Əsas Səhifə > Manşet, Hadisə > Dövlət Komitəsinin Naxçıvanla bağlı STATİSTİK YALANLARI...
Dövlət Komitəsinin Naxçıvanla bağlı STATİSTİK YALANLARI...6-12-2024, 08:37 |
Bu il açılan yeni iş yerlərinin sayına görə, Naxçıvan şəhəri Azərbaycan üzrə 3-cü yerdədir. "DİA-AZ" xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Məlumatda həmçinin bildirilir ki, bu iş yerlərinin sayı 1331 olub. Bu göstərici ilə Naxçıvan şəhəri yalnız Abşeron rayonu və Sumqayıt şəhərindən geri qalır. Amma məsələ heç də rəsmən qeyd olunduğu kimi deyil və rəsmi hesabat bu dəfə də Muxtar Respublikanın gerçək yaşantıları ilə ziddiyyət təşkil edir. DSK-dan fərqli olaraq MR-nın yerli əhalisi sözügedən rəsmi məlumata şübhə ilə yanaşırlar. Onların fikrincə, yeni iş yerləri yaradılmayıb, əksinə, minlərlə iş yeri bağlanıb. Xatırladaq ki, bu barədə "DİA-AZ" olaraq dəfələrlə vətəndaş mövqeyini ifadə edən faktları və narahatçılıqları da diqqətinizə çatdırmışıq. Həmin YAZILARDAN BİRİ: Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..." Yəni reak mənzərə bundan ibarətdir ki, Naxçıvanda açıqlan iuş yerlərinin sayı bağlanan iş yerlərinin sayından qat-qat az olduğundan bu gün MR-nın boşalma təhlükəsi belə var. Və görünəni odur ki, Fuad Nəcəfli cənabları daha çox saxta hesabatlara üstünlük verir... nəinki mövcud problemləri həll etməyə... Geri qayıt |