Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                 

"Binə"ni sahibəsi İTTİHAM HƏDƏFİNDƏ - Sahibkar narazılıq edir
Tarix: 11-10-2017, 08:38 | Çap et
"Binə"ni sahibəsi İTTİHAM HƏDƏFİNDƏ
Son illər Azərbaycanda dələduzluq, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Vaxtaşırı mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, insanları yalan vədlərə aldadıb, pullarını əllərindən alanların, dələduzluqla məşğul olanların əksəriyyəti vəzifəli şəxslər, iri biznes strukturlarının rəhbərləri və onların yaxınları, qohumlarıdır.
Heç şübhəsiz bu cür halların kütləviləşməsinin başlıca səbəbi dələduzluqla məşğul olanların sərt şəkildə cəzalandırılmaması, hüquq-mühafizə orqanları ilə sövdələşmə nəticəsində bir çox hallarda onların cinayət məsuliyyətinə cəlb edilməməsidir.

Məhz bunun nəticəsidir ki, bu gün ölkədə müxtəlif nüfuzlu şəxslərin vədlərinə inanaraq pulları əllərindən alınan, dələduzların qurbanına çevrilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etmək lazım olduğu sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.

Elə Bakı şəhəri, T.Abbasov küçəsi ev 2 ünvanıda yaşayan Əliyeb Şahin Əli oğlunu da belələrindən biri hesab etmək olar. “AzPolitika.info” saytına müraciət edən Şahin Əliyev iri biznes strukturlarından birinə rəhbərlik edən şəxsin yalan vədlərinin, bir növ dələduzluğun qurbanına çevrildiyini iddia edir. Daha dəqiqi, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova tərəfindən adadıldığını bildirir.

“Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxuyur”

Bu haqda danışmazdan öncə qeyd edək ki, bundan əvvəl də Kəbirə Məmmədovaya qarşı oxşar səpgili ittihamlar irəli sürülüb. Məsələn, bir müddət əvvəl “Report” xəbər yaymışdı ki, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək, K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdi.

Ondan əvvəl isə iş adamı Ravil Həsənov “Binə” Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq iddiası ilə çıxış etmişdi. Ravil Həsənov mətbuat vasitəsi ilə ölkə Prezidentinə də müraciət ünvanlamışdı. Şikayətçinin bildirdiyinə görə, hələ 2006-cı ildə “Binə” Ticarət Mərkəzi tikildiyi zaman o, Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan uzun illər keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir: В«Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmədim. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını – 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki, mən 135 min manatı “Binə” Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də, pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab Prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdırВ».

Ravil Həsənov onu da bildirib ki, Kəbirə Məmmədovanın bu şəkildə aldatdığı başqa sahibkarlar da var və onlar birlikdə Kəbirə Məmmədovadan məhkəməyə şikayət edəcəklər.

Kəbirə Məmmədova iş adamından 32 min dollar alsa da, dükanını təhvil verməyib
Elə Şahin Əliyev də Kəbirə Məmmədovanın bu şəkildə aldatdığı sahibkarlardan biri olduğunu bildirir. Onun sözlərinə görə, 2007-ci ildə – hələ Lökbatanda “Binə” Ticarət Mərkəzinin tikintisi gedən zaman Kəbirə Məmmədova ilə görüşərək dükan almaq istədiyini bildirib. O zaman tikilməkdə olan Ticarət Mərkəzində ümuni sahəsi 40 kv.m. olan anbar üçün yer ayrılmasına dair onunla müqavilə imzalanıb. Dükanın hər kvadrat metri 600 manatdan satılıb. Bundan əlavə təmir, qapı üçün və digər xərclər də hesablanaraq, Şahin Əliyevdən 32 min dollar pul alınıb. Ancaq müqavilədə Şahin Əliyevə veriləcək dükanın Ticarət Mərkəzinin hansı hissəsində, daha dəqiqi, neçənci sırasında olduğu dəqiqləşdirilməyib.

“Binə” Ticarət Mərkəzi 2009–cu ildə istifadəyə verildikdən sonra dükanını təhvil almaq üçün gedən Şahin Əliyevə bildirilib ki, ona 21-ci sırada yer verilib.

Həmin sıra da hələlik hazır deyil. İlk illərdən 5-6 sırası fəaliyyət göstərən Binə Ticarət Mərkəzində uzun illər keçsə də, yeni sıraların tikintisi həyata keçirilməyib. Şahin Əliyevin narazılığından, bu gedişlə 21-ci sıranın hələ 100 ilə hazır olmayacağını deməsindən sonra, ona 11-ci sırada yer veriləcəyi bildirilib. Təbii ki, yenə də kağız üzərində. Məsələ ondadır ki, “Binə” Ticarət Mərkəzində indiyədək cəmi 9 sıra tikilərək istifdəyə verilib. Son illər alver zəiflədiyindən, son sıralarda ümumiyyətə dükanlar bağlı qaldığından yeni sıraların tikintisi də aparılmır. Bu da Şahin Əliyev və onun kimi neçə sahibkarın “Binə” Ticarət Mərkəzində nə vaxtsa yer ala biləcəyini sual atında qoyur.

“Əvvəlcə bizə satılmış olan dükanlar sonraan başqalarına da satılıb”
Qeyd edək ki, Şahin Əliyev belə bir vəziyyyətin “Binə” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən daha çox pul qazanmaq üçün qəsdən yaradıldığı qənaətindədir: “Kəbirə Məmmədova “Binə” Ticarət Mərkəzini mənim kimi iş adamlarından əvvəlcədən pul yığıraq tikdi. Ticarət Mərkəzi istifadəyə verildikdən sonra ordan dükan almaq istəyənlər artdı.

Kəbirə Məmmədova da əslində bizə verilməli olan dükanları həmin adamlara satmaq üçün hiylə işlətdi. Sıraları əvvəlcədən nəzərdə tutulduğu kimi 1,2 ,3 və sair şəkildə deyil, 1a, 1b, 1c, 1d, 2a, 2b, 2c və sair kimi işarələməyə başladı. Beləliklə, əvvəlcədən 1-ci, 2-ci, 3-cü və sair sıralarda yer alanlar müvafiq olaraq 1a, 2a, 3a və sair sıralara yerləşdirildi. 1b, 1c, 1d, 2b, 2c və sair sıralarda yerləşənlər isə əllələrində pul yeni dükan almaq üçün sonradan gələn şəxslərə satıldı. Yəni, sıralar əvvvəlcədən nəzərdə tutulduğu şəkildə nömrələnsəydi, bizim dükanlar çoxdan təhvil verilmişdi. Ancaq belə edilmədi. Bu isə o deməkdir ki, bizə verilməli olan dükanlar, sıraların işarəsi dəyişdirilməklə, başqalarına satılıb. Yəni, faktiki olaraq əvvəlcə bizə satılmış olan dükanlar sonraan başqalarına da satılıb. Bu isə dələduzluqdur”.

“Adam tap icarəyə verək, ayda sənə də 200-300 manat verərik”
Şahin Əliyevin sözlərinə görə, müqavilənin şərtlərinə əməl etmədikləri üçün “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən pulunun geri qaytarılmasını tələb edib. Bununla bağlı Kəbirə Məmmədovanın müavini Dilşad Əmirova ilə görüşüb. O isə pulu qaytara bilməyəcəklərini söyləyib: “Dedi ki, boş dükanlar var. Adam tap icarəyə verək, ayda sənə də 200-300 manat verərik. Ya da istəyirsən get məhkəməyə ver.

Mən isə faktiki olaraq dələduzluqla üzləşdiyim üçün cinayət işinin qaldırılması tələbilə hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi bildirdim. O da “nə istəyirsə et” dedi”.
Şahin Əliyev də qarşılaşdığı dələduzluq faktı ilə bağlı vəkili vasitəsilə Resbublika Prokurorluğuna müraciət edib. Resbublika Prokurorluğundan iş baxılmaq üçün Qaradağ Rayon Prokurorluğuna göndərilib. Ordan da pulun vaxtilə Binə qəsəbəsində verildiyi nəzərə alınaraq, cinayət işinin açılması üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.

Şahin Əliyevin sözlərinə görə, təxminən 3 ay əvvəl onu, eləcə də pul verdiyi vaxt yanında olan şəxsləri Xəzər rayon Polis İdarəsinə çağıraraq, izahatlarını alıblar: “Təxminən 1 ay ərzində dəfələrlə gedib-gəldik. Kəbirə Məmmədovanı izahat almaq üçün gətirə bilmədilər. Hər dəfə bir bəhanə ilə izahat verməyə gəlməkdən yayınırdı. Axırda da mənə bildirdilər ki, deyir gəlsin ayda 100-150 dollar verim. Mən də təbii ki, imtina etdim. Bildirdim ki, necə 32 000 dolları bir dəfəyə məndən alıb, elə də qaytarsın. Bundan sonra bir müddət xəbər çıxmadı. Ancaq bir neçə gün əvvəl hüquqi numayəndəmin ünvanına məktub göndəriblər ki, cinayət tərkibi olmadığı üçün işə xitam veriblər”.

İş adamı nazir Ramil Usubovdan kömək istəyir!
Bu qərardan narazı qalan Şahin Əliyev də “AzPolitika.info” saytı vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edərək, işi şəxsi nəzarətinə götürməyi xahiş edir: “Hörmətli nazirimiz Ramil Usubovdan bu işi nəzarətə götürməsini xahiş edirəm. Kəbirə Məmmədova qulluq mövreyindən istifadə edərək, məni aldadıb. 10 il əvvəl dükan vermək adı ilə məndən 32 000 dollar pul alsa da, bu günə qədər müqavilənin şərtinə əməl etməyib. Etmək də fikrində deyil. Bu dələduzluq, etibardan sui-istifadə etmək deyilmi? Bu halda niyə Kəbirə Məmmədova ilə bağlı cinayət işi açılmır? Mənim kimi neçə sahibkarın pulunu mənimsədiyi halda niyə hüquq-mühafizə orqanları onunla bağlı tədbir görməkdən yayınır? Ölkə Prezidentimiz də sahibkarlara qarşı haqsızlıqlara yol verməməyi, onları qorumağı tapşırıb. İş adamlarını incidənlərə qarşı ən sərt tədbirlər görüləcəyini bildirib. Ancaq Xəzər rayon Polis İdarəsi Kəbirə Məmmədovanın əməllərinə hüquqi qiymət vermək istəmir. Məgər Kəbirə Məmmədova toxunulmazdır? Mən inanıram ki, hörmətli nazir Ramil Usubov bu məsələni nəzarətə götürəcək və lazımı tədbirlər görüləcək”.

Qeyd edək ki, məsələ ilə bağlı Kəbirə Məmmədovanın mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz uğursuz oldu. Ancaq istənilən vaxt onun, eləcə də yazıda adları çəkilən digər şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Məsələni diqqətdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Dünən, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Dünən, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Dünən, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Dünən, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Dünən, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Dünən, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Dünən, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Dünən, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru