“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                 

"ONLARI TANRIYA TAPŞIRIRAM"
Tarix: 22-01-2013, 08:57 | Çap et
"ONLARI TANRIYA TAPŞIRIRAM"
"EVDƏN ÇIXANDA QURANDAN SURƏLƏR OXUYURAM"

İnsanı yaşadan həyat, həyatı insana bəxş edən isə Allahdır. Onun hər birimizə ayırdığı ömür payı əvəzolunmaz və təkrarsızdır. Bu ömrü sadəcə yaşamaq xətrinə yaşayanlar da var, əksinə tarixdə böyük iz qoyanlar da. Həyat duyğulu və duyğusuz insanlarla doludur. Duyğulu insanlar bu dünyaya sığışmırlar, özləri üçün yeni bir dünya axtarırlar, sirli, sehrli bir dünya. Belə bir dünyanı yaşayanlardan biri də Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovadır.

- Məleykə xanım, yəqin ki, sızı oxuculara təqdim etməyə ehtiyac yoxdur.

- Xeyr, elə deyil. Mən istərdim ki, həmişə mənə Məleykə Əsədova deyilsin, çünki Məleykə deyiləndə o an insanların gözü qarşısına Əfsanə gəlir, Jalə gəlir, Kleopatra gəlir, bu gün Mariya Tüdor gəlir, Gültəkin gəlir. Mən həmişə sevinirəm ki, pərəstişkarlarım məni harda görsələr, Əfsanə, ya da Məleykə Əsədova deyə çağırırlar. Bu da mənim üçün çox sevindiricidir ki, tamaşaçılarım soyadımı da yaşadırlar.

- Böyük səhnəyə gedən yol asandırmı?

- Çox çətin bir yoldur teatr səhnəsi. Nəyə qadirsənsə üç, dörd saat ərzində səhnədə bütün istedadını göstərirsən. Oynadığım obrazı tamaşaçılara canlı olaraq yaşadıram. Mən dəfələrlə demişəm, Hollivudda Oskar mükafatı alanların çoxu teatr aktyorlarıdır. Biz aktyorlar neçə-neçə insanın taleyini yaşayır və canlı olaraq göstəririk.

- Məleykə xanım çətin həyat yolu keçmiş obrazları canlandırır. Oynadığı obrazların təsirindən necə, çıxa bilirmi?

- Çox çətin olur. Şirin obrazını oynayan vaxtlarda evə gələndə o cür oturub dururdum və ya Mariya Tüdoru oynayanda onun təsirindən bir neçə gün çıxa bilmirdim. İnternetdən o qadının xarakterinə qədər dolğun məlumat toplamışdım.

- Bu qədər təzadlı obrazlar oynayırsınız. Bəlkə ona görədir ki, həyatla barışa bilmirsiniz?

- Bəli, hər bir obraz ayrı-ayrılıqda həyatıma təsir eləyir. Sizin bu sualınız mənim çox xoşuma gəldi. Mən elə bir təsirə düşürəm ki, uzun müddət bu təsirdən çıxa bilmirəm.

- Sizi başqa ölkələrdən filmlərə dəvət edirlər?

- Bir dəfə Türkiyədən dəvət olub. Mən o vaxt sözümü demişdim ki, sözünü deyə bilən, yadda qalan, çətin bir obraz olarsa gələrəm. Ümumiyyətlə, Məleykə heç vaxt görünmək xətrinə efirə çıxmaq istəmir.

- Yaşınızdan daha da gənc görkəminiz var, bunun sirrini açıqlaya bilərsiniz?

- 1967-ci ildənəm. ürəyimi təmiz və gözəl saxlayıram, pis fikirləri özümdən uzaqlaşdırıram ki, bu da məni gözəl və təravətli saxlayır.

- Həyatda sizə stimul verən kimdir?

- Mənim hər şeyim, stimul verənim anamdan sonra qızım Gülərdir. Demək olar ki, onun üçün yaşayıram.

- Bu qədər səmimi və sadə olduğunuz halda, niyə insanlar sizin özündənrazı olduğunuzu söyləyirlər?

- Reallıqda belə deyil, bu, mənim xarici görkəmimdən irəli gəlir. Bir az da insanlarla çox az qaynayıb qarışıram. Həyatda başıma nə gəlibsə, sadəliyimdən gəlib. Mən torpağıma, vətənimə bağlı bir insanam.

- Sənət dostlarınızdan sizə paxıllıq edən varmı?

- Bəlkə də var, amma mən heç kimin paxıllığını çəkmirəm. Sənət yoldaşlarıma da öz yollarında həmişə uğurlar arzulayıram. Onların uğurları da mənim uğurlarımdır. Bu sualı onların özlərinə versəniz, daha yaxşı olar.

- Həyatda ən yaxın dostunuz kimdir?

- Bacılarım və qızım.

- Gələcəkdə qızınızı hansı sənətdə görmək istəyərdiniz? Ümumiyyətlə, onun kaprizlərinə necə dözürsünüz?

- Mənim arzulardım ki, qızım çox dillər bilsin. Hərdən bir çox çəkilişlərdən qızıma görə etiraz edib, günümün çox hissəsini onunla keçirdirəm. İkinci sinifdə oxuyur, çox dəcəldir, kaprizlərinə də dözürəm və dözməyə də məcburam. Hərdən cəzaları da olur. Dərslərini bilməyəndə şənbə, bazar günləri gəzməyə qoymuram. Əks halda, “Park-Bulvara” və əyləncə mərkəzlərinə aparıram.

- Eşitdiyimizə görə, ailə qurmağa hazırlaşırsınız. Bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, lap əvvəl günlərdən şəxsi həyatım barədə danışmağı sevmirəm. Mən gündəmə şəxsi həyatımla gəlməmişəm. İyirmi iki ildir eyni şöhrətimi saxlayıram. Bu da az zaman deyil. Mən özümü xalqıma sənətimlə, obrazlarımla tanıtmışam. İndi təzə dəbə düşüb, sənətkara obrazlar barədə sual verməkdənsə şəxsi həyat barədə sual verirlər. Axı bu nəyə gərəkdir? Düzdür, tanınmış sənətkaram, şəxsi həyatım da hamını maraqlandırır. Hal-hazırda həyatımı özüm idarə edirəm. İnşallah, nəsə olarsa, yəqin ki, biləcəksiniz...

- Gələcək planlarınız haqda nə deyə bilərsiniz?

- Mən öncədən planlarımı danışmağı xoşlamıram. On səkkiz-on doqquz il komediyada oynamamışam, yalnız dramatik, çətin obrazlar oynamışam. Amma Musiqili Komediya Teatrı məni 2011-ci ildə Qoqolun “Evlənmə” tamaşasında baş rola – Aqafiya Tixinovna obrazını oynamağa dəvət etdi. Tamaşa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Zirvə” mükafatına layiq görüldü və ilin ən gözəl tamaşası seçildi.

- Tez-tez ünvanınıza atmacalı sözlər deyirlər. Buna necə reaksiya verirsiniz?

- Mən öz işlərimlə məşğulam. Zamanım da olmur o sözlərə qulaq asım. Deməli, mən varam ki, mənim haqqımda danışırlar. Birdə ki, barlı ağaca daş atarlar da. Qoy atsınlar.

- Siz Tanrıya bağlı olduğunuzu vurğulayırsınız. Bəs niyə ibadət etmirsiniz?

- Namaz qılmağa hələ hazır deyiləm. Amma hər dəfə evdən çıxanda “Ayətül kürsü”, “Fələq” və “Nas” surələrini oxuyuram. Mən Allahın ətəyindən yapışıram, ona çox möhtacam. Gecə-gündüz həyat yollarımda Allaha şükür eləyirəm. Allahıma bu qədər bağlıyamsa, necə kimlərinsə qəlbini qıra və incidə bilərəm? Lakin mənim ünvanıma mənasız və böhtan sözlər danışırlar. Mən isə həmişə susuram və Tanrımın hökmünə tapşırıram həmin insanları.

- Bu günlərdə “Ay Zaur” verilişində sizin ifanızda çox təsirli bir şeir eşitdim...

- Bu şeir Bəxtiyar Vahabzadənin şeiridir. Ümumiyyətlə, onun yaradıcılığını çox sevirəm. Sonuncu şeirin də adı belədir – “Kimdir mənim düşmənim”. Əgər icazə versəydiniz, ilk və son bəndlərini söyləyərdim.

- Əlbəttə, buyurun.

- Kimdir mənim düşmənim,

Ən qorxulu düşmənim.

Kaş biləydim bunu mən,

O zərbə vurmamışdan.

Kəsəydim yolunu mən,

Özüm öz əllərimlə.

Bir gün bal içirəmsə,

Bir gün zəhər içirəm.

Mən həyat yollarımdan

Ayaqlarımla deyil,

Əqidəmlə keçirəm.

- Teatrda sonuncu işiniz barədə nə deyərdiniz?

- Tamaşanın rejissoru Gümrah Ömərdir. Bu tamaşa 1962-ci ildə səhnəyə qoyulub, rejissoru Tofiq Kazımov olub, baş rolu isə Hökümə Qurbanova oynayıb. Ümumiyyətlə, çox çətin əsərdir. Əsrdə bir dəfə qoyulan tamaşadır. Maria Tüdoru oynamaq üçün böyük istedad tələb olunur. Mən Kleopatra, Züleyxa, Şirin, Gültəkin. Karderia və s. belə çətin obrazları oynamışam. Nəyə qadir olduğumu da öz istedadımla sübut etmişəm. Hələ arzularım çoxdur. İnşallah, oynadığım obrazlar hələ qarşıdadır.

- “Oxu məni”yə arzularınız?

- Həmişə düzlükdən yazsın. Yəni reklam xatirinə yox, sənətkarın sənətini işıqlandırsınlar, onların zəhmətinə dəyər versinlər. Qalmaqallardan yazmasınlar. Mənim “Oxu məni”yə xahişim və ricam odur ki, dedi-qodulara yol verməsinlər. Mən belə şeylərdən çox uzaq bir insanam. Məleykə Əsədovanın elə sənətindən yazsalar, oxuyacaqlar. Arzum budur ki, həmişə adı kimi oxunulsun və mən bütün “Oxu məni” kollektivini tamaşalarıma dəvət edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru