“Gündəm sözünü o qədər ucuzlaşdırıblar ki, bacarığın, cəsarətin varsa sənətinlə gündəmə gəl”
Tarix: 15-04-2023, 10:37 | Çap et
 “İnsan doğulduğu gündən uzun bir yol qəti edir. Bu yolda onun qarşısına nələr çıxacaq, nələri qət edəcəyini əlbəttə ki, bilmir. Qarşısına çıxan maneələri həyatının dönəmində keçə-keçə gəlir. Mənim həyatımda belə hallar çox olub. Bu maneələri keçməsəydim Gülüstan Əliyeva olmazdım. Nələrisə itirib, əvəzində dözüm qazanmışam. İnsan elə bir məqamlara gəlir ki, hətta kim olduğunu belə unudur. Hər şeyə rəğmən həyat gözəldir. Yaşayaq, yaradaq, ellər sevinsin” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. “Muğam artıq gəncləşib. Muğam ifaçılığı sənətində gənc nəslimiz yetişib. Bu da əlbəttə ki, bizi sevindirir. Tələbələrimə də hər zaman bu sənətin gözəlliklərini təbliğ edirəm. Nə qədər müasir mahnılar, hitlər, gündəm mahnıları olsa da, xalqımız hər zaman muğamlarımıza bağlıdır. Bu mövzuda muğam müsabiqələrinin də rolu çox böyükdür. Bizim elə gənclərimiz olub ki, muğam müsabiqələrində heç yer tuta bilməyiblər, amma özlərini daha çox təsdiqləyib, göstəriblər. Bu gün bir çoxları fəxri adlar daşıyır. Harada olmağından asılı olmayaraq sənətini sevməlisən, özünü göstərməlisən. Muğam müsabiqələrindən çıxan gənclərin bir çoxu sənətini layiqincə davam etdirmir. İstərdim ki, tənbəlləşməsinlər, onlar artıq hazır, yetişmiş xanəndələrdir” deyə sənətkar bildirib. Sənətkar teatr səhnəsindəki obrazlardan da danışıb. Bildirib ki, çox rollar oynasa da, onun üçün əziz olan obraz Leylidir. “Bu gün də mən Opera və Balet teatrında çalışıram, obrazları sevə-sevə canlandırıram. Aktyor üçün fərqi yoxdur ki, o hansı obrazda səhnəyə çıxır. Əsas odur ki, yadda qalasan, sevinəsən. Bütün obrazlarım mənim üçün doğmadır, əzizdir. Amma hər bir sənətkarın özünə əziz olan obraz var. Bütün qadın xanəndələrin ən böyük arzusudur ki, şah əsər sayılan Leylini oynasın. Əlbəttə ki, hər bir qadın Leylidir. Mənim də ruhuma, özümə yaxın Leyli obrazıdır. Bəlkə də bu obraz elə mənim həyatımla, özümlə səsləşir” deyə əməkdar artist bildirib. Gülüstan Əliyeva sənət qalmaqallarından da danışıb. Sənətkar bildirib ki, zaman-zaman onun da ünvanına sözlər deyənlər olub. “Sənətdə təbii ki, qalmaqallar da, mübahisələr də, müzakirələr də olur. Müzakirə, rəqabət gözəl şeydir, amma hər şeyin bir vaxtı, vədəsi var. Əlbəttə ki, olanı deməlisən, olmayanı isə əsirgəməlisən. Bəzən mənim də bostanıma daş atanlar olub. Əvvəl istəyirdim ki, reaksiya verim, amma indi boş verirəm. Məsəl var, bir sözə baxaram, bir də sözü deyənə. Onlara cavab vermək əlbəttə ki, şərəf olar. Əgər mən cavab versəydim, onlar da özlərini önəmsəyəcəkdilər. Onların məqsədləri tanınmış, məşhur, sevilən insanlarla özlərini reklam, piyar etməkdir. Şükür Allaha ki, bunlar illər əvvəl olub. Gündəm sözünü o qədər ucuzlaşdırıblar ki. Cəsarətin və bacarığın varsa sənətinlə gündəmə gəl. Bir düşüncə formalaşıb ki, bahalı maşının, bahalı geyimin, evin varsa sənətə gələ bilərsən. Əgər sənin sənətin yoxdursa, bütün bu sadaladıqlarım boşdur. 1 aya efirə çıxmasalar, unudulub gedəcəklər. Bəzən toylara gedirlər, fonoqram ifalar edirlər. Toy yiyəsi səni dəvət edib ki, səsindən, sənətindən, canlı ifandan zövq alsın. Düzdür, elə mahnılar var ki, onu canlı ansambılla ifa etmək mümkün deyil, bunu mən də bilirəm. Amma ümumilikdə toyu başdan-ayağa fonoqram ifa etmək düzgün deyil. Toyda da hər müğənni özünü göstərə bilmir. 500-600 insanın qarşısında çıxış etmək asan bir iş deyil” deyə müğənni bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54 |
|
|
|
• Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49 |
|
|
|
• ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44 |
|
|
|
• Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39 |
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03 |
|
|
|
• Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00 |
|
|
|
• Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55 |
|
|
|
• Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51 |
|
|
|
• Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46 |
|
|
|
• “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22 |
|
|
|
• Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19 |
|
|
|
• “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07 |
|
|
|
• Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03 |
|
|
|
• Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01 |
|
|
|
• 10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56 |
|
|
|
• Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52 |
|
|
|
• Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Dünən, 09:49 |
|
|
|
• Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Dünən, 09:44 |
|
|
|
• “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:35 |
|
|
|
• AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Dünən, 09:25 |
|
|
|
• Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:20 |
|
|
|
• Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Dünən, 09:11 |
|
|
|
• Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Dünən, 07:41 |
|
|
|
• Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Dünən, 07:38 |
|
|
|
• Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Dünən, 07:31 |
|
|
|
• “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:00 |
|
|
|
• "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:56 |
|
|
|
• Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Dünən, 06:51 |
|
|
|
• “Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Dünən, 06:48 |
|
|
|
• "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Dünən, 06:45 |
|
|
|
• Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Dünən, 06:41 |
|
|
|
• Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Dünən, 06:35 |
|
|
|
• Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Dünən, 06:30 |
|
|
|
• “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Dünən, 06:28 |
|
|
|
• İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Dünən, 06:23 |
|
|
|
• "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Dünən, 06:18 |
|
|
|
|