Əsas Səhifə > Üst manşet / Güney Press > Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIR
Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIRBu gün, 07:11 |
|
Hələ keçən ay yayılan məlumatlardan aydın oldu ki, Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb. Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaitinin müxtəlif MMC-lər vasitəsilə silindiyi məlum olub.
"DİA-AZ" xəbər verir ki, həmin ərəfədə yayılan məlumatlardan o da aydın oldu ki, nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır.
Mövcud durumu şərh edən tanınmış jurnalist Həbibə Abdulla məsələyə belə münasibət bildirib: "Mədəniyyət Nazirliyi bütün "ağır artilleriya"nı verib qabağa, 8 milyon məsələsini unutdurmağa çalışır. Tutaq ki, biz unutduq, Hesablama Palatası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti də unudacaqmı? İnanmıram! Axı cənab Prezident 3-4 gün əvvəl dedi: "Qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər!".." Geri qayıt |