"Həftənin hər beşinci günü Bakıya qaçır ki, təzə maşınını rahat sürsün..." - Xaçmazlılar GİLEY EDİR
Tarix: 10-10-2024, 09:24 |
Çap et
"Dəfələrlə yazırıq... şikayət edirik, amma xeyri yoxdur. Payız gəldi, yağışlar təbii olaraq başlayacaq. Bununla da Xaçmazın qara günləri başlayacaq". diaaz.space xəbər verir ki, bu barədə rayon sakinlərinin etdiyi müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Türk dünyasının üç dahi şəxsiyyətinin adını daşıyan küçələrdə isə durum daha da bərbaddır. Heydər Əliyev, Atatürk və Əlağa Şıxlinski küçələri yağışlı günlərdə keçilməz olur.
icra başçısı Elnur Rzayev
Əslində digər küçələrdə durum daha betərdi. Sadəcə olaraq bu küçələri düzəltsələr, heç olmasa məktəblilər əziyyət çəkməz. Çünki hər üç küçə məktəbə gedən yollardır...
Başçıya problemi deyəndə deyir ki, pul yoxdur... Amma özünə maşın almağa pul var. Özünə "Rang Rover" almışdı... camaatın qorxusundan, yazıldığından geri qaytardı. İndi də özünə "galenvagen" alıb, rayuonda sürmür ki, görən olar...
Həftənin hər beşinci günü Bakıya qaçır ki, təzə maşınını rahat sürsün... Belə şeylərə pulu var, amma xaçmazlıları narahat edən problemlərin həllinə yox..."