Telekanalların “DUBLYAJ ZİBİLLİYİ”: - Türkiyə filmləri də normal “tərcümə” edilmirsə...
Tarix: 13-02-2021, 11:57 | Çap et
 Azərbaycan teleməkanında dublyaj sahəsinin mövcud durumu tragikomik təyini ilə ifadə oluna bilər.
Dublyaj sahəsindəki çatışmazlıqlar zaman-zaman tənqid obyektinə çevrilsə də, Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçən il qəbul etdiyi qərara əsasən, Azərbaycan telekanallarında əcnəbi serialların yayım qadağasının qaldırılması bu məsələni yenidən aktuallaşdırıb.
MTRŞ-nin qeyd olunan qərarından sonra telekanallarda yayımlanan əcnəbi serialların əksəriyyəti isə Türkiyə və Hindistan istehsalıdır. Təbii ki, Türkiyə seriallarının teleauditoriyaya dublyajda təqdim olunması cəmiyyətdə birmənalı qarşılanmır. Digər tərəfdən, Türkiyə seriallarının “tərcümə”si əksər hallarda yanlış və məzmundan kənar edilir.
Bu məsələyə sosial şəbəkə hesabından münasibət bildirən Bakı Dövlət Universitetinin (BDU) professoru Vaqif Sultanlı haqlı olaraq dünyada bir çox məşhur filmlərin dilimizə dublyaj edilmədiyi halda, Türkiyə film və seriallarının bərbad “tərcümə”də yayımlanmasını yanlış hesab etdiyini vurğulayıb. Bundan əlavə, Vaqif Sultanlı bu uyğunlaşdırmaların bəzən “eybəcər” hal aldığını da qeyd edib:
“Dünyanın yüzlərlə məşhur filmləri Azərbaycan türkcəsinə hələ də dublyaj olunmayıb. Bu filmləri başqa dillərdə izləməyə məcbur olursan. Ancaq Türkiyə filmlərini hamının anladığı halda eybəcər və yanlış şəkildə dilimizə uyğunlaşdırırlar. Nə qədər deyilir, yazılır, lənətlənir, bu məsələni yoluna qoyan yoxdur”.
Vaqif Sultanlının bu fikirləri ilə razılaşmamaq mümkün deyil. Dünyada səs gətirən filmlər, müxtəlif mükafatlara layiq görülsə də, dilimizə dublyaj “növbə”si gözləyir. Bizim telekanallarda yayımlanan Türkiyə film-seriallarının insanda əsəb yaradan “dublyaj”ı həmin ekran əsərlərinin orijinal variantını da gözdən salır, onlara marağı öldürür.
“Əcnəbi serial” dedikdə telekanalların niyə Türkiyə seriallarına “qaçdığı” isə yəqin ki, hamıya aydındır: Onların “tərcümə”si daha asandır. Lakin bu “asanlığın” öhdəsindən də gələ bilmirlər.
Məsələn, mövzu və dünyəvilik baxımından yüksək səviyyəli “Person of İnterest”, “Lost”, “Monk” və sair bu kimi populyar televiziya serialları niyə Azərbaycan tamaşaçısına təqdim edilməsin ki?
Sözsüz, burada keyfiyyət məsələsi çox vacibdir. “Ala başına, kül başına” edilmiş tərcümə və dublyajlarla televiziyalarımızın insanın film şövqünü sındırma qabiliyyətini nəzərə alaraq bu sahəyə xüsusi diqqət ayrılmalı olduğunu deyə və tələb edə bilərik.
Nəticə etibarilə, televziyalarımızda keyfiyyətli işləri görmək haqqımızdır.
Kinoteatrlarda nümayiş olunan filmlərin dublyaj məsələsi isə tamamilə başqa mövzudur… Aqil Bəkir //yenicag.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Hər birinizin fikri mənim üçün çox önəmli oldu"
Bu gün, 20:01 |
|
|
|
• İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 19:56 |
|
|
|
• Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34 |
|
|
|
• Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43 |
|
|
|
• Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39 |
|
|
|
• “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
• Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00 |
|
|
|
• Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43 |
|
|
|
• "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40 |
|
|
|
• Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38 |
|
|
|
• "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31 |
|
|
|
• Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28 |
|
|
|
• Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24 |
|
|
|
• Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20 |
|
|
|
• “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14 |
|
|
|
• Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09 |
|
|
|
• Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06 |
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57 |
|
|
|
• Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48 |
|
|
|
• Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45 |
|
|
|
• Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38 |
|
|
|
• “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27 |
|
|
|
• İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24 |
|
|
|
• Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21 |
|
|
|
• ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17 |
|
|
|
• Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10 |
|
|
|
• "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06 |
|
|
|
• "Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02 |
|
|
|
• İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58 |
|
|
|
• İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55 |
|
|
|
• Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51 |
|
|
|
• Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03 |
|
|
|
• Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47 |
|
|
|
• Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44 |
|
|
|
• Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37 |
|
|
|
• Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28 |
|
|
|
• Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18 |
|
|
|
• “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10 |
|
|
|
• “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08 |
|
|
|
• Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04 |
|
|
|
• Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33 |
|
|
|
• Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26 |
|
|
|
• Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24 |
|
|
|
• İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21 |
|
|
|
• “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13 |
|
|
|
• Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• "O çörək sənə zəhər olsun"
Dünən, 10:58 |
|
|
|
|