Qusarda kəndlilər nədən əziyyət çəkir? - GİLEY
Tarix: 27-10-2017, 09:03 | Çap et
 Kəndlinin əsas gəlir mənbəyi becərdiyi məhsuldur. Kəndli min əziyyətlə məhsulu əkib-becərirsə və onu bazara çıxarıb sata bilmirsə, onun dolanışığının necə olacağını təsəvvür etmək çətin deyil. Qusar rayonunda əkin-biçinlə məşğul olanların əksəriyyəti də bu vəziyyətdədir.
Rayon camaatı məhsullarını sata bilmədikləri ilə bağlı şikayət edirlər. Qusarın Sudur, Kişan, Düztahir, Mucuq, Əcəxur Yarqun, Tahircal və Çetkun kəndlərinin camaatı bu vəziyyətdən əziyyət çəkir. Onların sözlərinə görə, Bakıda və ətraf rayonlarda kartofun kilosu 60-80 qəpik aralığında dəyişsə də, bu kəndlərin camaatı becərdikləri kartofu heç 30 qəpiyə də sata bilmir. Məhsul anbarda qalaraq məhv olur və onların bir illik zəhməti demək olar ki, hədər gedir. Kənd camaatı onu da vurğulayır ki, rayonun öz bazarında İran və Türkiyə kartofu baha qiymətə satılır. Amma onların öz məhsulu tələf olur, onu iki dəfə ucuz qiymətə sata bilmirlər. Sakinlər səbəbi süni müdaxilədə görürlər: "Biz bazara məhsulu çıxarırıq, amma "bazar qoçuları" bizi dərhal uzaqlaşdırır, məhsulumuzu satmağa imkan vermirlər". Sputnik Azərbaycan-ın bölgə müxbiri bu problemlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması İdarəsinin baş məsləhətçisi (aqronom) Akif Qurbanova müraciət edib. O bildirib ki, hazırda rayonda təzə bazar fəaliyyət göstərir və bazar bütün kəndlilərin üzünə açıqdır. O, kənd sakinlərinin şikayətini əsassız sayıb. "Kənd sakinlərinin bütün narazılıqları əsassızdır. Hal-hazırda istənilən kəndli məhsulunu bazara çıxarıb sata bilər. Biz yeni bazar açmışıq və orada məhsul satmaq üçün istənilən qədər piştaxta var" – deyə İH rəsmisi bildirib. Qurbanov, "camaat isə deyir ki, "bazar qoçuları" kəndlilərin qarşısını kəsirlər və yerli məhsulu bazarda satmağa qoymurlar" sualına da etiraz edib: "Belə bir hal ola bilməz. Əgər belə bir halla qarşılaşsaq, bunun qarşısı qəti sürətdə alınacaq. İstənilən kəndli bu məsələ ilə bağlı bizə müraciət edə bilər".
Kənd sakinləri isə bu sözləri rayon rəhbərliyinin dilindən əvvəllər də çox eşitdiklərini, amma bununla problemlərinin həll olunmadığını bildirirlər. Onların sözlərinə görə, rayon rəhbərliyi mətbuata hər şeyin qaydasında olduğunu, bazara məhsulun çıxarılmasında problem olmadığını deyir. "Özləri də yaxşı bilirlər ki, bazarda hansı problemlər var. "Bazar qoçuları"na fironluq etməyə özləri şərait yaradıblar. Çünki o qoçuların rayon rəhbərliyi ilə birbaşa əlaqəsi var və onlar bəzi qurumlara haqq ödəyirlər. Buna görə də, rayon rəhbərliyi onların özbaşınalığının qarşısını almır" – deyə adının çəkilməsini istəməyən Düztahir kənd sakini bildirib. Qusarlılar qeyd edirlər ki, onların məhsulunu çox ucuz qiymətə alıb, 2-3 qat bahasına satanlar da var. Beləliklə, bazarda süni bahalıq yaradırlar. İnsanlar məhsulu sata bilməyəndə də, növbəti il onu becərmək əziyyətinə qatlaşmaq istəmir. Onda da bazarda qıtlıq yaranır və bahaçılıq baş alıb gedir. İstənilən halda, zərbə yenə də kəndliyə dəyir. Bazara nəzarət edənlərin isə vecinə deyil. Onlar onsuz da, istənilən halda qazanırlar. Qusar camaatı inanır ki, onların problemi KİV-də işıqlansa, əlaqədar orqanlar məsələdən xəbər tutar və onları çıxılmaz vəziyyətdə qoyan adamlarla bağlı ölçü götürər. "Prezidentimiz də deyir ki, kənd təsərrüfatını inkişaf etdirmək, bazara təbii məhsullarımızı çıxarmaq lazımdır. O, yerli sahibkarlığın inkişafında maraqlıdır. Amma bəzi məmurlar və onların havadarlıq etdikləri işbazlar yerli sahibkarlara göz açmağa imkan vermirlər. İstəyimiz budur ki, səlahiyyətli orqanlar kəndlilərin üzləşdiyi bu problemin aradan qaldırılmasına kömək etsin" – deyə rayon camaatı bildirir. Onlar əlavə edirlər ki, hər həftənin şənbə-bazar günləri paytaxtda təşkil olunan kənd təsərrüfatı yarmarkalarında iştirak etmək imkanları yoxdur. Çünki məhsulu paytaxta aparmaq üçün texnika lazımdır. Üstəlik, müvafiq sənədləşdirmə işləri də aparmaq lazımdır ki, bu da xərc tələb edir. Ona isə kəndlinin imkanı yoxdur. Üstəlik, min cür əziyyətlə məhsulu gətirib Bakıya çıxarsalar da, paytaxtdakı işbazlar da onlara yarmarkalarda məhsul satmağa imkan vermirlər. "Bizə deyirlər ki, məhsulunuzu su qiymətinə bizə verib, bazardan aralaşın. Bilirlər ki, biz uzaq yoldan gəldiyimiz üçün, başqa çarəmiz yoxdur. Məhsulu geri aparmaqdansa, dəyər-dəyməzinə onlara satıb gedəcəyik…" — kəndlilər qeyd edirlər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
Bu gün, 00:21 |
|
|
|
• Qərbin İranla bağlı “B planı”: - Pəhləvi ssenarisi işə düşür
Bu gün, 00:18 |
|
|
|
• Tehranda müdafiə sistemləri dayanmır: - Partlayış səsləri eşidilir
Dünən, 23:51 |
|
|
|
• İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib
Dünən, 23:47 |
|
|
|
• İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
Dünən, 22:10 |
|
|
|
• Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib - KİV
Dünən, 22:09 |
|
|
|
• Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Dünən, 21:34 |
|
|
|
• Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Dünən, 19:12 |
|
|
|
• Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Dünən, 18:06 |
|
|
|
• “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Dünən, 18:04 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Dünən, 17:56 |
|
|
|
• “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Dünən, 17:50 |
|
|
|
• Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Dünən, 17:46 |
|
|
|
• Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Dünən, 17:42 |
|
|
|
• İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Dünən, 17:40 |
|
|
|
• İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Dünən, 17:38 |
|
|
|
• İsrail Tehran radiosunu da vurdu - VİDEO
Dünən, 17:05 |
|
|
|
• Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Dünən, 17:00 |
|
|
|
• Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Dünən, 16:58 |
|
|
|
• Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Dünən, 16:53 |
|
|
|
• Çin İsrailin İrana hücumlarından narahatdır
Dünən, 16:12 |
|
|
|
• Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Dünən, 16:10 |
|
|
|
• Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Dünən, 16:05 |
|
|
|
• Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02 |
|
|
|
• "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:00 |
|
|
|
• Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:56 |
|
|
|
• Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Dünən, 15:54 |
|
|
|
• "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Dünən, 15:52 |
|
|
|
• “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Dünən, 15:49 |
|
|
|
• Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Dünən, 15:41 |
|
|
|
• "Beeonline" ASC-də yığıncaq keçiriləcək
Dünən, 15:36 |
|
|
|
• “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Dünən, 15:32 |
|
|
|
• Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Dünən, 15:26 |
|
|
|
• Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Dünən, 15:21 |
|
|
|
• Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Dünən, 15:19 |
|
|
|
• İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Dünən, 15:16 |
|
|
|
• "Sepah Bank" kiberhücumla çökdürüldü
Dünən, 15:09 |
|
|
|
• Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Dünən, 15:06 |
|
|
|
• İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Dünən, 13:10 |
|
|
|
• İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Dünən, 13:04 |
|
|
|
• Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Dünən, 13:02 |
|
|
|
• Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Dünən, 12:57 |
|
|
|
• SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Dünən, 12:47 |
|
|
|
• Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Dünən, 12:36 |
|
|
|
• Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Dünən, 12:29 |
|
|
|
• Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Dünən, 12:26 |
|
|
|
• İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Dünən, 12:19 |
|
|
|
• SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:17 |
|
|
|
• İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Dünən, 12:15 |
|
|
|
• “Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Dünən, 12:13 |
|
|
|
|