Əsas Səhifə > Manşet, Gündəm > "Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?"

"Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?"


Dünən, 08:59
"Rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?"
"Şikayətim "Kapital Bank"dandır. Öz də bir yox, iki şikayət!" "DİA-AZ" xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi İlkin Cavadzadə qeyd edib.
Narazı vətəndaş daha sonra bunları açıqlayır:
"1) Keçdiyimiz həftənin bazar ertəsi günü şəxsi kabinetimə nəzər yetirdiyim zaman bütün ödənişlərimi vaxtı vaxtında və hətta son ödəmə tarixindən əvvəl etmiş olsam da 0.39 azn faiz borcu olduğunu gördüm. Kiçik məbləğ olduğu üçün ödəyim getsin dedim, amma sistem əsla o ödənişi silmədi, ümumi borcdan sildi. Həmin dəqiqə bankın call centeri ilə əlaqə saxladım, özləri də tapa bilmədilər ki nəyə yazılıb bu faiz borcu, şikayəti qeydə aldılar və 5 iş gününə geri dönüş edəcəklərini bildirdilər. Bu gün artıq 7inci iş günüdür və hələ də “araşdırma davam edir”, atomu parçalayacaqlar yəqin ki, faiz borcu 80 qəpik olub artıq.
2) borc ödəyirəm, borcdan silinir amma balans artmır. Call centerə zəng edirəm, hərəsi bir nağıl oxuyur, biri deyir qeydə aldıq amma qeydə almırlar və şikayət nömrəsi gəlmir. Biri deyir axşam düzələcək. Çata yazıram, deyir qeydə aldıq, eyni nağıl, yenə şikayət nömrəsi gəlmir. 3cü dəfə istədikləri formatda, yəni dava qırğın ilə zəng edirəm call centerə, bu dəfə qeydə alıb şikayət nömrəsi verirlər.
İndi suallar əziz KB:
1- rəzil gündə olan sisteminizin əziyyətin mən çəkməliyəm?
2- müştəri xidmətlərindəki bəzi əməkdaşların, təəssüf hissi ilə bildirim ki xüsusilə xanımların gördükləri və görməli olduqları işlərdən məlumatları var?
3- mənim sizin call center ilə itirdiyim zaman və maddi resursun məsuliyyətini öz üstünüzə götürməyəcəyinizi bilə bilə soruşuram ki, aylıq dövriyyəsi 4000-5000 azn civarında olan bir müştəri sizin xidmətinizdən niyə istifadə etsin ki bu saatdan sonra?
4- ƏN ƏSAS SUAL: hardadı o əvvəlki 2-3 günə problemi həll edib əal xidmət verən əməkdaşlarınız?"

Geri qayıt