İqtidar düşərgəsi parlament seçkiləri ərəfəsində iç təmizləməyə gedəcək - İki nüfuzlu məmurun mövqeləri təhlükədə
Tarix: 5-01-2015, 11:29 |
Çap et
DİA.AZ: - «Bu yeni ildə bir çox «toxunulmaz» məmurların mövqelərinə ciddi zərbələr dəyəcək. İl qaynar hadisələr baxımından çox zəngin olacaq». Bu sözləri DİA.AZ-a açıqlamasında məlumatlı mənbə bildirib.
Mənbənin iddialarına görə, hakimiyyət bir neçə dövlət qurumunda total kadr islahatı həyata keçirməklə yanaşı, kifayət qədər nüfuzlu görünən iki məmuru ilə də yollarını ayıracaq: «Onların mövqelərinə keçən il böyük zərbələr vuruldu. 2015-ci ildə isə prosesin davamı konkret nəticə ilə müşaiyət olunacaq».
Mənbə diaaz.space-a açıqlamasında onu da əlavə edib ki, əsas qaynar hadisələr fevral ayından start götürəcək: «Təbii ki, bütün bu prosesləri iqtidar düşərgəsinin qarşıdan gələn parlament seçkilərinə də böyük tədarükü kimi qiymətləndirmək olar. Yəni builki parlament seçkilərində kimin sözünün keçərli olacağı ərəfədə baş verən proseslərlə özünü nəzərə çarpdıracaq».