Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... .....                     Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması .....                     Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz .....                     Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                 

“Ənvər Həsənova dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər?” - ETİRAZ
Tarix: 30-08-2022, 10:53 | Çap et
“Ənvər Həsənova dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər?”
Xalq artisti, sevilən kino aktyoru Ənvər Həsənovun səhhətinin ağırlaşması haqda yerli mediada məlumatlar yayılıb. Aktyorun qızı Aytən Həsənova faktı Moderator.az saytına təsdiqləyib.

“Bir neçə gündür ki, atam ölüm-dirim savaşındadır. Səhhəti ağırlaşıb, heç də ürəkaçan bir şey yoxdur. Bilirsiniz ki, ailədə 3 nəfərik-atam, mən və övladım. Mən indi ortalıqda tək qalmışam. Atam xəstəliyini heç kimə bildirmədi, dedi ki, ”heç kimə deməyin ki, mən xəstəyəm". Mən məcbur olub sizə danışıram. Çünki onu tanıyanlar necə qürurlu biri olduğunu bilirlər. Mən artıq tək bacarmıram, bilmirəm evə qaçım, ya xəstəxanaya. Atam ömrünü kino sahəsinə həsr edib, o, kino fədaisidir, kinoda bütün vəzifələrdə çalışıb. 180 manat xalq artistinə görə, bir də cüzi pensiya alır. Nə təqaüd, nə də mükafat alır. Dərmanlarını, xəstəxana xərclərini çatdıra bilmirik. Heç kim köməyə gəlmir. Mən Mədəniyyət Nazirliyinə, cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edirəm ki, bizim ailəyə dəstək olsunlar. İstərdim ki, onlar atama diqqət, qayğı göstərsinlər. Atam hazırda Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır. Bir neçə xəstəliyi bir-birinə qarışıb. Çox xahiş edirəm aidiyyəti qurumlardan, atamın köməyinə çatsınlar", - deyə sənətkarın qızı bildirib.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. O, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Bir müddət əvvəl 72 yaşlı sənətkar açıqlama verərək maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də Prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi”.

Bəs aidiyyəti qurumlar niyə xalq artistinin bu vəziyyətinə susqunluq nümayiş etdirir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “məsələ aidiyyəti üzrə şöbəyə yönləndirilib, bununla bağlı rəsmi mövqe təqdim olunarsa, məlumat veriləcək”.

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə qəzetimizə açıqlamasında bildirdi ki, artıq Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqı Ənvər Həsənova dəstək olmağa başlayıb: "İttifaqın sədri Şəfiqə Məmmədova şəxsən bu işlə məşğuldur. Mən özüm xəstə vəziyyətdə, yataqdayam, buna görə də yalnız telefonla əlaqə saxlaya bilirəm. Şəfiqə xanım mənə bildirdi ki, Ənvər Həsənovun qızı Aytənlə danışıb, onu başqa xəstəxanaya yerləşdirəcəklər. Mənə də söz veriblər ki, yeni bir xəbər olan kimi bildirəcəklər. Ötən il dünyanı gəzən “Yeddi oğul istərəm” filminin 50 illiyi oldu. Həmin vaxt müraciət etdim ki, Azərbaycan xalqının hələ də sevə-sevə izlədiyi bu filmin “yeddi oğul”dan 2-si həyatdadır, sağdır. Onların da müəyyən problemləri var ki, həll olunmalıdır. Əlbəttə ki, yaş üstünə yaş gəlir, həmin sənətkarlara diqqət, qayğı göstərilməlidir.

Ənvər Həsənov Azərbaycanın kino mədəniyyətində xüsusi yeri olan, daim göz qabağında olan ustad sənətkardır. Amma bu adam hələ də Prezident təqaüdü ala bilmir ki, müalicəsi üçün dərmanlar alsın. Buna nə ad vermək olar? Əgər ona dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər? Ənvər Həsənov həyatsevər, istiqanlı, heç bir ambisiyası olmayan, kiminsə qapısını döyməyi öz şəxsiyyətinə sığışdırmayan kino xadimidir. O, xəstələnənə qədər də kinostudiyanın koridorlarını, sexlərini uşaq kimi gəzir, gənclərə, kino çəkənlərə köməklik edir, dəstək göstərirdi. Kaş ki ölkəmizdə onun kimi şəxsiyyətlərdən çox olardı. Amma bu gün onun qədri bilinmir".

Xalq artisti Rasim Balayev də həmkarı üçün müraciət etdi: “Azərbaycan kinosunda Ənvər Həsənovun çox yaddaqalan obrazları var. Bu cür dəyərli, qiymətli sənətkarlara aidiyyəti qurumlar, o cümlədən Mədəniyyət Nazirliyi və sairə, köməklik göstərməlidir. Yəni bu köməklik dövlət səviyyəsində olmalıdır ki, onun sağlamlığına təsir etsin. Arzum budur ki, Heydər Əliyev Fondu bu işi nəzarətə götürsün. Düşünürəm ki, indiki halda yalnız bu fond ona lazımi səviyyədə yardım göstərə bilər”.

Xalq artisti Afaq Bəşirqızı da qeyd etdi ki, Ənvər Həsənov Azərbaycanın kino mədəniyyətində xüsusi yeri, çəkisi olan aktyordur: “Onun birdən-birə xəstələnməsi mənə də çox pis təsir etdi. Əlbəttə ki, ona kömək, dəstək göstərmək lazımdır. Ümid edirəm ki, əlaqədar strukturlar bu məsələyə biganə qalmayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... - sülh və rifah naminə...
Bu gün, 07:24
Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması – “Real İran” başlayır!
Bu gün, 07:20
Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz
Bu gün, 07:17
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru