Vətəndaşla Vergilər Nazirliyi arasında QALMAQAL - Kim haqlıdır?
Tarix: 10-11-2017, 09:23 | Çap et
Bakı sakini Rəşad Əlizadənin sözlərinə görə, Vergilər Nazirliyi onun üzərinə ona aidiyyəti olmayan borc yazıb. Redaksiyamıza müraciət edən R. Əlizadənin sözlərinə görə, nazirliyin qeyd etdiyi şirkətdən, nə də üzərinə yazılan küllü miqdarda puldan xəbəri yoxdur. Rəşad Əlizadə əvvəllər Gürcüstan və Qazaxıstanda yaşayıb və yük maşınının sürücüsü kimi fəaliyyət göstərib. Ötən ilin sonunda (noyabr) işləri ilə əlaqədar Bakıya gələn Rəşad Əlizadə geri qayıtmaq istəyəndə vətəndaşa bildirilib ki, pasportuna məhdudiyyət qoyulub və ölkədən kənara çıxa bilməz.
R. Əlizadənin sözlərinə görə, bir müddət müəyyən qurumlara müraciət etdikdən sonra Vergilər Nazirliyindən cavab alır ki, onun nazirliyə 393 min manatdan çox borcu var: "Qərar Şabran rayon məhkəməsində verilib. Özüm məhkəmələr olduğu müddətə ölkədə olmamışam. Heç bir məhkəmədən də xəbərim yoxdur. Həmin dövrlərdə heç mənim VOEN-im də olmayıb. VOEN-i bu il açmışam. Amma iddialara görə, 2014-cü il mən şirkət rəhbəri olmuşam və bu qədər vergi borcum var". R.Əlizadə bildirir ki, Apelyasiya Məhkəməsində bildirib ki, 2014-2015-ci illərdə onun Azərbaycanda olmaması ilə bağlı Miqrasiya Xidmətində məlumatlar var. Ancaq bu borc 2015-ci il may ayının 19-da təyin edilib: "Həmin vaxt mən Qazaxıstanda idim. Məhkəmə hakim Quliyev İlqar Məsail oğlunun sədrliyi ilə açılıb və hakim Teymur Qurbanovun sədrliyi ilə bitib. Hakim Qurbanovun ümumiyyətlə Şabran məhkəməsi ilə heç bir əlaqəsi yoxdur. Apelyasiya Məhkəməsi Sumqayıtda keçirildi. Məhkəmədə mən tələb etdim ki, iş istintaqa göndərilsin. Çünki mənim heç bir yerdə imzam yoxdur. MMC yaratmaq üçün vətəndaşın ilk növbədə VOEN-i olmalıdır. Ədliyyə və Vergilər Nazirliyində qeydiyyata düşməliyəm. Sonra möhür alıb, banka getməliyəm. Amma mən bunların heç birini etməmişəm, 100 faiz də əminəm ki, heç bir yerdə imzam yoxdur". R. Əlizadənin sözlərinə görə, adına qeydiyyatda olduğu iddia edilən və üzərinə 393 min vergi borcu yazıldığı "Azavrocom" şirkəti çirkli pulların yuyulması ilə məşğul olub: "Mən Məhkəmə Hüquq Şurasına da yazmışam ki, bu iş istintaqa göndərilsin, məsələ araşdırılsın. Əgər borclu mənəmsə, cinayət işi açsınlar, məni həbs etsinlər. Həqiqətən bezmişəm".
Vətəndaş bildirir ki, pasportunda məhdudiyyət olduğu üçün ölkədən kənara çıxa da bilmir: "Mənim yeganə tələbim işin istintaqa göndərilməsidir. Mənim 400 min manat vergiyə borcum olması üçün ən aşağı 15 milyon dövriyyəm olmalıdır. Hazırda Qazaxıstanda imkanlarım, evim-işim var. Bank hesabım var ki, oradakı puluma da toxuna da bilmirəm. Onların qanunlarına görə, hesablarımdan pulu ancaq mən çıxara bilərəm. Həyat yoldaşımın və ya anamın etibarnamə ilə çıxarması mümkün deyil. Ya da gərək mən ölüm ki, yaxınlarım ölüm kağızı aparıb hesabımdan çıxarış edə bilsinlər…" Məsələni araşdırmaq üçün Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, dövlət reyestr məlumatlarına və sənədlərə əsasən "Azavrocom" MMC-nin rəhbəri Əlizadə Rəşad Fikrət oğludur. Vergi ödəyicisi olan "Azavrocom" MMC vergi öhdəliklərini AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu yaranıb, vergi orqanları tərəfindən verilən müvafiq bildirişlərə və xəbərdarlıqlara baxmayaraq, vergi ödəyicisi yaranan borc məbləğini ödəməyib: "MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin qurumun rəhbəri — Əlizadə Rəşad Fikrət oğlunun ölkədən getmək hüququnun məhdudlaşdırılıb. Məsələ ilə bağlı R.Əlizadə tərəfindən məhkəmə mübahisələndirilməsi aparılıb, məhkəmə vergi orqanlarının tələblərini təmin edib". Müəmma davam edir… sputnik.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12 |
|
|
|
• Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10 |
|
|
|
• "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53 |
|
|
|
• Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50 |
|
|
|
• Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48 |
|
|
|
• “Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46 |
|
|
|
• Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42 |
|
|
|
• Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37 |
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
• İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02 |
|
|
|
• “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10 |
|
|
|
• İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58 |
|
|
|
• Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02 |
|
|
|
• İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01 |
|
|
|
• İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00 |
|
|
|
• Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58 |
|
|
|
• ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53 |
|
|
|
• Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50 |
|
|
|
• Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42 |
|
|
|
• Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39 |
|
|
|
• Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35 |
|
|
|
• Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27 |
|
|
|
• AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
• Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17 |
|
|
|
• Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16 |
|
|
|
• “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14 |
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
• Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15 |
|
|
|
• Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14 |
|
|
|
• Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02 |
|
|
|
|