"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                 

"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
Tarix: 28-02-2013, 09:42 | Çap et
"OLA BİLƏR Kİ, AİLƏ QURMAYIM"
"ƏVƏZİNDƏ ÖZÜMƏ KARYERA QURUM"

Tanınmış teleaparıcı Elnarə Təhməzovanın Milli.Az-a müsahibəsi.

- Rejissorluq fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, rejissor yox, məhz aparıcı oldunuz?

- Mən universitetdə oxuyarkən xalam məni Nərgiz Cəlilova ilə tanış etdi. O da mənə bu sahədə dəstək olacağını dedi. 2001-ci ildə “Space” telekanalında işə düzəldim. Bir müddət orada çalışdıqdan sonra “Lider” kanalının əməkdaşı oldum. Daha sonra dörd ay Türkiyənin “Kanal D” televiziyasında veriliş apardım. Bakıya qayıdandan sonra ANS telekanalından dəvət aldım və indiyə kimi də bu kanalın əməkdaşıyam. Mən əslində ixtisasım üzrə işləmək üçün televiziya kanallarına müraciət etmişdim, lakin məni aparıcılığa uyğun bildilər. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim.

- Bildiyimə görə, seriallardan təklif almısınız. Razılaşmamağınızın səbəbi nə olub?

- Mənə olunan təklifləri dəyərləndirəndə həmişə atamdan məsləhət alıram. O mənim serialda çəkilməyimə razı olmadı. Onun sözündən çıxmadım.

- Bəs əlavə gəlir yeriniz var?

- Əlavə gəlirim tədbirlərdən olur. Apardığım tədbirlərin müqabilində məni qane edən məbləğdə qonorar alıram. El şənliklərinə aparıcı kimi çox dəvət alıram, ancaq getmirəm.

- Sevdiyiniz insan olub?

- Bəli, olub. Sevgi hissi mənə tanış bir hissdir. Qısqanclıq da həmçinin.

- Bəs niyə həmin insanla ailə həyatı qurmadınız?

- Mənim fikrimcə, təkcə sevmək kifayət etmir. Xasiyyətimiz tutmadı. Ona görə də yollarımızı ayırdıq.

- Romantik insansınız?

- Çox romantikəm. Yağışı çox sevirəm. Hər dəfə yağış yağanda pəncərədən çölə baxmaq mənə xüsusi zövq verir. Düşüncələrə dala-dala aforizmlər yazıram. Qismət olsa, həmin aforizmləri bir kitab şəklində çap etdirəcəm.

- Axırıncı dəfə qapınızı nə vaxt elçi döyüb?

- Mənə elçi düşənlərin sayı çox olub. İndi də var. Elə bir ay bundan öncə qohumlarımızdan biri anamdan söz yollamışdı. Mən oğlanı tanımırdım. Lakin qətiyyətlə “yox” dedim. Heç onunla görüşüb söhbətləşməyə də razı olmadım. Nəinki ona, indiyə qədər mənim üçün gələn bütün elçilərə tərəddüd etmədən, qəti bir şəkildə “yox” sözünü demişəm.

- Bu yaşa qədər ailə qurmamağınızın səbəbi nədir?

- Ümumiyyətlə, hələ ki, ailə qurmaq barədə fikirləşmirəm. Əslində hər bir qızın ağlında geyinəcəyi gəlinlik libası, toy mərasimi və s. mövzularda öz fikri, öz xəyalları olur. Amma inanın ki, mən bu şeylər haqqında heç bir zaman düşünməmişəm. Təsəvvürümdə nəsə canlandırmamışam. Mən ərə getmək, ana olmaq xatirinə ailə qurmaq istəmirəm. İstəmərəm ki, ailə həyatım tez dağılsın. Bilirsiniz, efirdə olan insanlar üçün bu əməlli-başlı problem olur. Həyatdır, evlilik alınmayanda deyirlər ki, filankəs elə-belə ailə qurmuşdu, boşanacağı məlum idi və s. Buna görə də mən bu məsələdə tələsmirəm. Hər şeyin incəliklərinə gedib dərin-dərin fikirləşirəm. Götür-qoy edirəm. Yenə də deyirəm, həyatın işini bilmək olmur. Ola bilər ki, ailə qurum və çox xoşbəxt olum. Ola bilər ki, müəyyən müddətdən sonra ayrılım. Ola bilər ki, səhv həyat yoldaşımda olsun, yaxud da əksinə, mən səhv edim.

- Ola bilər ki, heç ailə qurmayasınız?

- Niyə olmur? Ola bilər ki, ailə qurmayım və yalnız özümə karyera qurum. Bu hal istisna deyil. Amma indidən heç nə deyə bilmərəm.

- Ailə quracağınız insan efirlərdən uzaqlaşmağınızı tələb etsə, yerinə yetirəcəksiniz?

- İşimi çox sevirəm. Amma gələcəkdə ailə qurduğum insan məndən bunu istəsə, efirə çıxmamağa hazıram. Onunla bu məsələdə razılaşaram. Ən uzağı, kadrarxası bir işlə məşğul olaram.

- İçinizdəki bütün hissləri asanlıqla dilinizə gətirməyi bacarırsınız?

- Çox rahat bacarıram. Demək istədiyim sözü yerində və vaxtında deyirəm. Heç vaxt ürəyimdə heç nəyi saxlamıram. Çəkinmədən, qorxmadan fikirlərimi ifadə edə bilirəm.

- Gününüzün çox hissəsini nə barədə düşünməklə keçirirsiniz?

- Yalnız və yalnız istirahət, bir də ki, alış-veriş etmək barədə.

- Hazırda çəkiniz nə qədərdir?

- İndi 56 kiloqramam. Yeməyimə fikir verməklə və idmanla məşğul olmaqla çəkimin bir o qədər də artmasına imkan vermirəm. Belə desək, özüm-özümü tənzimləyirəm.

- Sərtliyiniz var?

- Bəzən olur. O da yerinə və zamanına baxır.

- Sizi çox vaxt qısa paltarlarda görürük. Bu özünüzə diqqət çəkmək üçündür, yoxsa?

- Xeyr, kiminsə diqqətini çəkmək üçün belə geyinmirəm. Əgər belə olsa idi, hər gün makiyaj edib, bəzənib-düzənərdim. Qısa paltarlar geyindiyimə görə evdə də məni qınayırlar. Ancaq mən düşünürəm ki, belə geyim tərzi mənə yaraşır.

- Plastik əməliyyatdan istifadə etmisinizmi?

- Bəli, burnumu plastik əməliyyat etdirmişəm. Əslində buna bir əsas yox idi. Məndə kompleks yaratmırdı, görünüşü də normal idi. Sadəcə olaraq dəyişiklik üçün etdim. Öz pulum var idi. Lotereya oynamışdım. Evdə anama deyəndə əvvəlcə narazılığını bildirdi. Lakin onu birtəhər razı salıb əməliyyata girdim. Bundan başqa dodağıma gel vurdurmuşdum. Ancaq sonra götürtdüm.

- Bədəninizin hansı yerindən narazısınız?

- Heç bir yerindən narazı deyiləm. Amma istərdim ki, boyum bir qədər də hündür olsun. O zaman modellik edərdim. Çox istərdim ki, model olum.

- Saçınızın rəngini neçə dəfə dəyişmisiniz?

- Hər həftə dəyişirəm. Ona görə də sayını itirmişəm (gülür).

- Dualarınızda ən çox nə istəyirsiniz?

- Ən çox özümə səbir diləyirəm. Düşünürəm ki, səbrim çox olsa, gördüyüm işlərin nəticəsi də yaxşı olar. Bir də hamı kimi mən də xoşbəxt olmaq, evimin xanımı və gözəl ana olmaq istəyirəm.

- Ev işlərini yaxşı bacarırsınız?

- Evdə təmizlik işlərində aktivəm. Məsələn, yaxşı paltar ütüləməyim var. Amma ütüləyəndən sonra paltarları yerbəyer etmək mənlik deyil. Çünki ərinirəm (gülür). O ki qaldı yemək bişirməyə, bacarıram, amma mən evə gələndə xörək artıq hazır olur. Mənim hazırlamağıma ehtiyac olmur. Ən uzağı, səhərlər özümə yumurta bişirirəm, vəssalam.

- Keçmişinizi bir film kimi təsəvvür edin. Həmin filmə baxanda məhz hansı “kadr”ın üstündə dayanardınız?

- Hansı məqamlarda ki qətiyyətlə “yox” sözünü deyə bilməmişəm, bax həmin “kadr”lara təkrar-təkrar baxardım. Buraxdığım səhvlərə nəzər yetirərdim. Çox vaxt deyirlər ki, dünyaya bir daha gəlsəydim, filan səhvi bir də təkrar etməzdim. Ancaq məncə, insan etdiyi səhvlərin nəticəsində kamilləşir. Öz eyiblərini görə-görə özünü islah edir. Mənim də lazım olan məqamlarda “yox” sözünü qəti bir şəkildə deyə bilməməyim mənim səhvlər etməyimə gəlib çıxarıb. Bu mənim eyiblərimdən biridir.

- İçinizdə bir sıxıntı var sanki. Bu nə ilə əlaqədardır?

- Bəli, içimdə bir sıxıntı var. Amma özüm də bilmirəm niyə. Zamanla keçib gedər, inşallah.

- Sirlərinizi kimlərlə bölüşürsünüz?

- İnanın, elə sirrim olur ki, anama deyirəm, bacım bilir, elə sirr olur ki, bacıma demirəm, anam bilir (gülür). Ümumiyyətlə, mən istəmirəm ki, mənim problemlərimi, sirrimi ətrafımdakı insanlar bilsinlər. Mənim göz yaşlarımı görsünlər. Atam çox vaxt Azərbaycanda olmur. Avropa ölkələrində olur. Amma onu görən kimi içimdəki sözləri ona rahatlıqla deyə bilirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru