
DAHA İKİ NƏFƏR DƏM QAZINDAN BOĞULDU
Sumqayıtda bir gecədə iki nəfər dəm qazından boğulub.
Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, Tağıyev qəsəbə sakini, 1965-ci il təvəllüdlü Şəhla İbrahimova və şəhərin 4-cü mikrorayonunda yaşayan, 1974-cü il təvəllüdlü Rəna Alışova yaşadıqları evin hamamında dəm qazından boğularaq ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.