ın əməkdaşları isə qəzetin çapına imkan verilmədiyini qeyd ediblər. Eyni zamanda, qəzeti hər hansı mətbəə çap etmir. “Xural qəzetinin redaksiyasına Müsavat Partiyası sığınacaq verib, “Demokrat” qəzeti isə texnikasından istifadə üçün icazə verib. Amma qəzeti heç bir mətbəə çap etmir. Çünki Xural qəzetinin çapına imkan verilməməsi ilə bağlı bütün mətbəələrə qeyri-rəsmi göstəriş verilib”, - deyə qəzetin əməkdaşı Əfqan Muxtarlı bildirib.

Eyni zamanda, qəzet əməkdaşları digər bir neçə adda qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün müraciət edib. “Müraciətlərimizə hər hansı rəsmi cavab verilmir”, - deyə qəzetin əməkdaşı Nurəddin Xoca qeyd edib.

Mətbuat konfransında Əvəz Zeynallı ilə vəkilinin istintaq təcridxanasında görüşünün xəlvəti yolla audio yazısının aparıldığı deyilib. “Vəkil Elçin Sadıqovun əlindən Əvəz Zeynallının istintaq təcridxanası barədə məhkəməyə müraciət edəcəyi sənədlər alınıb”, - deyə “Xural”ın əməkdaşı Anar Mahmudoğlu vurğulayıb.

Mətbuat konfransında həmçinin Əvəz Zeynallı ilə bağlı noyabrın 4-dən sonra istintaq işlərinin dayandığı deyilib. “Noyabrın 4-də müstəntiqlə bir nəfər dindirdiyi adam arasında mübahisə düşüb. Dindirilən şəxs bərkdən qışqıraraq deyib ki, o, etmədiyini yaza bilməz və yalandan heç kimin üzünə durmayacaq. Bu qışqırığı vəkil də daxil olmaqla hamı eşidib. Bundan sonra hər hansı istintaq işləri aparılmır”, - deyə Anar Mahmudoğlu qeyd edib.

Əvəz Zeynallı bu il oktyabrın 28-də saxlanıb. Nəsimi rayon məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Əvəz Zeynallı “Xural” qəzeti gündəlik çapa başlayandan və hökumət rəhbərlərini ciddi tənqid edən məqalələrin dərcindən sonra həbs edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Dünən, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru