Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                     Rusiyanın özü gərginlikdə maraqlıdırsa... .....                     “Bravo” qaydaları ən çox pozan marketdir .....                     “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək .....                     Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək .....                     BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi .....                     Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK .....                     Gəncəyə yeni həbi prokuror təyin olunub .....                     Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi .....                     Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib .....                     Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı .....                     Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib .....                     Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                 

Prezidentin seçki ili strategiyası - üç mühüm məsələ
Tarix: 31-01-2018, 09:12 | Çap et
Prezidentin seçki ili strategiyası
Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqi bir neçə aspektdən diqqət çəkdi.

Bu çıxış təkcə İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən bu vaxtadək görülən işlərin hesabatı kimi deyil, bu ilin oktyabrında keçiriləcək prezident seçkisinə bəlkə də start hesab oluna bilər. Təsadüfi deyil ki, dövlət başçısı çıxışını 2003-cü il prezident seçkisini xatırlatmaqla başlayıb. “2003-cü il prezident seçkisi ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi” deyə, dövlət başçısı bildirib.

Dövlət başçısı hakimiyyətdə olduğu 14 il ərzində Azərbaycanın həm iqtisadi, həm siyasi uğurlara imza atdığını qeyd edib.

Prezidentin çıxışında iqtisadi hesabatlara keçmədən öncə ölkəmizdə təhlükəsizlik və sabitliyin təminatına vurğu etməsi diqqət çəkir. Hətta opponentləri də etiraf edirlər ki, İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkənin xarici müdaxilələrdən, eləcə də vətəndaşların təhlükəsizliyi istiqamətində mühüm işlər görülüb ki, bu da təkcə sərhədlərin etibarlı qorunması hesabına başa gəlməyib. Bu, çox çətin regional şərtlər daxilində balanslı və ağıllı siyasət nəticəsində əldə edilmiş mühüm nailiyyət, hətta nemətdir ki, bunun nəticəsini bütün xalq görməkdədir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın yerləşdiyi regiona Qərbdən müdaxilələr nəticəsində tez-tez yaranan gərginlik, Yaxın Şərqdə, eləcə də bəzi keçmiş sovet respublikalarındakı daxili dartışmalar fonunda sabitlik faktorunu xüsusi qeyd etməkdə haqlıdır, daha doğrusu, bu, dövlət başçısının haqqıdır. Çıxışının sonrakı hissəsində prezident bu məsələyə yenidən qayıdaraq ölkədəki siyasi və iqtisadi stabilliyin əsas açar səbəbini də açıqlayıb: “İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”. Prezidentin “müstəqil siyasət” dedikdə yalnız Qərb dairələrindən ölkədəki vəziyyətlə bağlı hərdən çox qərəzli hesabatlarının hakimiyyətin ümumi siyasətinə təsiri olmadığı nəzərdə tutulmur. Müstəqil siyasət dövlətin mənafeyinin və maraqlarının hər şeydən önə qoyulmasıdır ki, bunu həm enerji və kommunikasiya layihələrinin icrasında, həm beynəlxalq və regional məsələlərdə ortaya qoyulan iradə sübut edir.

Prezidentin çıxışında müstəqil siyasətin nəticəsi kimi ötən il valyuta ehtiyatlarımızın artırılmasını qeyd etməsi bu mühüm məsələdə mənzərəni tamamlayır: “Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda, neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq”. Prezidentin çıxışından daha bir sitata diqqət yetirək: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir”.

Prezident çıxışında ikinci mühüm məqama-iqtisadi inkişaf və investisiya layihələri haqda hesabata məhz sabitliklə əlaqələndirərək keçid edib: “Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.

Dövlət başçısı çıxışında sonuncu sitatını möhkəmləndirən faktları konkret rəqəmlərlə dilə gətirib, çünki sosial rifah seçki ilində ən mühüm faktorlardan hesab olunur. Azərbaycan prezidentinin çıxışında vətəndaşın sosial vəziyyətinin daima diqqətdə saxladığını, eləcə də bununla bağlı hazır proqramı olduğunu görə bilərik.

“Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib. Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir” deyə, dövlət başçısı qeyd edib.

Dövlət başçısı Azərbaycanda gələcək nəsillər üçün də proqram üzərində iş getdiyinin anonsunu verib ki, bu da xüsusi diqqətə layiqdir. Məsələn, dövlət başçısı deyib ki, “artan əhali, eyni zamanda bizdən buna adekvat iqtisadi inkişaf tələb edir”. Sitat: “Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar. Biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”.

Prezidentin çıxışında daha bir məqama da diqqət yetirmək lazım gəlir: Azərbaycanın inkişafı fonunda işğalçı Ermənistandakı ağır sosial durum. Doğrudur, prezident çıxışında müqayisəyə xüsusi yer ayırmayıb, bu da uğurlu siyasi taktika hesab oluna bilər. O mənada ki, Ermənistan heç bir sahədə Azərbaycana rəqib ola bilməz.

Çıxışının ilk hissəsində prezident “bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir” deyib.

Çıxışının sonunda isə İlham Əliyev Ermənistanı “yenə yada salıb”. Sitat: “Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik. Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir. Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik”.

Prezidentin çıxışının böyük bir bölümündə qaçqınların həyat şəraitin yaxşılaşdırılması, sahibkarlığa dəstək, rayonlara xarici investisiyasının cəlb edilməsi, kənd təsərrüfatının inkişafına subsidayalara da yer ayırıb ki, bu da ayrı-ayrılıqda sadalansa da, ümumu iqtisadi vəziyyətin dəyərləndirilməsidir.

Dövlət başçısının çıxışında, nəhayət, sonuncu proqram xarakterli mühüm məqam da rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədir. “Rüşvətxorluğa və korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır”-deyə, prezident bildirib.

“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Bu gün, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Bu gün, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Bu gün, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Bu gün, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Bu gün, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Bu gün, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Bu gün, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Bu gün, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Bu gün, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Bu gün, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Bu gün, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Bu gün, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Bu gün, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Bu gün, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Bu gün, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Bu gün, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Bu gün, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Bu gün, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Bu gün, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Bu gün, 15:05
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Bu gün, 15:01
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Bu gün, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Bu gün, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Bu gün, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Bu gün, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Bu gün, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Bu gün, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Bu gün, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Bu gün, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru