Əsas Səhifə > Ana xəbər / Güney Press > Ət bahalaşır, heyvanlar tələf olur… Dabaq böhranı necə idarə olunur?
Ət bahalaşır, heyvanlar tələf olur… Dabaq böhranı necə idarə olunur?Bu gün, 11:19 |
|
Azərbaycanda son 2 ayda heyvanlar arasında dabaq xəstəliyinin yayılmasının çox ciddi iqtisadi zərərələri gözardı edilir. Tribuna-nın xəbərinə görə, bu barədə ətraflı danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, nə qədər heyvanın tələf olduğu, yaxud xəstəlik qorxusundan dəyər-dəyməzə satıldığı barədə hər hansı statistika əldə etmək şansımız yoxdur: “Güman ki, statistikanı manipulyasiya və təhrif alətlərinə çevirənlər üçün heç belə statistikanı toplayıb ictimailəşdirmək də sərfəli deyil. Gerçək statistika həm də məsuluyyət deməkdir: real faktları toplayıb cəmiyyətə açıqlayırsansa, üzərinə düşən vəzifələri də etməlisən, hətta lazımdırsa, cəza da almalısan. Zərər bununla da bitmir. Xəstəliyə tutulan südlük heyvanlardan günlərlə süd sağılmır və fermerlər bundan nə qədər itirir. Zərəri qarşılamaq üçün sığorta mexanizminin olduğunu deyənlər tapılacaq yəqin. Bizdə aqrar sığortanın nə dərəcədə çevik, şəffaf və bürokratiyadan uzaq olduğuna dair nəsə demək istəmirəm. Ən azı ona görə ki, bu tamamən ayrı mövzudur, çalışaram sonra onu ayrı yazım. Digər tərəfdən, bəziləri əsas mövzunu qoyub məsələni başqa tərəfə dartmağa çalışacaq. Halbuki heyvandarlıqdakı genişmiqyaslı dabaq xəstəliyi şəraitində dəyən zərəri ödəyə bilərdi. Söhbət “indeks əsaslı sığorta” mexanizmindən gedir”. İqfisadçı bildirib ki, baş verənlərə görə baytarlıq sahəsində dövlət siyasətini hazırlayan, həyata keçirən qurumlar məsuliyyət daşıyır: “Dabaq xəstəliyinin bu qədər sürətlə və geniş yayılmasının potensial olaraq çoxlu səbəbləri var. Məsələn, peyvənlənmənin əhatə dairəsinin aşağı olması. Normalda bütün heyvan bazasının 90-95%-ni əhatə etməlidir, amma əgər reallıqda 40-50%-i əhatə edirsə, epidemiyaya çevrilmək riski artır. Yaxud, peyvəndlənmə 6 ay iintervalla aparılmalı olduğu halda, buna nə dərəcədə əməl edilir. İdxal olunan diri heyvanların tələb olunan müddətdə karantində qalması təmin edilirmi və s. Geri qayıt |