Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                     Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub .....                     Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... .....                     İranın bitməyən Zəngəzur xofu .....                     Amerikada siyasi böhranın başlanğıcı: .....                     Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib .....                     Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir .....                     Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib .....                     İrəvanda "dövlət naziri" peyda oldu: .....                     Əmək müqaviləsi ləğv olunan neftçilər... .....                     Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb .....                     Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır .....                     Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? .....                     “Yaxşı arvad olun ki, əriniz gəzməsin” .....                     Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab .....                     Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü .....                     Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən .....                     Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, .....                     Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? .....                     Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... .....                     Paşinyan Bakının bu tələbini yerinə yetirməyə hazırdır .....                     “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” .....                     “Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib .....                     Paşinyan tapşırıq verdi: “Təzyiq edin!” .....                     "Fərhad Bədəlbəyli qohum olsa da dəstəyinə ehtiyacım olmayıb" .....                 

"Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam"
Tarix: 17-08-2022, 08:41 | Çap et
"Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam"
“Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınayır. Çoxları yeni nəsil komediyaçıları sünilikdə, bayağı mövzular seçməkdə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir”.

DİA.AZ xəbər verir ki, bunu xalq artisti, tanınmış aktrisa, bir sıra yaddaqalan obrazlar yaratmış Səidə Quliyeva Yenisabah.az-a deyib.

O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib: “Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud ”YouTube" kanalını açırsan eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər. Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər, bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar. Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizlərdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!"

Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır.

Digər tanınmış stajlı sənətçilər bu qənaəti bölüşürmü? DİA.AZ xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Estafet elə şeydir ki, onu eyni məkanda, eyni janrda oynayan aktyora verirlər. Bəli, bizim çox istedadlı gənclərimiz, orta yaşlılarımız var. Amma onlar teatrda işləmirlər, estrada janrında oynayırlar ki, bu da teatr deyil.

Səidə xanım tamamilə düz deyir. O, çox ağıllı qadın, gözəl aktrisadır. Yəni demək istəyir ki, indi estafeti kimə versin. Bu, həddən ziyadə çətin məsələdir. Xatırlayıram ki, bir dəfə müsahibələrimin birində bir gənc aktyorun adını çəkmişdim. Həmin aktyoru o qədər bəyənir, xətrini istəyirdim ki, amma sonra gördüm ki, o deyil. Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam. Bu sözün qarşısında mən artıq heç nə deyə bilmərəm. Nə deyim axı.

O ki qaldı hazırda istedadlı gənc aktyorlarımızın olub-olmamasına, hesab edirəm ki, universiteti bitirən aktyorun fikrində dağınıqlıq olmamalıdır. İllərlə toparlanmalı, peşəsini inkişaf etdirməlidir. Universitetdə aktyor plastika, səhnə mədəniyyəti, tamaşaçını yaxından hiss etmə və digər məsələləri öyrənir. Amma baxır onu kimdən öyrənir. Eyni zamanda burada əsas nöqtəni qoyan ilahidən gələn istedaddır. Bu istedad varsa, aktyor sonradan onu yavaş-yavaş bədəninə çəkir. İstedadı itirmək olmaz, əgər itirirsənsə, deməli, sən adam deyilsən.

İstedadlı gənc aktyorlardan daha çox parodiyaları ilə tanınan İslamın, Fərdanın, Ənvər Abbasovun adını çəkə bilərəm. Fərda təkbaşına bir konserti başa çatdırdı. Mən onu ilk dəfə görəndə dedim ki, Fərdanın rejissoru yoxdur, potensialı olan kimi o saat qoyur ortaya və bu, sonradan ona çətinlik yaradacaq. Həmçinin qeyd etdiyim kimi, “Komedixana”nın ssenarisini yazan və oynayan Ənvər Abbasov çox istedadlıdır. Onu görəndə gözlərim yaşarır. Həmçinin İslam, o, Türkiyəyə gedəndə tamaşaçı zalını fəth etdi. Əgər imkanım olsaydı onlara bir teatr açardım və onlar öz fəaliyyətlərini teatrda göstərərdilər".

Tanınmış komediya aktyoru Fərda Amin isə məsələyə bu cür şərh bildirdi: “Mən özüm də bu vəziyyətdən şikayətçiyəm. Mən bu sənətə 25 ilimi vermişəm. Hesab edirəm ki, bizləri tənqid edənlərin özləri məsələnin həllini tapıblar. Yəni deyirlər ki, aktyorlar üçün şərait yoxdur. Bu, böyük zəhmət tələb edən sənətdir və bir nəfərin yükü deyil. Əgər Mədəniyyət və İncəsənət Universiteti varsa, oranı bitirən tələbələrin üzərində bir nəzarət olmalı, onlara dəstək olmalıdır. Əgər biz bu cür dağınıq vəziyyətdə ortalığa bir şey çıxarırıqsa, sənətin tam ölmədiyini göstəririksə, bu əməyə də bir alqış düşür.

Həmin tənqidi fikirləri səsləndirən sənətkarların özləri də iş görmür axı. Hamı danışıq moduna keçib, sadəcə, danışırlar. Əgər mən 25 ildə işləmişəmsə, işləyənlərə qarşı da haqsızlıq edirlər. Ortaya komediya çıxartmaq lazımdır. Əgər onlar indiki tamaşaçıların nəyə güldüyünü bilirsə, özləri ortalığa nəsə çıxartsınlar. Özləri nəsə bir şey ortaya qoysunlar, heç bizi qatmasınlar. Bizlərə dəstək olmayıb. 25 ildə mənə heç kim dəstək olmayıb, bundan sonra da ehtiyacım yoxdur. Bəlkə də 5 il əvvələ qədər dəstək umurdumsa, indi ummuram. Çünki zamanın özü bu məsələni “bişirdi”. Mənim artıq öz tamaşaçım, kütləm var. O tənqidləri deyən sənətkarlar öz kütləsi üçün nəsə etsinlər, biz də kənardan baxıb deyək ki, hə, bu yaşda möhtəşəm bir iş görüblər, gəlin açıb həmin tamaşaya baxaq. Onlar heç sponsor tapa bilməyəcəklər. Ortalığa nəsə çıxartmaq üçün ən azı 35 min manat pul lazımdır. Görün tapa biləcəklərmi? Bəs onlar düşünmürlərmi ki, biz həm özümüz o sponsorları tapır, ssenarini yazır, montaj edir, səsləndiririk, həm də tamaşalar üçün özümüz qala təşkil edir, hətta özümüz öz pulumuza kostyum tikdiririk. Yoxsa ki, danışmağa nə var".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır - Paşinyan
Bu gün, 10:38
Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
“Yaxşı arvad olun ki, əriniz gəzməsin” - Ofeliya Şabanova
Bu gün, 10:29
Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:12
Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən REAKSİYA
Bu gün, 10:07
Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, baş tutmadı
Bu gün, 10:01
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
Bu gün, 09:56
Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:49
Paşinyan Bakının bu tələbini yerinə yetirməyə hazırdır - Tarasov
Bu gün, 09:45
“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Bu gün, 09:44
“Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib
Bu gün, 09:41
Paşinyan tapşırıq verdi: “Təzyiq edin!” - “Hraparak”
Bu gün, 09:37
"Fərhad Bədəlbəyli qohum olsa da dəstəyinə ehtiyacım olmayıb" - "Cənab leytenant"-ın qadın ifaçısı
Bu gün, 09:35
Eyni gündə 5 şirkət ləğv edildi – BÜTÜN İZLƏR BİR ÜNVANA APARIR
Bu gün, 09:33
“Ailə büdcəsinə ziyan vurur, 1-ci sinif də, 4-cü sinifdə yığıncaq keçirir” - ETİRAZ VAR...
Bu gün, 09:28
QHT sədrinin şok əməli: yas məclisində qadınla tanış oldu, pulunu alıb vəd verdi ki... - TƏFƏRRÜAT
Bu gün, 09:27
Britaniyanın nəhəng şirkəti Azərbaycanda iki yeni nümayəndəlik yaratdı
Bu gün, 09:25
Bakıda ehsan süfrəsinin qiyməti açıqlandı: BAHALIDIR - AKTUAL
Bu gün, 09:23
Arayik Arutyunyan Nəbatat Bağında göründü... - FOTO
Bu gün, 09:15
“Mədəniyyət Nazirliyinin başı qarışıqdır, yəqin ki, ayılacaqlar...” - Xalq artistindən İRAD
Bu gün, 09:14
ABŞ Azərbaycandakı səfirliyi məlumat yaydı - İran da daxil olmaqla...
Bu gün, 09:02
İran gömrüyündə Naxçıvana rəngli gübrə aparan sürücülərə “divan tutulur” - ŞİKAYƏT
Bu gün, 09:01
Elşən Salahovun DƏLƏDUZ İŞÇİLƏRİ... - Qarabağ Qazisini dolandırdılar...
Bu gün, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru