Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                     Azərbaycanlı turist bir meyvəyə görə .....                     Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: .....                 

Respublika Klinik Xəstəxanasından “Medi Club” Klinikasına qədər uzanan haqsızlıq - Ümid dolu vədlər verərək 5000 AZN aldılar
Tarix: 15-01-2019, 10:11 | Çap et
Respublika Klinik Xəstəxanasından “Medi Club” Klinikasına qədər uzanan haqsızlıq
Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Bənnayev Museyib Fəaliyyət oğlu Faktinfo.az-a şikayət ərizəsi ilə müraciət edib.
Şikayətçi həyat yoldaşının əvvəlcə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunduğunu, sonradan isə “Medi Club” Klinikasında müalicəsinin davam etdirildiyini və orada dünyasını dəyişdiyini bildirir, üstəlik də xeyli miqdarda maddi ziyana salındığını qeyd edərək hər iki tibb müəssisəsinin həkimlərinə qarşı ciddi ittihamlar səsləndirir:

“Həyat yoldaşım Bənnayeva Sevda Şərif qızı 2018-ci il fevral ayının 1-də onda olan şəkər xəstəliyi ilə bağlı koma vəziyyətinə düşüb və təcili yardım maşını ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir həftə orada həkim Ulduz Əlicabbarovanın nəzarəti altında müalicə olunub. Lakin bundan sonra Ulduz həkim xəstənin vəziyyətinin ümidsiz olduğunu bildirib, onu evə aparmağı məsləhət görüb. Mən isə həyat yoldaşımı yaşatmaq üçün başqa xəstəxanaya üz tutmağı qərara aldım və bu məqsədlə “Medi Club” Klinikasına müraciət etdim. Həmin klinikadan bildirdilər ki, həkim briqadamız gəlib baxacaq, əgər müalicəsi bizlikdirsə 5000 (beş min) manat, bizlik deyilsə, gəliş haqqı olaraq 230 (iki yüz otuz) manat ödəməlisiniz. Mən razılaşmaq məcburiyyətində qaldım. Fevralın 7-də onlar gəlib xəstəyə baxdılar və 5-10 dəqiqə sonra çıxıb şou yaratmağa başladılar. Belə ki, Sevil adlı həkim bildirdi ki, reanimasiya otağında mən 18-20 xəstə saydım, onlardan 2-si 3-ü sağ qala-qalmaya, digərləri həkim savadsızlığından öləcək. Ancaq mən bu xəstəni aparıb sağaldıb, yenidən buraya gətirəcəm və savadsız həkimlərə deyəcəm ki, baxın, ölüm diaqnozu qoyduğunuz xəstəni sağaltmışam.

Bu sözlərdən sonra mən də Sevil həkimə yalvardım ki, yoldaşım cavandır, üç uşaq anasıdır, qoymayın ölsün. O da bildirdi ki, 5000 manatı ödəyin, hər şey yaxşı olacaq. Beləliklə, mən tələb olunan məbləği “Medi Club”a ödədim və xəstəni palataya yerləşdirdilər.

Orada Şöyü həkim, Pərviz həkim bildirdilər ki,həyat yoldaşınız Sevda Bənnayevanın yaşama şansı var. Analizlərin cavabı çıxsın, ondan sonra dəqiq söz deyəcəyik. Analizlərin cavabından sonra isə Şöyü həkim bildirdi ki, hər şey qaydasındadır, narahat olmayın. Biz ümidlənsək də, sevincimiz çox çəkmədi. Bir gün yarım sonra xəstə dünyasını dəyişdi. Həkimlərimizin bizim başımıza gətirdiklərinə nə ad vermək olar?”

Şikayətçi M.Bənnayev hesab edir ki,”Medi Club”-ın həkimləri onun həyat yoldaşının öləcəyini bilirmişlər, sadəcə pul qoparmaq məqsədilə ona yalandan ümid dolu vədlər veriblər. O daha sonra yazır: “Xəstənin ölümündən sonra mən mərkəzi “Medi Club”da rəhbər şəxslərdən olan Toğrul adlı şəxslə görüşdüm və bütün iradlarımı ona bildirdim. Toğrul bəy mənə dedi ki, həmin puldan klinikaya cəmi 450-460 manat xeyir qalıb, qalan pullar xəstənin müalicəsinə xərclənib. Ancaq mən bununla razılaşa bilmirəm. Axı, xəstə əməliyyat olunmayıb, uzun müddətli müalicə kursu keçməyib. Cəmi üç günə klinikaya ödədiyim 5000 AZN –dən 3100-ü nəyə xərclənib? Bütün bu məsələlərə cavabdeh olan baş həkim Sevda Cəfərova hara baxırdı? Guya baş verənlərdən onun xəbəri yox idi?! Niyə mən təkidlə soruşandan sonra xəstənin öldüyünü etiraf etdilər? Bəlkə vaxtı uzatmaq istəyirdilər ki,daha bir neçə gün keçsin,yerdə qalan pulu,yəni 1900 AZN-i də “silsinlər” ? Bu qədər insafsızlıq,vicdansızlıq olar? Heç olmasa, imkan verəydilər həyat yoldaşımı evə aparaydım,son nəfəsində övladlarını görəydi.

Hazırdəa mən özüm də xəstəyəm və üç oğlan uşağı ilə qalmışam kirayələrdə,küçələrdə. Yoldaşıma görə aldığım borcları da geri qaytara bilmirəm.Belə çıxır ki,kim savadsız və arxasızdırsa, “Medi Club”ın həkimləri hiylə yolu ilə onların pulunu əlindən alıb mənimsəyirlər. İndi çox çarəsiz vəziyyətdəyəm və nə edəcəyimi bilmirəm”.

Faktinfo.az-a təqdim edilən bu şikayət ərizəsini həqiqətən də ürək ağrısız oxumaq olmur. Budurmu Azərbaycan səhiyyəsi, bu qədər vicdansızdırmı bizim bəzi həkimlərimiz? Yəni, insanlıq bu qədərmi ölüb? O cür imkansız, çarəsiz, məzlum bir şəxsdən bu qədər pulu necə alıb yemək olar? Bunu Allah götürərmi? Bəs Səhiyyə Nazirliyi, digər aidiyyatı dövlət qurumları bu məsələyə, görəsən, necə qiymət verəcək? Həqiqətənmi dərindən araşdırılmayacaq ki, Bənnayeva Sevda Şərif qızı Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində niyə normal müalicə olunmayıb ki,vəziyyət də sonda gəlib bu həddə çatıb? Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Ulduz Əlicabbarovadan soruşan olmayacaqmı ki,bir həftə ərzində xəstəni düşdüyü vəziyyətdən çıxartmaq üçün həkim adına hansı əməli iş gördün? Belə suallar yetərincədi. Növbəti yazılarımızda həmin suallara aydınlıq gətirməyə çalışacağıq.

Faktinfo.az KİV haqqında qanunun tələblərinə uyğun olaraq, qarşı tərəfin münasibətini öyrənmək üçün “Medi Club”ın rəhbərliyinə rəsmi sorğu göndərib.O vaxtdan bir aydan çox keçməsinə baxmayaraq, sorğuya cavab verilmədi.

Eyni zamanda, Respublika Klinik Xəstəxanasının həkimi Ulduz Əlicabbarova ilə əlaqə saxlamaq üçün çoxsaylı cəhdlər etsək də, heç bir nəticə olmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Dünən, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru