Əsas Səhifə > Ana xəbər / Güney Press > "Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb"
"Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb"Bu gün, 10:46 |
|
“Təbii sərvətlər gec-tez tükənəcək. Tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər.” “Biz prosesləri yox, nəticələri maliyyələşdiririk (Emin Əmrullayev). Nazirin sözü prezidentin sözündən tam fərqlidir. Tribuna-nın xəbərinə görə, prezidentdən və nazirdən sitat gətirən dosent İlham Əhmədovun fikrincə, hiss edilir ki, nazir elm və təhsil sahəsində tam təcrübəsizdir: “Baxmayaraq ki, 12 ildir nazirlikdə yüksək vəzifələrdədir, bunun 5 ilini də nazirdir. Prezidentin sözü inkişafa, nazirin sözü tənəzzülə hesablanıb. Ona görə də elm və təhsilə ayrılan büdcə israf edilir, nəticəsiz olur. Son 5 ildə bu daha aydın görünür. Geri qayıt |