“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                     Rusiyanın özü gərginlikdə maraqlıdırsa... .....                     “Bravo” qaydaları ən çox pozan marketdir .....                     “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək .....                     Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək .....                     BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi .....                     Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK .....                     Gəncəyə yeni həbi prokuror təyin olunub .....                     Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi .....                     Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib .....                     Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı .....                     Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib .....                     Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                     Ermənistan türk dünyasına daxil olacaq .....                 

Ziya Məmmədovu adı daha bir qalmaqalda - İDDİA
Tarix: 1-02-2018, 10:29 | Çap et
Ziya Məmmədovu adı daha bir qalmaqalda
Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb.

Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat konfransı keçirib Fatma Yolçiyevanı ifşa etmişdir.

Xatırladaq ki, S.Məcidov bu barədə danşarkən o zaman bildirmişdi ki, Fatma Yolçiyeva 200 min manat pulu ona sələmə vermiş və “girov müqaviləsi” adı ilə onu aldadaraq, 2,5 milyon manat dəyərində əmlakını ələ keçirib:

“Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”. F.Yolçiyeva ona verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı ondan alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. F.Yolçiyevanı onunla əlaqələndirən və sələm işlərində davamlı olaraq vasitəçilik edən İradə Vəliyeva da etiraf edib ki, o pulun yarısı “komisyon haqqı” olaraq ona, “Göygöz Vasif” dediyi oğlana və Sima adlı xanıma çatıb. İstər Fatma Yolçiyevanın, istərsə də İradə Vəliyevanın etirafları ilə bağlı videoçəkilişlər də olub. Sələmçi F.Yolçiyevanın şifahi surətdə onun qarşısında qoyduğu şərtə görə o 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydi: “Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min manat pul vermişəm.

Mən 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olundum. Sonradan öyrəndiyimə görə, bu işdə Fatma Yolçiyevanın da əli olub və çox güman ki, mənim həbsimlə, əmlakımı mənimsəmək məqsədi güdüb. Həbsdə olduğum vaxtda Fatmaya pul ödəməyə imkanım çatmadı”. S.Məcidovun sözlərinə görə, onun yaxınları F.Yolçiyeva ilə danışmağa və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini tələb edib və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü onu başqalarına icarəyə verib: “Artıq 4 ilə yaxındır F.Yolçiyeva mənim obyektimi tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum”.

Sudef Məcidov Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətini geri qaytarmaq istəsə də, bu, baş tutmayıb:”Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir.

Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min manat, Nəsimi Rayon Məhkəməsinə 50 min manat , Konstitusiya Məhkəməsinə 50 min manat, Plenuma 50 min manat və digər instansiyalara rüşvət verdiyini dedi. Artıq 1 ilə yaxındır ki, Fatma Yolçiyeva ilə məsələni həll edərək, obyektimi geri qaytarmağa çalışıram. Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər.

Mənimlə yanaşı, Nadir Zeynalov adlı vətəndaş da Fatma Yolçiyevanın əməllərindən Qafqaz Xəbər Agentliyinə şikayət edib və bu məsələ faktlarla ictimailəşdirilib.

Bundan başqa, Fatma Yolçiyevaya daim vasitəçilik edən İradə Vəliyeva özü etiraf edib ki, F.Yolçiyevanın sələmə salıb əmlakını mənimsədiyi şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərov da olub”.

O zaman Sudef Məcidov hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etsə də onun şikayətlərinə hüquqi qiymət verilməmişdir.

Ancaq bu iki il ərzində, ölkədə bəzi məmurlar öz postları ilə vidalaşandan sonra onların hüquq mühafizə orqanlarında olan dayaqları da zəifləməyə başladı. Oliqarx çevrənin laxlaması nəticəsində Fatma Yolçiyeva Sudef Məcidovla görüşərək razılığa gəlməyə məcbur oldu ki,bunun səbəbi haqda bir qədər sonra yazıda danışacağıq.

365info saytına daxil olan məlumata görə Fatma Yolçiyeva mətbuatda ifşa olunandan sonra Sudef Məcidova dəymiş ziyanın bir hissəsini ödəyib. Ona bu jesti etməyi isə onun pərdə arxasında gizlənən himayədarları tapşırıq veriblər.

Bu gün Sudef Məcidov demək olar ki, daha Fatma Yolçiyevadan şikayətçi deyil. Ancaq burda bir məqam var; Fatma Yolçiyevanın özünə qalsaydı mətbuatda ifşa edilsə də , Sudef ondan heç qara qəpik də ala bilməyəcəkdi.

Belə ki,Fatma Yolçiyeva özü də Sudef Məcidovla görüşən zaman çəkilən videoyazıda deyir ki, “mən kiməm ay Sudef, sənə verdiyim pulların yiyələri var… Və onlar da sənə verdiyim pulları tələb etdikləri üçün, mən də sənin dükanını ələ keçirib onların pullarının sənin tərəfindən “atılmağını” onlara sübut etməliydim”.

Dediyimiz kimi 365info saytına daxil olan məlumata görə Sudef Məcidova dəyən ziyanın bir qismi ona ödənilib. Bildirilir ki, bunu etmək haqda tapşırıq Fatma Yolçiyevaya ona görə verilib ki, onu maliyyələşdirənlər hökümətdə dayaqlarını itirməyə başlayıblar.

Belə ki, 365info saytına daxil olan məlumata görə Fatma Yolçiyevanın əlində cəmləşib sələmə verilən pullar Nəsimi rayon İH-nın keçmiş başçısı Nəsib Məhəməliyevdən başlayıb keçmiş nəqliyyat naziri Ziya Məmmədovacan uzanan pullardır.

Ancaq həmin şəxslər özləri Fatma Yolçiyevayla görüşməyiblər. Sadəcə Fatma bu yükün altına girəndə məsuliyyəti dərk edərək bilmək istəyib ki, o kimlərin pullarını “fırladıb” sələmə verəcək. Və onunla bu işlə bağlı görüşüb hər dəfə lazım olan məbləği ona verən Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin keçmiş rəisi Laçın Mustafayev olub.

Fatma Yolçiyevanın Sudef Məcidovla görüşən vaxt videolentə alınan danışığında Fatma Yolçiyeva hətta özü də etiraf edir ki, Məcidov Sudefə məxsus dükanın qabağındakı artırmanı Nəsimi İH-nın işçilərinin sökməməsi üçün, o külli miqdarda rüşvət verib. Və həmin videoyazıda Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Laçın Mustafayevin adını çəkərək ona 50 min manat pul verdiyini söyləyir.

STOP! STOP! Axı o vaxt bu danışıqlar gedəndə Sudef Məcidov hardan biləydi ki, onun əlindən alınan dükan elə Fatma Yolçiyeva tərəfindən Nəsib Məhəməliyev və Ziya Məmmədova verilib.

Deyildiyi kimi Sudef Məcidov Fatma Yolçiyevadan 200 min manat pul alıb və əvəzində dəyəri milyonlarla ölçülən dükanını girov qoyub və sonradan da müəmmalı şəkildə həbs olunaraq 4 il məhkümluq həyatı yaşayıb.Həbsxanadan çıxan kimi isə o Fatma Yolçiyevanın yanına gələrək dükanını geri istəyib. Fatmadan rədd cavabı alandan sonra məcburiyyət qarşısında qalaraq mətbuata üz tutub.

Ancaq Sudef Məcidov mətbuata üz tutanda hardan biləydi ki, vaxtı ilə onun sahibi olduğu “Masallı market” adlanan dükanına Moskva kolbasaları almaq adı ilə gələn nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anarın elə o vaxtlar onun dükanına gözü düşüb.

Bu məsələ lap Ziya Məmmədovun AST Telmanın 300 milyon dollarına gözü düşməsini yadıma saldı. Ancaq bu başqa bir mövzunun yazısıdır…

Sudef Məcidov Fatma Yolçiyevadan rədd cavabı alandan sonra mətbuatdan savayı hüquq mühafizə orqanlarına müraciət edəndə də bilmirdi ki, onun dükanını əlindən alan əslində pərdə arxasında gizlənən nəqliyyat naziri Ziya Məmmədovdur, Fatma Yolçiyeva isə yalnız üzdə görsənən füqurdur.

Bu günləri yuxarıda adlarını qeyd etdiyimiz insanlar öz postlarını itirəndən sonra onların hüquq mühafizə orqanlarında olan qohumları da daha üzdə görsənən Fatma Yolçiyevanı müdafiə edə bilmirlər.

Məsələn ,Məcidov Sudefin sonuncu dəfə Fatma Yolçiyevanın cinayət əməllərindən Baş prokurora etdiyi müraciətdən sonra, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, Baş prokurorun köməkçisi Namiq Məmmədov Fatma Yolçiyevanı müdafiə edə bilməyib.

Baş prokurorluqda Namiq Məmmədovun yadına salıblar ki, onun əmisi daha nazir deyil və Fatma Yolçiyeva zərərçəkmişə dəyən ziyanı ödəyərək xəbər saytlarından onunla bağlı gedən yazıları çıxartdırmalıdır.Əks halda Fatma Yolçiyeva cinayət məsuliyyətinə cəlb olunacaq.

Bax bu xəbərdarlıqdan sonra, Fatma Yolçiyeva Sudef Məcidovu taparaq ona dəymiş ziyanın bir hissəsini ödəyib.

365info saytına daxil olan məlumata görə hələ yuxarıda qeyd etdiyimiz hadisələrdən əvvəl, Nəsib Məhəməliyev icra başçısı vəzifəsindən azad olunandan sonra vəzifəsini itirənlərdən biri də Laçın Mustafayev olub. Və əlbəttə ki, onu çox vəzifəsiz qalmağa qoymayıblar,Ziya Məmmədov onu nazirlikdə işlə təmin edib.

Ancaq Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşəndən sonra və Ziya Məmmədov vəzifəsini itirən kimi Laçın Mustafayev yeni nazir Ramin Quluzadə ilə bir məhəllədə qonşu olduğu üçün onunla münasibət qurmağa cəhd edir. Amma yeni nazir Laçın Mustafayevin kim olduğunu onun özündən də yaxşı bildiyi üçün heç onun üzünə belə baxmır.

365info saytına daxil olan məlumata görə Laçın Mustafayev Ziya Məmmədovun pullarından 700 min dollarını da Binəqədi RPİ-nin rəisi Namiq İsmayılova iş görmək adıyla verib.

Redaksiyamıza daxil olan məlumata görə Namiq İsmayılov həmin pula 6-cı mikrorayonda özünə villa tikdirib və Novxanıda dəniz kənarında restoran alıb. Və bu günəcən də 700 min dolları Laçın Mustafayevə qaytarmayıb. Laçın Mustafayev ondan hər dəfə verdiyi pulu tələb edəndə isə , Namiq İsmayılov Fatma Yolçiyevanın Sudef Məcidovun başına gətirdiyi oyunlardan xəbərdar olduğunu onun yadına salıb. Çıxılmaz vəziyyətdə qalan Laçın Mustafayev isə Ziya Məmmədovdan razılıq alaraq Sudef Məcidova dəyən ziyanın bir qismini Fatma Yolçiyevanın vasitəsi ilə ödəməyə başlayıb.

Laçın Mustafayev Namiq İsmayılovla son görüşdə hətta bildirib ki, guya o bu yaxınlarda Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin olunacaq və ondan sonra Namiq İsmayılovun tutduğu postda qalmağı barədə yenidən fikirləşməli olacaq.

Araşdırmamız davam edir, bizi izləyin .










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Bu gün, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Bu gün, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Bu gün, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Bu gün, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Bu gün, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Bu gün, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Bu gün, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Bu gün, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Bu gün, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Bu gün, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Bu gün, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Bu gün, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Bu gün, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Bu gün, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Bu gün, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Bu gün, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Bu gün, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Bu gün, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Bu gün, 15:05
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Bu gün, 15:01
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Bu gün, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Bu gün, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Bu gün, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Bu gün, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Bu gün, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Bu gün, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Bu gün, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Bu gün, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru