“İşğalçıların gücü o qədər tükənib ki, silahsız, evində, sakit yatan insanların üzərinə bomba atmaqla məşğul olurlar”
Tarix: 13-10-2020, 08:32 | Çap et
 Oktyabrın 9-u Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu.10 saat davam edən danışıqlardan sonra hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi, həmçinin cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olundu. Lakin Ermənistan həmişəki kimi nə qayda tanıdı, nə da qanun... Qərar tətbiq edildikdən dəqiqələr sonra atəşkəsi pozmaqları az deyilmiş kimi, bir də humanitar yardım adı altında cəbhə bölgəsinə silah-sursat, hərbi avadanlıqlar gətirdilər.
Oktyabrın 10-dan 11-ə keçən gecə isə Azərbaycan dövlətinə qarşı növbəti terror aktını törətdilər. Saat 2 radələrində, döyüş bölgəsindən 100 km uzaqda olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutuldu.
Qeyd edək ki, dinc əhalini hədəf alan pirat dövlətin hücumu nəticəsində 10 nəfər mülki şəxs həlak olub, 30-dan çox şəxs isə yaralanıb. Bununla yanaşı mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Şübhəsiz ki, Gəncə əhalisini yuxudan qəfil oyadan bu dəhşətli hücum tarix boyu şahidi olduğumuz erməni vandalizminə növbəti nümunədir. Dağıntılar altından çıxarılan məsum cocuqların fotoları isə “Xocalı” soyqırımında qətl edilən məzlumları xatırladır.
Həmin dəhşətli dəqiqələrdə Gəncədə olan tanınmış müğənni, əməkdar artist Abbas Bağırov “Sherg.az”a o anlardan danışıb. Raket zərbəsinin endirildiyi zaman səslərin bütün şəhərə yayıldığını söyləyən sənətçi, mərmi düşən əraziyə yaxın məsafədə yaşadığını da qeyd edib:
“Çox ağır və təsiredici idi. Demək olar, bütün Gəncə o səslərivə ah-naləni eşitdi. Hətta beş-altı kilometrə qədər silkələnməsi hiss olundu. Hadisənin baş verdiyi ərazidə zərər çəkən insanlar, vəfat edənlər var. Ətrafdakı binalara ciddi ziyan dəyib. Bu təxribata əl atanlara düşmən demək olmaz. İnsanın gərək düşməni də düşmən sözünə layiq olsun. Çünki düşmən döyüş meydanında savaşar. Dinc əhaliyə atəş açmaz. Gücləri o qədər tükənib ki, silahsız, evində, sakit yatan insanların üzərinə bomba atmaqla məşğul olurlar. Həmin görüntülərə baxmaq çox çətindir. Amma inanıram ki, cəzalarını da çəkəcəklər. Mənfur əməllərinin bədəlini hələ çox illər, bəlkə də, əsrlərlər boyu ödəyəcəklər”.
Abbas bəy, həmçinin bildirib ki, hazırda Azərbaycan ərazi bütövlüyünü qorumaq uğrunda əzəli torpaqlarında savaşır. Lakin əksər ölkə Ermənistanın işğalçı və terrorist əməllərinə səssiz qalır:
“Hətta gözləri görə-görə, xəbərləri ola-ola görməzdən gəlirlər. Əlbəttə, onların ədalətsiz addımları cavabsız qalmır. İndi millətimizin bir olmağı hər birinə cavabdır. Əsgərlərimizin qəhrəmancasına qəhrəmancasına torpaqlarımızı qoruması gücümüzə, birliyimizə bariz nümunədir. Hamımız arzu edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və müharibə sona çatsın. Təbii ki, qələbə bizimlədir, bizimlə olacaq. İnşallah yaxın zamanda cənab Prezidentin elanı ilə Şuşa, Laçın, Kəlbəcərin və bütün torpaqlarımızın işğaldan azad olunduğunu eşidək”.
Son olaraq A.Bağırov hazırda gedən siyasi proseslər və ermənilərin uydurma tarixləri haqqında da danışıb:
“Siyasi arenada elə şeylər var ki, adi adam da müşahidə edərək fikir bildirə bilər. Mən də siyasətlə məşğul olmuram. Amma izləyirəm, görürəm. Məsələn ermənilər dünya ölkələrində aksiyalar təşkil edirlər.
Həmin yürüşlərdə qışqırırlar ki, Putin terroristdir. Amma Rusiya Ermənistana kömək edir. Lakin ruslar da bilmir ki, ermənilərə nə qədər kömək etsələr də, axırda onlar bunu danacaq.
Deyəcəklər ki, siz etməmisiz bunu özümüz bacardıq. Halbuki cənab Prezident İlham Əliyev sonuncu müsahibəsində bildirdi ki, Ermənistanın 2 milyard məbləğində texnikası məhv olub. Həmin hərbi avadanlıqları almaq üçün pulu hardan alır?
Sadəcə təmannasız yardımlar edirlər. Yoxsa ermənilər acından ölən millətdir. Səngərdə əsgərləri belə qalmayıb. İnşallah o raketlərin hamısı öz başlarına yağacaq. Çox az qalıb. Hə, bir də deyirlər ki, millətimizin 9 min il yaşı var. Amma gülməlidir ki, 17-ci əsrdə ordan burdan yaranıblar. Sübutları da yoxdur desinlər ki, 9 min il bundan əvvəl nə ediblər. Bizim kökümüz isə o qədər dərin, qədimdir ki, danışsaq vaxt çatmaz. Xülasə inşallah hər şey yaxşı olacaq.
Dinc əhaliyə qarşı törədilən terror hər birimizə təsir edib. İki gündür özümə gələ bilmirəm. Gəncədəki uşaqların şəkilləri, üzlərindəki qanlar mənə çox təsir edib”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... - GİLEY
Bu gün, 11:05 |
|
|
|
• Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu - "...konkret müddət yoxdur"
Bu gün, 10:57 |
|
|
|
• Bu şirkət yol təmir edəcək - müqabilində 674 MİN QAZANACAQ
Bu gün, 10:49 |
|
|
|
• Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... - "The Jerusalem Post"
Bu gün, 10:43 |
|
|
|
• Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? - İNCƏLƏMƏ
Bu gün, 10:39 |
|
|
|
• Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi – Prokurorun tələbi
Bu gün, 10:33 |
|
|
|
• “Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb - HESABAT
Bu gün, 10:25 |
|
|
|
• Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... - GƏLİŞMƏ
Bu gün, 10:17 |
|
|
|
• “BakuBus” avtobuslarında XİDMƏT SIFIR... - AXI NİYƏ?
Bu gün, 10:13 |
|
|
|
• Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Bu gün, 10:09 |
|
|
|
• “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO
Bu gün, 10:02 |
|
|
|
• İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb - DETALLAR
Bu gün, 10:00 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... - ƏSLİNDƏ...
Bu gün, 09:58 |
|
|
|
• 9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur - BU NƏDİ BELƏ?
Bu gün, 09:38 |
|
|
|
• Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 09:34 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir - “RİA Novosti”
Bu gün, 09:32 |
|
|
|
• Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi – Sürpriz qərar
Bu gün, 09:24 |
|
|
|
• Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir - KİV
Bu gün, 09:18 |
|
|
|
• Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı - DETALLAR
Bu gün, 09:16 |
|
|
|
• SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi - “Zelenski kimi səhvə yol verdilər”
Bu gün, 09:08 |
|
|
|
• "Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." - ÇAĞIRIŞ
Bu gün, 09:00 |
|
|
|
• "Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." - GİLEY
Bu gün, 08:56 |
|
|
|
• Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... - İDDİA
Bu gün, 08:47 |
|
|
|
• Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... - ETİRAZ
Bu gün, 08:39 |
|
|
|
• Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... - Nə seçici?.. Nə xalq?..
Bu gün, 08:31 |
|
|
|
• Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Tarixə yazılan səfər - MƏQALƏ
Bu gün, 08:13 |
|
|
|
• Azərbaycanın növbəti diplomatik Zəfəri - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10 |
|
|
|
• Rusiyanı qorxuda saxlayan məhz budur - Qrem
Bu gün, 07:10 |
|
|
|
• Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? - İTTİHAM VAR...
Bu gün, 06:26 |
|
|
|
• İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” – Nələr yaşanır?
Bu gün, 06:21 |
|
|
|
• Kreml və Tehranın qorxulu yuxusu – Ağ Evdə sıxılan əl regionu dəyişir
Bu gün, 05:36 |
|
|
|
• Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək
Bu gün, 05:22 |
|
|
|
• Tramp və onun komandası olmasaydı... - deputat
Bu gün, 05:19 |
|
|
|
• Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi - Fotolar
Bu gün, 05:14 |
|
|
|
• Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... - KİV
Bu gün, 05:10 |
|
|
|
• Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - İLGİNC İDDİA
Bu gün, 05:07 |
|
|
|
• Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Dünən, 19:10 |
|
|
|
• "Bu ritual özümü toparlamağa kömək edir"
Dünən, 19:08 |
|
|
|
• 33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Dünən, 18:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Dünən, 18:55 |
|
|
|
• Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Dünən, 18:52 |
|
|
|
• Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:35 |
|
|
|
• İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Dünən, 14:32 |
|
|
|
• Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Dünən, 13:06 |
|
|
|
• Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Dünən, 13:04 |
|
|
|
• Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Dünən, 11:48 |
|
|
|
• Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Dünən, 11:46 |
|
|
|
|