“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” .....                     "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" .....                     Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir .....                     “Ricon” MMC aylardır işçilərin maaşını vermir .....                     "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" .....                     Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI .....                     Sülhə Ağ ev TƏMİNATI .....                     Sentyabrda sülh sazişi?... .....                     “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” .....                     İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi .....                     "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" .....                     Quru sərhədlərin açılması ilə bağlı mühüm anons .....                     ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq .....                     Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb .....                     Neftçilər Günü... .....                     Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür .....                     Psixoloqdan yazıçıya cavab: .....                     AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                 

MASALLIDA QAN ÇANAĞI
Tarix: 6-11-2012, 10:37 | Çap et
MASALLIDA QAN ÇANAĞI
YERLİ MƏMURLAR QONŞULARI QAN DÜŞMƏNİ ETDİ

Masallının Qəriblər kəndində məskunlaşmış Cəbrayıldan köçkün Qurban Həşimov qərib olduğu kənddə icra nümayəndəsinin təzyiqlərindən bezərək ölkə Prezidentinə müraciət ünvanladı...

Dünən redaksiyamızda olan Cəbrayıl rayonundan məcburi köçkün Həşimov Qurban Məhəmməd oğlu qəzetimizə geniş müsahibə verdi, həmçinin ölkə Prezidentinə və digər Dövlət qurumlarının rəhbərlərinə ünvanlı müraciətini bizə təqdim etdi. Məlum olur ki, Masallının Qəriblər kəndinin icra nümayəndəsi Vahid Mirzəyev Q.Həşimovu 1993-cü ildən ailəsi ilə məskunlaşdığı bu kənddən qovmaq istəyir. Niyə? “Sənin bu bölgədə nə işin var, get öz torpağına..." deyən icra nümayəndəsinin deyəsən ölkənin qayda-qanunlarından, Prezidentin məlum sərəncamlarından xəbəri yoxdur. Kim bilir, bəlkə də bu kəndin adının Qəriblər olmasının da bir mənası budur ki, burada məskunlaşmış insanlar da nə vaxtsa hardansa köçüb gəliblər deyə, adı “Qəriblər" qalıb. İndi bu Qəriblər kəndinin baş biləni-icra nümayəndəsi bir məcburi köçkün ailəyə göz verib işıq vermir. Səbəbi aşağıdakı şikayət ərizəsində ətraflı açıqlanıb...

İcra nümayəndəsi niyə kənddə qan çanağı yaratmaq istəyir?

Şikayətçi Q.Həşimovun şikayət məktubunu olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə!

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova!

Respublikanın ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova!

Dövlət Əmlak Komitəsinin sədri cənab K.Həsənova!

Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Q.Məmmədova!

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Ə.Həsənova!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Masallı rayonunun Qəriblər kəndində əskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Həşimov Qurban Məhəmməd oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Mən 1993-cü ildə, Cəbrayıl rayonu işğal olunandan sonra ailəmlə birlikdə Masallı rayonunun Qəriblər kəndində məskunlaşmışam. 2008-ci ildə Qəriblər kəndi ünvanında yerləşən ləğv edilmiş “Azərsutikinti” DK-nın 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrini “Mülkiyyət” qəzetində elan olunmuş hərrac yolu ilə dağılmış binasını və torpaq sahəsini 29.251 manata özəlləşdirərək almışam. Bu zaman bütün qanuna uyğunluqlara əməl edərək dövlətin lazım olan rüsumlarını ödəmişəm. Aldığım əmlakın ümumi torpaq sahəsi bina ilə bir yerdə 11.050 kv.m.-dir. Hazırda da ləğv edilmiş “Azərsutikinti” DK-nın 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahəsinin inzibati binasında yaşayıram və torpaq sahəsində müəyyən işlər görmüşəm. Lakin Masallı rayon İcra Hakimiyyətinin Qəriblər kəndi üzrə artıq sabiq icra nümayəndəsi Vahid Mirzəyevin birdən-birə yadına düşüb ki, bu yer və bina ona da lazım imiş. Odur ki, mənə əvvəlcə “Sənin bu bölgədə nə işin var, get öz torpağına...” deyərək müxtəlif formada təzyiqlər etməsinin əhəmiyyətsiz olduğunu görən V.Mirzəyev sonra əyri yollarla məhkəmə instansiyalarına üz tutaraq binanı və torpağı ələ keçirmək niyyətinə düşüb. Hər yerdə də bildirir ki, Həşimov Qurban Cəbrayıldan bura qaçqın gəlib. Ona görə də onun Masallı torpağında yaşamağa haqqı yoxdur.

Hörmətli cənab Prezident!

Mən bilmək istəyirəm: məgər Masallı rayonu Azərbaycan torpağına və dövlətinə aid deyil? Yoxsa, 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “Talış-Muğan Respublikası” hələ də fəaliyyət göstərir? Ancaq bildiyimizə görə “Talış-Muğan Respublikası” elə yarandığı andan ümummilli lider Heydər Əliyev tərəfindən darmadağın edildi, Ə.Hümbətov həbs edildi, sonra isə əfv edilərək Avropa ölkələrinə çıxıb getdi. Məlum separatçı lider Əlikram Hümbətov həbs ediləndə nəinki Masallıda, bütün cənub zonasında insanlar Heydər Əliyevin bu addımını alqışladı. Ancaq indi görünür ki, bu addımı alqışlamayanlar da var imış. Bunlar isə Vahid Mirzəyevin özü və 4 qardaşı, həmçinin 3 qaynıdır.

“Vahid Mirzəyev mənə təklif etdi ki, 50 min dollar verirəm, sən o yerdən çıx. İstəməsən, həmin 50 min dolları Xətai rayon Məhkəməsinin hakimi (2011-ci ildə) İlqar Qaralova verib hərracın nəticələrini ləğv etdirəcəyəm”

Bu insanlar birləşərək bildiriblər ki, mənə Masallı torpağında yaşamağa imkan verməyəcəklər. Onun üçün də bir çox məhkəmələri pulla ələ alaraq mənim qanuni mülkümü və torpağımı əlimdən almağa çalışırlar. Maraqlıdır ki, bütün bu qanunsuzluğa əyri yollarla nail olurlar. Bunun üçün Bakıda müxtəlif vəzifəli insanlardan istifadə etməkdən də çəkinmirlər. Vahid Mirzəyev camaat içərisində şaiyə buraxır ki, Prezident Aparatında elə adam tapmışam ki, bütün bu kimi qanunsuzluqlara qanuni don geyindirmək imkanı var. Kimin belə problemli işi varsa, kömək etməyə hazıram və s. Hətta yersiz yerə bir çox vəzifəli adamların adını da çəkir. Məsələn, məhkəmədən qabaq Bakıda “28 may” metro-stansiyası ərazisində rastlaşarkən mənə təklif etdi ki, 50 min dollar verirəm, sən o yerdən çıx. Sən istəməsən, həmin 50 min dolları Xətai rayon Məhkəməsinin hakimi (söhbət 2011-ci ildən gedir) İlqar Qaralova verib, sənin hərracını ləğv etdirəcəyəm.

Hörmətli cənab Prezident!

V.Mirzəyev qanuni mülkümü və torpağımı əlimdən almaq üçün əvvəlcə Masallı rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə mənim bütün sənədlərimin qaydasında olduğunu görüb, onun iddiasını rədd etdi. Sonra V.Mirzəyev Şirvan İnzibati İqtisad Məhkəməsinə müraciət etdi. Məhkəmə baxışı zamanı V.Mirzəyevin vəkili hakimlə söhbətdən sonra onlara məlum oldu ki, qanun mənim tərəfimdədir və qanuni də qərar çıxarılacaq. Qanuni qərar da mənim xeyrimədir. Bunu belə görən V.Mirzəyev şikayətini geri götürdü. Söz verdi ki, bir daha bu qərəzli əməllərini təkrarlamayacaq. Lakin sonradan yuxarıda dediyi kimi, Xətai rayon Məhkəmsinə müraciət etdi. Özü əvvəldən demişdi ki, İlqar Qaralov işi görəcək... İş doğrudan da hakim İlqar Qaralovun icraatına verildi. Lakin İ.Qaralov məzuniyyətə getdiyindən işi hakim Leyla Talıbova qəbul etdi. L.Talıbova isə V.Mirzəyevin qanunsuz iddiasını qismən təmin etdi.

“Bakı Apellyasiya Məhkəməsinin hakimi İsa İmayılov xəstəliyim haqqında göndərdiyim arayışı nəzərə almadan, vəkilimin məhkəmədə iştirakı olmadan qanuni yolla aldığım mülkün və torpağın hərracını bir göz qırpımında ləğv etdi”

Mən bu qərarla razılaşmayıb Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. Bu instansiya məhkəməsi isə görünməmiş bir qanunsuzluğa əl atdı. Belə ki, apellyasiya məhkəməsinin hakimi İsa İmayılov mənim xəstəliyim haqqında göndərdiyim arayışı nəzərə almadan, mənim və vəkilimin məhkəmədə iştirakı olmadan qanuni yolla aldığım mülkün və torpağın hərracını ləğv etdi. Qalmışdım mat-məəttəl! Sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdim. Axı mən Dövlət Əmlak Komitəsinin qanuni hərracından qanuni pul ödəməklə və özəllişdirməklə ləğv edilmiş idarənin köhnə binasını almışdım. Burada nə səhv ola bilərdi?

Vəziyyətin bu həddə çatdığını-haqsızın pulunun, mənim isə qanuni sənədlərimin olduğunu görüb və haqlı olduğumu sənədlərlə sübut etmək üçün Ali Məhkəmənin sədri Ramiz Razayevin qəbulunda oldum. Çox təəssüf ki, R.Rzayevə müəyyən qüvvələr mənim işim barədə düzgün məlumat verməmişdilər, doğru məruzə edilməmişdi. Ona görə də bu Ali Məhkəmə orqanı da bütün qanuni sənədlərimə əhəmiyyət vermədən, əlüstü apellyasiya məhkəməsinin qanunsuz qərarını qüvvədə saxladı.

“1993-cü ildə Cəbrayıldakı evimi, torpağımı ermənilər aldılar. İndi isə Vahid Mirzəyev qardaşları və qohumları ilə birləşib məhkəmə hakimlərinin ədalətsiz qərarları ilə məni qanuni mülkümdən və torpağımdan çıxartmaq istəyirlər”

Hörmətli cənab Prezident!

Son ümid yerim olaraq Sizə müraciət edirəm. Mənim pozulmuş hüquqlarımın bərpasına kömək edin. Yəni doğurdanmı mənim bir məcburi köçkün olaraq Azərbaycan torpağında yaşamağa haqqım yoxdur? 1993-cü ildə Cəbrayıldakı evimi, torpağımı ermənilər aldılar. İndi isə Vahid Mirzəyev qardaşları və qohumları ilə birləşib məni məhkəmə hakimlərinin qanunsuz qərarları ilə qanuni mülkümdən və torpağımdan çıxartmaq istəyirlər. Mən elə bilirdim ermənilər orda imiş. Sən demə, onların əməllərini burada da icra edənlər var... Açıq şəkildə də bildirirlər ki, mən Masallı torpağında yaşaya bilmərəm, çünki Qarabağ bölgəsindən gəlmişəm və s. Məni bezdirib, rayondan qovmaq üçün üstümə tez-tez hücum çəkirlər, qorxudurlar. Hətta bir dəfə evimə od vurub yandırıblar. Ancaq illərlə dişimlə, dırnağımla, həyat yoldaşımın sonuncu qızıllarını da satmaqla, həmçinin qohum-əqrabadan borc aldığım pullarla aldığım mülkdən və torpaqdan heç yerə getmək fikrim yoxdur.

Mən hələ ki, səbrlə dözürəm. Açıq şəkildə bildirirəm ki, Vahid Mirzəyev burada qan çanağı yaratmaq istəyir. Qoy rayonun hüquq mühafizə orqanları bunu bilsinlər. Və Allah eləməmiş, bir hadisə olsa, həm də məlum məhkəmə hakimləri məsuliyyət daşıyırlar. Çünki V.Mirzəyevi ruhlandıran, ona qol-qanad verən onlardır. Aldığım məlumata görə Ali Məhkəmədəki qanunsuzluğa isə Vahid Mirzəyevin həmyerlisi, əslən Lənkərandan olan hakim Vafəddin İbayev bu işin başında durur.

Cənab Prezident!

Ona görə də artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan qanunlarına arxa çevirən bu insanların, ayrı-ayrı hakimlərin cəzalandırılmasına və Azərbaycan qanunçuluğunun bərpasına yardım edəsiniz. Bütün bu dediklərimi sənədlərlə, rəsmi arayışlarla və aidiyyəti qurumların torpağıma və evimə verdikləri şəhadətnamələrlə sübut etməyə hazıram. Bütün sənəd və sübutları Sizə ayrıca göndərirəm və həmçinin “Təzadlar” qəzeti redaksiyasına təqdim etmişəm.

Hörmətli cənab Prezident!

Özüm haqqımda əlavə olaraq bildirmək istəyirəm ki, mən 40 il polis orqanlarında qüsursuz işləmişəm. İşlədiyim müddətdə Qarabağ döyüşlərində fəal iştirak etmişəm. Yaxşı işimə görə dəfələrlə nazir cənab Ramil Usubov tərəfindən mükafatlandırılmışam. Hətta cənab nazir polisdəki uğurlarıma görə təqaüd müddətimi əlavə olaraq 2 il də artırmışdır. Çünki Prezident və parlament seçkilərində mən cənub zonasında böyük hörmət qazandığımdan fəal iştirak edirdim. Təqaüdə çıxandan sonra da dövlətçilik və dövlətin yolunda var qüvvəmi əsirgəməmişəm. Mən həmişə qanunçuluğun keşiyində dayanaraq dövlətimizin möhkəmlənməsinə xidmət etmişəm. İnanıram ki, siz də mənim pozulmuş hüququmun bərpasına kömək edəcəksiniz.

Çox təəssüflər olsun ki, bəzən dövləti maraqları şəxsi istəklərindən üstün tutan bəzi məmurlar, o cümlədən məhkəmə hakimləri vətəndaşları məcbur edirlər ki, öz haqqını müdafiə etmək üçün ölkəmizdəki xarici dövlətlərin səfirliklərinə, Avropa Məhkəməsinə müraciət etsinlər. Amma mən dövlət qulluğunda işlədiyim üçün bilirəm ki, bizim qanuni prezidentimiz və onun yerlərdə layiqli kadrları var. Ona görə də bir daha 15 nəfərlik ailənin başçısı kimi sizdən xahiş edirəm, Vahid Mirzəyev qardaşlarından məni, mülkümü, torpağımı və ailəmi, nəhayət, sığındığım qanunları qorumaq üçün aidiyyəti dövlət orqanı rəhbərlərinə göstəriş verəsiniz.

Hörmətlə: Masallı rayonunun Qəriblər kəndində yaşayan Cəbrayıl rayonundan məcburi köçkün: Q.Həşimov

***

Redaksiyadan: Masallı rayonu Qəriblər kəndində məskunlaşmış Cəbrayıldan məcburi köçkün, 40 il polis orqanlarında çalışmış, Qarabağ veteranı Həşimov Qurban Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və bir çox dövlət orqanlarına ünvanlanmış müraciəti bizə verdi. Təqdim edilən sənədlər, arayışlar və məktublar onu göstərir ki, Q.Həşimov qanuni bina və torpaq sahəsi alıb. Lakin Masallı RİH-in Qəriblər kənd üzrə sabiq icra nümayəndəsi Vahid Mirzəyev və qardaşları müxtəlif əyri yollarla Q.Həşimovun evini və torpağını əlindən almağa çalışırlar. Sənədlərlə və məhkəmə qərarları ilə tanış olandan və bu qədər qanunsuzluğu görəndən sonra inanmaq olmur ki, Azərbaycan məhkəmələri belə əyintiyə yol verə bilər. Ancaq fakt faktlığında qalır. Çünki doğrudan da məhkəmələr ədalət prinsipini unudaraq bir köçkünün mülkünün əlindən çıxmasına süni şərait yaradıblar. Biz hələlik Q.Həşimovun rəsmi müraciətini olduğu kimi təqdim edirik. Ancaq sənədlər əsasında yazını, onun dəhşət saçan müsahibəsini növbəti saylarımızda oxuyun. İnanmaq çətindir ki, Cəbrayılda ermənilər tərəfindən mülkü əlindən alınmış polis əməkdaşının indi də Masallıda əmlakını qondarma iddia və məhkəmə qərarları ilə ələ keçirmək istəyənlər var. \ Tezadlar \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:56
Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Bu gün, 06:51
“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Bu gün, 06:48
"Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Bu gün, 06:45
Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Bu gün, 06:41
Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Bu gün, 06:35
Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Bu gün, 06:30
“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Bu gün, 06:28
İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Bu gün, 06:23
"İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Bu gün, 06:18
Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Bu gün, 06:15
ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Bu gün, 06:00
Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Bu gün, 05:55
Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10
Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Dünən, 18:02
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Dünən, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Dünən, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Dünən, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Dünən, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Dünən, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Dünən, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Dünən, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Dünən, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Dünən, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Dünən, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Dünən, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Dünən, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Dünən, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Dünən, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Dünən, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Dünən, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Dünən, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Dünən, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Dünən, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Dünən, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Dünən, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Dünən, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Dünən, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Dünən, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Dünən, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Dünən, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Dünən, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Dünən, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Dünən, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Dünən, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru