Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                     "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" .....                     Paşinyanın SÜLH FIRLATMASI .....                     “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil .....                     Güney Qafqazda sülh: Nə qədər REALDIR? .....                     Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                     Səhiyyə adına BİABIRÇILIQ .....                     "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" .....                     İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR .....                     Konstitusiyalı anarxiya .....                     Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? .....                     Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     “Dedim, qoy məni elə öldü bilsinlər” .....                     Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... .....                     Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                 

Nə yediyimizin fərqinə varırıqmı? - Bakıda qara çörək fırıldağı... - İnsanlarımızın həyatını risqə atırlar
Tarix: 30-12-2014, 10:35 | Çap et
Nə yediyimizin fərqinə varırıqmı? - Bakıda qara çörək fırıldağı...
Azərbaycanın çörəyə olan illik tələbatı təxminən 1,2 milyard tonla ölçülür. Çörək gündəlik qidamızın əsas hissəsi olsa da, onun həm istehsalında, həm də istehlakında həmişə problemlər olub. Nə qədər ki, insanlar çörəyi zibilxanalara rahat atacaq, elə onu istehsal edən bəzi işbazların kələyi də davam edəcək.

Hazırda satışda müxtəlif adda, qiymətdə çörək növləri təklif olunur. Bir müddət əvvəl çörək istehsalı ilə bağlı standartlar da bəyan edilmişdi. Hazırda Dövlət Standartlaşdırma və Sertifikatlaşdırma İnstitunun tərkibində taxıl və taxıl məhsullarının standartlaşdırılması üzrə texniki qurum fəaliyyət göstərir. Amma bu yenilik də qeyri-normal rəqabətə dayanan və fırıldaqla xidmət göstərən çörək istehsalçılarının işinə mane ola bilmədi. Dəfələrlə müvafiq dövlət qurumları keyfiyyətsiz çörək istehsalçılarını ifşa etsə də, vəziyyət dəyişməz qalıb. Həm ağ, həm də qara çörəyin hazırlanmasında qüsurlara yol verilir. Bu qüsurlar məhsulun çəkisi, tərkibi və qablaşdırılması ilə əlaqədardır. Analitik.az pəhriz çörəyi adı ilə satılan keyfiyyətsiz məhsullarla bağlı araşdırma zamanı bu sahədə özbaşınalıqların mövcud olduğunun şahidi oldu. Xüsusən pəhriz saxlamalı olan xəstələrin aqibətini fikirləşməyən işbazlar, qara çörək adı ilə əslində keyfiyyətsiz məhsul satırlar.

“Qara çörək” fırıldağı...

Nəzərə çatdıraq ki, alıcıların daha çox şikayət etdiyi məhsul çörəkdir. Deyilənə görə, köhnə çörək yenidən isladılaraq təzəsinin xəmirinə qatılır, çörək ağır gəlsin deyə sobadan tez götürülür, tərkibinə uzun müddət qalsın deyə formaldehid (formalin) və başqa kimyəvi maddələr qatılır. Qida texnoloqu Nadir Şirinov da qara çörək deyilən pəhriz çörəyinin hazırlanmasında nöqsanlara yol verildiyini təsdiqləyir. Mütəxəssis deyir ki, satışda o qədər çeşiddə çörək var ki, onların üzərində göstərildiyi tərkiblə eyni olub-olmadığına inanmaq çətindir: “Vəziyyət acınacaqlıdır. Sahibkarların çoxu çörək istehsalında normativ standartlara əməl etmirlər. Ən əvvəl çörək bişirilən un torbaları xüsusi qaydada yerləşdirilməlidir. Sahibkarlar yaxşı işləmək uğrunda rəqabət əvəzinə pul qazanmaq dalınca düşürlər. Un torbaları çox vaxt beton döşəmədə uzun müddət qalır. Nəticədə un xarab olur, tərkibi mikrobla zənginləşir. Əslində torbalar yerdən bir qədər hündürdə, 30 dərəcə otaq temperaturunda saxlanmalıdır. Hazırlanacaq xəmirin unu yaxşıca ələnməlidir. Ələnən unun tərkibi oksigenlə zənginləşir, alınan xəmir kütləsi tez acıyır, tez bişir, çörəyi isə ləzzətli olur. Gündəlik istifadə olunan zavod çörəyi dediyimiz məhsul iki sutkaya qədər saxlanıla bilər. Çörək təmiz rəfdə, üzəri də səliqəli kətan parça ilə örtülməlidir. Bəzən marketlərdə hamı çörəkləri əli ilə istədiyi kimi yoxlayıb alır. Hər kəs bir çörəyə əl vursa, bu gigiyenik qaydanı pozmaq olar. Satıcılar, çörək daşıyanlar xüsusi əlcəkdən istifadə etməlidir. İndi çox zavod çörəyi kağız paketlərdə satışa buraxır. Bu qablaşdırma kütləvi şəkildə olsaydı əla olardı. Lavaş çörək də tərkibinə qatqılar istifadə edilməklə bişirilir. Satışda olan yuxa çörək dediyimiz məhsullar da salofan torbalarda günlərlə qalır. Bu isə çörəyin tərkibində kartof çöpü(subtilis) deylən sporlar əmələ gətirir. Bu “kartof xəstəliyi”ni yaradan sporlar istiyə davamlı olur. Bu “xəstəlik” çörəyin içində meydana gələn yapışqanlıqdır. Kiflənmiş çörək zibilxanalara atılır, səhv olaraq bəzən ev heyvanlarına verilir. Yaxud, pəhriz çörəyi dediyimiz qara çörək ikinci növ buğda unu, çövdar unundan hazırlanmalıdır. Amma bu gün satılan qara çörəyin 80%-i süni rəngləndiricilər, boya vasitəsiylə (yayılmış üsul kakao, boyat çay, karamel tozu, süni boyalar) hazırlanır. Odur ki, şəkər xəstəsinin bu çörəyi yeyəndə vəziyyətinin pisləşməsi normal haldır. Onu da deyim ki, hazırda dünya ölkələri kəpəkli çörəkdən istifadəyə çalışır. Vaxtilə 100 kq buğdadan 65 kq un alınırdı, qalan kəpək də heyvandarlıq məhsulu kimi istifadə olunurdusa, bu gün vəziyyət dəyişib. Kəpəkli çörəyin daha xeyirli olduğu ortaya çıxıb. Alıcı bilməlidir ki, ən yaxşı bişmiş çörək içi məsaməli olanıdır.”

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da bərəkət rəmzi olan çörəyin bişirilməsi qaydalarından narazıdır: “Şəhər çörəyi ilə rayon, kənd yerlərində bişirilən çörək arasında çox böyük fərq var. Bizim milli mətbəxdə çörəyin növü saysızdır. Təəssüf ki, əlimdə çörəyə qatılan həmin kimyəvi maddələrlə bağlı laborator nəticələri yoxdur. Əgər bu barədə deyilənlər həqiqətə uyğundursa, onda insanları aldadanlar araşdırılmalı, barələrində tədbir görülməlidir.”

Çörəyin mayasını korlayıblar

Bu gün güya arıqlamaq istəyənlər, eləcə də şəkərli diabet xəstələri qara çörək yeməklə pəhriz saxladıqlarını düşünürlər. Bəzən doğru seçilməyən çörək, xəstənin vəziyyətini pisləşdirə bilər. Tərkibinə kənar maddələrin qatıldığı çörəyin insanın mədə-bağırsaq sistemində pozuntulara səbəb olması ehtimalı da böyükdür. Ümumiyyətlə, normal qara çörəyin vitaminlərlə zəngin olduğunu, qanda xolestrinin miqdarını azaltdığını deyirlər. Endokrinoloq Ülkər Nəzirova isə məsələyə başqa cür yanaşır. Həkimin sözlərinə görə, prinsipcə qara və ağ çörəyin istifadə olunmasının elə bir fərqi yoxdur. “Fikrimcə, kalori cəhətdən müqayisə etməyə də dəyməz. Mən şəkərli xəstələrimə hər iki çörəkdən istifadəyə qəti göstəriş vermirəm. Yalnız “Borodino çörəyi”nin yeyilməsini məsləhət görmürəm. Bu da həmin çörəyin tərkibində şirinliyin(xəmirə patoka-tünd rəngli bal, yaxud səməni şəkəri qatılır) olmasıdır. Çörəyin hazırlanmasında həkim kimi narahatlığım yalnız onun mayası ilə bağılıdır. Elə hazırlanacaq çörəyin xeyirli olmasında həmin maya böyük rol oynayır. Bizim nənələrimizin keçmiş ənənələri var, çörəyi bişirəndə maya kimi acxamra-qıcqırdılmış xəmirdən istifadə edirdilər. İndi də bu ənənə rayon, kənd yerlərində var. Şəhər insanı inkişaf etdiyi qədər, sağlam qidalanmadan çox geridə qalır. Əslində, çörəyin istehsalında naməlum mayalardan istifadə olunur, bu mayaların tərkibi araşdırılmalıdır.”

Mütəxəssislər deyir ki, “Borodino çörəyi” adı ilə satılan qara çörəyin hazırlanması bir neçə mərhələli uzun prosesdir. Çətin ki, mağazalarda satılan çörək həmin reseptlə hazırlansın. Bu arada məsələylə bağlı Dövlət Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun çörək istehsalıyla bağlı texniki qurumuna verdiyimiz suallara cavab ala bilmədik. Səriştəli şəxslər deyəsən ya çörəkdən imtina edib, ya da insanların çörəyinə haram qatanlara nədənsə barmaqarası baxmağı üstün tuturlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56
3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53
Beh alıb, məclisə getmədi
Dünən, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru