Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... .....                     Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb .....                     HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ .....                     "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" .....                     Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                     Rusiyanın özü gərginlikdə maraqlıdırsa... .....                     “Bravo” qaydaları ən çox pozan marketdir .....                     “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək .....                     Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək .....                     BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi .....                     Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK .....                     Gəncəyə yeni həbi prokuror təyin olunub .....                     Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi .....                     Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib .....                     Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı .....                     Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib .....                     Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                 

"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib? - FOTOFAKT
Tarix: 3-10-2017, 08:41 | Çap et
"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib?
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən "özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını almaqdadır. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Əlbəttə ki, bu cür "əqd”lərdə əldə olunan vəsaitlər dövlət büdcəsinə yox, birbaşa həmin təşkilatların rəhbərliyində təmsil olunan şəxslərə indekslənir.

Məsələnin acınacaqlı tərəfi isə budur ki, iş adamlarına, biznesmenlərə qeyri-qanuni olaraq daha çox məkan icarəyə verən dövlət maliyyəli müəssisələrin arasında ictimai, təhsil və idman profilli təşkilatlar üstünlük təşkil edir. Çox zaman isə "icarəyə” alınan məkanların gələcək funksiyası həmin müəssisələrin profili ilə üst-üstə düşmür.

Bu yazımızda misal olaraq, son günlər ölkənin gündəmini zəbt etmiş qalmaqallı "26-lar” kafesini göstərmək istəyirik. Hər il dövlətdən 2 milyon manatdan artıq vəsait alan Azərbaycan Yazıçılar Birliyinin birinci mərtəbəsində yerləşən "26-lar” kafesi mətbuatda yazılanlara görə, AYB-nin rəhbərliyi tərəfindən 8000 manata icarəyə verilibmiş. Dövlət tərəfindən yüksək səviyyədə mənəvi və maddi təminatı, şərəfli keçmişi olan bir təşkilatın yerləşdiyi inzibati binanın birinci mərtəbəsini kafe tipli obyekt üçün icarəyə verməsi ictimaiyyət arasında böyük rezonans doğurdu və dövlət rəsmiləri tərəfindən hadisəyə sərt təpki verildi. Eyni zamanda birliyin rəhbərliyi də cəmiyyətin qınaq obyektinə çevrildi.

Bu qalmaqallı hadisədən sonra Qlobal.az olaraq tabeçiliklərindəki məkanların bir hissəsini icarəyə verən dövlət müəssisələrinin axtarışına çıxdıq. Ancaq axtarışımız heç də uzun çəkmədi. Belə ki, hər gün işə gedərkən önündən keçdiyimiz, ancaq heç zaman fikir vermədiyimiz Bakı Tennis Akademiyası bu dəfə gözümüzə başqa bir biçimdə - sanki hansısa ticarət mərkəziymiş kimi göründü. Belə ki, Bakı Tennis Akademiyasının İbrahimpaşa Dadaşov küçəsində yerləşən inzibati binasının birinci mərtəbəsi bütövlükdə icarəyə verilib.

İnzibati binanın birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada "Ankara futbol məktəbi”, "Ev alqı-satqısı”, "Baku Flowers” adlı gül maqazini və "Ləziz kafe” fəaliyyət göstərir. Amma bu "Ləziz kafe” elə-belə kafe deyil. Niyəsini aşağıda deyəcəyik. İndi isə gəlin Bakı Tennis Akademiyasıyla tanış olaq.

Beləliklə...

Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə 2008-ci ildə Bakı Tennis Akademiyasının təməli qoyulmuş, 2009-cu ildə isə rəsmi açılışı olmuşdur. Rəsmi açılış mərasimində Prezident İlham Əliyevlə bərabər, ölkənin hazırkı birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Ümumi sahəsi 2.7 hektardır. Kompleks beynəlxalq standartlara uyğun olaraq bütün texniki vəsaitlərlə təmin olunub. 400 nəfərdən artıq say tutumu olan tamaşaçı zalı, çoxsaylı kortları var. Bu idman müəssisənin bir üstün cəhəti isə burada elektrik enerjisinin daimiliyidir.

Tikintisinə milyonlarla vəsait xərclənən akademiyanın xidmət "münyüsü”

Qlobal.az olaraq BTA-nın rəsmi saytından məlumatlar əldə etməyə çalışdıq. Bu məqsədlə akademiyanın saytında "xidmətlər” bölməsinə daxil olduq. Nə qədər qəribə görünsə də, adında Tennis sözü olan akademiyanın rəsmi saytının "xidmətlər” bölümünün "tennis” və "stolüstü tennis” bölməsində informativ xarakterli heç bir məlumat yoxdur. "SPA” bölməsində isə Taylanddan gələn masaj ustası təklif edilir.

"Tennis Akademiyası"nı “bazar”a kimlər çevirib?

Xidmətlər bölümündə "gülü” vuran xidmət təklifini isə yazının əvvəlində tanış olduğunuz "Ləziz kafe” edir. Belə ki, Bakı Tennis Akademiyasında fəaliyyət göstərən "Ləziz kafe” milli tennisimizi yaşadan və inkişaf etdirən insanlara milli mətbəx və milli içkimiz olan çayla yanaşı, qəlyan da təklif edir. Bəli, bəli, düz oxudunuz, qəlyanı. Təsəvvür edirsinizmi, idman akademiyasında fəaliyyət göstərən, müştərilərinin böyük əksəriyyəti idmançılardan ibarət olan bir kafe idmançılara "zəhər” təklif edir. Bundan başqa burada qiymətlər də olduqca bahadır. Təsəvvür edin, paytaxtın ən prestijli məkanı olan Dənizkənarı Milli Parkda fəaliyyət göstərən "Bakı Biznes Mərkəzi”ndə mərci supu 2 manata, müştərilərinin böyük əksəriyyəti tələbələr olan Tennis Akademiyasının kafesində isə 4 manata təklif olunur.

Qeyd edək ki, mərci supu Bakıda fəaliyyət göstərən türk restoranlarında da 2 manatdır. Akademiyanın kafesinin menyüsündə bütün qiymətlər od tutub yanır.

Ancaq görünür kafe Akademiyada yerləşməyinə baxmayaraq xidməti başqa kontingentə ünvanlanıb. Əks halda burada müştərilərə pivə və qalyan təklif olunmazdı...

Və ən dəhşətlisi də odur ki,kafe qalyan təklifini akademiyanın rəsmi saytında elan edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Dünən, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Dünən, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Dünən, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Dünən, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Dünən, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Dünən, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Dünən, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Dünən, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Dünən, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Dünən, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Dünən, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Dünən, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Dünən, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Dünən, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Dünən, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Dünən, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Dünən, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Dünən, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Dünən, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Dünən, 15:05
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Dünən, 15:01
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Dünən, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Dünən, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Dünən, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Dünən, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Dünən, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Dünən, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Dünən, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Dünən, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Dünən, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Dünən, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Dünən, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Dünən, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Dünən, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Dünən, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Dünən, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Dünən, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Dünən, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Dünən, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Dünən, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Dünən, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru