Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

YAP-ÇI DEPUTAT ZİYALILARA CAVAB VERDİ
Tarix: 10-11-2011, 12:04 | Çap et
YAP-ÇI DEPUTAT ZİYALILARA CAVAB VERDİ

“ZİYALILARIN BELƏ DEMƏYƏ HAQQI YOXDUR”

Sıralarında Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən kimi ziyalıları birləşdirən Ziyalıların İctimai Forumunun hakimiyyəti Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına diqqət yetirməyə çağırımasına Milli Məclisin İnsan hüquqları komitəsini sədri, YAP-çı deputat Rəbiyyət Aslanova münasibət bildirib.

Modern.az-a müsahibəsində deputat öncə qeyd edib ki, Azərbaycan ziyalısı cəmiyyətdə hər zaman öz mövqeyi ilə hadisələrə münasibəti, dövlətçiliyə sədaqəti, vətəndaşların fikir və düşüncələrini istiqamətləndirmək bacarığı ilə seçilən insandır:

“Təsadüfi deyil ki, “Azərbaycan ziyalısı” deyəndə ötən əsrin əvvəllərindən bu günə qədər, eyni zamanda ondan da əvvəlki dövrdə olan böyük tarixi şəxsiyyətlər gözümüzün önündə canlanır. Ziyalı adi düşüncə tərzinə malik olan insanlardan bir qat yuxarıda olan şəxslərdir. Onlar üçün ən vacib olan cəmiyyətin mənəvi saflaşması, insanlarının biri-birini başa düşməsi, cəmiyyətdə birgə yaşayış prinsiplərinin daha mükəmməlləşməsi yolunda hansı addımların atılmasını səsləndirmələridir. Bu baxımdan onlar hansısa təpkilərlə, hansısa narazılıqlarla rastlaşıblar? Ziyalı, aydın adını qazanmaq o qədər də asan məsələ deyil. Bu, cəmiyyətin həmin insanın fəaliyyətinə verdiyi böyük qiymət deməkdir. “Mən ziyalıyam” deyə heç kim fikir səsləndirə bilməz. Çünki sənin ziyalı olub-olmadığını fəaliyyətin sübut edir, insanların sənə hörməti özünü göstərir. Sənin biliyin, bacarığın, təşəbbüskarlığın əxlaqi davranışınla, mənəvi göstəricilərinlə üst-üstə düşərsə ziyalı adını qazanırsan. Bu baxımdan ziyalı dediyi sözün çəkisini, irəli sürdüyü fikrin yükünü daşımalıdır. Ziyalının bəlkə də səhv etməyə haqqı yoxdur, çünki onun arxasınca həmfikirləri və onu bir nümunə, örnək olaraq qəbul edən insanlar gəlir. Ziyalılar hər zaman öncül, öndə gedən insanlardır. Cəmiyyət bu insanların adlarını hər zaman uca tutub, həmişə bu insanlara böyük hörmətlərini ifadə edib. Azərbaycan ziyalılığının tarixində də belə insanların adı çoxdur. Bugünün ziyalısının fəaliyyəti qənaətbəxşdir”.

Deputat hesab edir ki, müstəqillik əldə edilən ilk illər ərzində Azərbaycan ziyalısı bir çaşqınlıq içərisində olub: “Müəyyən qrup ziyalılar sanki hadisələrin mahiyyətinə vara bilmədikdən geri çəkildilər, gözləmə variantını üstün tutdular. Bəzi ziyalılar isə hadisələrin önündə oldular. Ümumən həmin dövrdə Azərbaycan ziyalısı mütləq mübarizlik ruhunu ortaya qoya bilmədi. Bizim həmin dövrdə olan ziyalılarımızın geri çəkilməsinin nəticəsində cəmiyyətdə bir xaos yarandı. İnsanlar bir ideya axtarışına çıxdılar. Baş verən hadisələrin hansı istiqamətdə gedəcəyini bilmirdilər. O zaman ziyalıların geriyə çəkilməsi nəticəsində bəzən cahil insanların önə keçməsinin ağrısını da yaşadıq. Amma zaman keçdi, durulma dövrü başladı. Cəmiyyətdə kimin kim olduğu ortaya çıxdı. Azərbaycan ziyalısı müsətiqillik dövründə artıq öz missiyasını gözəl başa düşərək, yeni bir dövlətin sabahı üçün məsuliyyət hissini yaşayaraq dövlətinin yanında olmaq prinsipini rəhbər tutdu. Bu gün Azərbaycan ziyalısı deyəndə mən yalnız yaşlı nəsli nəzərdə tutmuram, indi bir ziyalı nəsli formalaşır. Bu, yeni alimlər, tarixçilər, yazıçılardır. Bu, yeni dövrün çağırışına cavab verə biləcək insanların formalaşması deməkdir. Çünki onlar bu cəmiyyətin sabahı üçün düzgün istiqamət verəcək insanlardır. Azərbaycan ziyalısı ilk növbədə dövlətinin yanında olmalı, dövlətçiliyinin keşiyində durmalıdır. Dövlətçiliyimizin sabahı üçün ən böyük məsuliyyət hissi Azərbaycan ziyalısının üzərinə düşür. Milli maraq və mənafeyin nə olduğunu, onun insanların əqidə simvoluna çevrilməsi yolunun hardan keçdiyini Azərbaycan ziyalısı xalqa bildirməlidir. Ziyalı xalqın önündə gedən və onun məqsədlərinə aparan yolu daha rahat edən insanlar olmalıdır. Bu gün Azərbaycan ziyalısı bunu bilirsə, ölkəsinin dünyanın güclü dövlətləri içərisində yer tutması üçün öz qüvvəsini ortaya qoyursa və xalqın təfəkküründə sağlam düşüncəni formalaşdıra bilirsə nə gözəl... Bu gün ziyalı, milli elitanın formalaşması prosesi baş verir və bu da bizim gözümüzün qarşısındadır”.

Komitə sədri bildirir ki, ziyalının qarşısında duran əsas məsələlərdən biri hər hansı qarşıdurmanın aradan qaldırılmasıdır:
“Əgər cəmiyyət daxilində maraqların toqquşması, mənafelərin qarşıdurması baş verirsə, ilk növbədə bu barışdırıcı funksiyanı ziyalı yerinə yetirməlidir. Bu baxımdan bu gün Azərbaycan ziyalılarının məhz belə bir mövqedə olmasını çox yüksək qiymətləndirirəm və mənim üçün çox xoşdur ki, bu gün xalqımızın fəxr etdiyi yaxşı ziyalıları var”.

R.Aslanova Ziyalıların İctimai Forumunun son toplantısında səslənən fikirlərə belə reaksiya verib:
“Siz bilirsiniz ki, bu gün müəyyən qrup insanlar Ziyalılar Forumu yaradıblar. Dünyanın hər bir yerində ayrı-ayrı ziyalıların, alimlərin, filosofların bir araya gəlib müəyyən klublar, forumlar yaratması çox düzgün haldır. Mən bunu müsbət qiymətləndirirəm. O mənada ki, onlar bir araya gələrək dövlət üçün, dövlətin sabahı üçün çox vacib olan ideyaları ortaya qoyurlar, daha dəqiq desək, ideya generatou rolunu oynayırlar. Dünyanın hər yerində belə klublar var. Amma bir şeyi nəzərdə saxlayaq. Bunların əsas qayəsi, məqsədi dövlətin yanında olmaqdır, dövlət siyasətini dəstəkləməkdir, çünki hər birimiz yaşadığımız məmləkətin sabahı üçün məsuliyyət hissi daşıyırıq. Həm də hüquqlarımızdan başqa böyük vəzifələrimiz də var. Ziyalının da vəzifəsi ondan ibarətdir ki, o tədqiqatı ilə məşğul olmaqla yanaşı, bu cəmiyyətin ağrısını, acısını da çiynində daşıya bilməlidir.

Böyük ziyalılarımızın ən böyük amalı nə idi? Tarixdə qalmaq haqqını nədən aldılar? Ondan aldılar ki, bütün ağrıları, acıları çiyinlərinə götürdülər və bunun həlli yollarına axtarıb tapdılar. Bu baxımdan forumların yaranması, ziyalıların bir araya gəlməsi, yaradıcılıq birliklərinin yaradılması çox gözəl haldır. Amma mən bəzən vətəndaş həmrəyliyi, birliyi deyəndə bir anlığa fikirlərşirəm ki, cəmiyyətimizdə hansısa bir qarşıdurma var? Böyük fikir ayrılıqları mövcuddurmu ki? Ola bilər ki, fikirlər ayrılsın. Cəmiyyətdə fikir müxtəlifliyi, fikir plüralizminin olması çox önəmli bir şərtdir. Əgər fikir müxtəlifliyi olmasa, ortaya konkret həqiqət də çıxmır. Amma məsələyə tamamilə başqa mövqedən yanaşaraq, hansısa bu və ya digər siyasətə kəskin münasibətin olduğunu və bütün fikirlərini, bütün amaclarını quruculuğa deyil, qırıcılığa yönəltmək və hətta kiçik bir nöqsanı aradan qaldırmaq əvəzinə onu şişirdərək insanların beyninə səhv, zərərli ideyalar yeritmək Azərbaycanın ziyalısına yaraşan hal deyil.

Sərbəst toplaşmaq azadlığı ilə əlaqədar olaraq Azərbaycanda müəyyən nöqsanların olmasını iddia edirlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna biz 2008-ci ildə əlavə və dəyişikliklər etdik. Bu əlavə və dəyişikliklərin edilməsinin ən əsas zərurəti ondan irəli gəlirdi ki, Azərbaycan vətəndaşının sərbəst toplaşmaq hüququnun daha da geniş təminatına nail olunsun və beynəlxalq təcrübədə mövcud olan məqamlardan bəhrələnərək onu Azərbaycanda gerçəkləşdirək.
Nədən narazılıq var? Bu gün Azərbaycan vətəndaşının toplaşması üçün bu və ya digər qurumlar öz mövqelərini ortaya qoyurlar ki, “bəli, bunu gerçəkləşdirə bilərsiniz”. Konkret olaraq hər şey qanun çərçivəsində həll olunmalıdır. Bizim heç bir hərəkətimiz qanun çərçivəsindən kənara çıxa bilməz. Cəmiyyət daxilində qanuna zidd hərəkətlər baş verirsə, qanunun aliliyi prinsipi rəhbər tutulmursa o cəmiyyətin sabahı yoxdur. O zaman müxtəlif qanun pozuntuları meydana gələ bilər. Biz isə qanun pozuntuları olan və cəzasızılıq mühitində yaşamaq istəmirik. Hər birimizin hüququmuzu azacıq pozan kimi, dərhal qanuna və müvafiq qanunu müdafiə edən sturukturlara müraciət edirik. Deməli, hər birimiz özümüzü o vaxt rahat, əmin-amanlıqlda hiss edirik ki, qanun bizim hüquqlarımızın keşiyində durur. Necə ola bilər ki, qanunun aliliyinin rəhbər tutulduğu mühitdə yaşayan kəs onun pozulmasının tərəfində olsun. İnsanların sərbəst toplaşmaq azadlığı var və bu onun Konstitusiya ilə təsbit olumuş hüququdur. Müxtəlif xarakterli mitinqlər, nümayişlər və toplantıların keçirilməsi ilə əlaqədar olaraq qanunda konkret müddəa var. Amma qanunun ən vacib müddəlarından biri ondan ibarətdir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 13-cü maddəsində olan məsələlər “Siyasi partiyalar haqqında” qanunun 12-ci maddəsində olan məsələlərlə səsləşməlidir.
“Siyasi partiyalar haqqında” qanunun 12-ci maddəsində deyilir ki, siyasi partiyalar, birliklər və s. bu kimi qurumlar həmin nümayişləri müvafiq qaydada, yəni qanuna uyğun olaraq keçirə bilərlər. Əgər bunu gerçəkləşdirməyəcəksə, “Siyasi partiyalar haqqında” qanunun 13-cü maddəsində məsuliyyətə dair müddəa var. Məsuliyyət ondan ibarətdir ki, əgər bu müddəa yerinə yetirilmirsə, o dərhal cinayət məsuliyyətinə cəlb olunur.

Qanunda qeyd olunur ki, əvvəlcədən icra hakimiyyəti xəbərdar edilir. Onların hansı yerlərdə mitinq keçirməklə əlaqədar xüsusi siyahı var. “Mənim ürəyim istədiyi yerdə toplantı keçirim” məfhumu düyanın heç yerində yoxdur. Müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerlər təklif olunur. Belə fikir səsləndirirlər ki, “yox, məni burada eşitmirlər”. Sənin dediyin həqiqət əgər insanların ürəyində əks-səda tapacaqsa, insanlar sənin ardınca gələcəksə, deməli, ora da gələcək. Sizə başqa yer təklif olunmur ki, Səbail rayonun bu hissəsi deyil, bir başqa hissəsi...”.

Millət vəkili deyir ki, polis orqanlarının işə müdaxiləsi ilə əlaqədar tez-tez mənfi fikirlər səsləndirilir: “Dünyanın hər yerində nümayiş keçirilərkən ətrafda olan polis həmin insanların təhlükəsizliyini birmənalı olaraq təmin etməyə borcludur. Çünki orda hər şey baş verə bilər. Diqqəti bu ilin aprel hadisələrinə çəkmək istəyirəm. Əvvəlcədən müəyyən beynəlxalq təşkilatlara, səfirliklərə və s. xəbərdarlıq edilmişdi ki, şəhərin müxtəlif tərəflərində yürüşlər olacaq. Nəticədə polislə qarşıdurma yaranacaq. O zaman insanlar xəsarət aldı. Onların mülkünə zərər dəydi. Bilmək istədikləri həqiqət nə idi? İstədikləri dövlət əleyhinə çağırışlar və hansısa bir siyasi şüarlar idı. Əgər kiminsə belə bir fikiri varsa, müəyyən olunmuş yerlərdə də çıxış edib fikirlərini söyləyə bilərlər. Bu baxımdan həmin ziyalılar həm “Siyasi partiyalar haqqında” qanunun 12 və 13-cü, həm də “Sərbəst toplaşmaq haqqında” qanunun müddəalarını çox diqqətlə oxusalar, bir daha o qənaətə gələ bilərlər ki, hər şey qanunla tənzimlənir. Buna görə də “Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur” deyərək pafosla danışmağa ehtiyac yoxdur. Həmin ziyalıların birinin hüququ azacıq pozulsa, bir vətəndaş olaraq dərhal yenə qanunu köməyə çağıracaqlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklər ki, vətəndaşlıq hüququ pozulub. Ona görə də onlar bir daha qanunu ciddi oxusunlar, çünki bu qanun artıq hüquqi bir sənəddir və bu sənədin bütün müddəaları beynəlxalq praktikaya əsaslanır. Fikirləşirəm ki, ziyalıların belə deməyə o qədər də haqqı yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru