
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
Banker.az xəbər verir ki, Əsəd Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-də Risklərin İdarə Edilməsi və Daxili Nəzarət Departamentinin müdiri vəzifəsinə təyin olunub.
O, 2023-cü ilin iyulundan buna qədər ADY-də Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin rəis müavini, 2022-ci ilin avqustundan 2023-cü ilin iyuluna kimi Strateji və korporativ inkişaf departamentinin müdir müavini, 2020-ci ilin iyunundan 2022-ci ilin avqust ayına kimi Risklərin idarə edilməsi şöbəsinin müdiri, 2016-2018-ci illərdə isə Bank VTB (Azərbaycan) ASC-də Risklərin idarə edilməsi şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.
Əsəd Məmmədov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika üzrə bakalavr dərəcəsinə yiyələnib, York Universitetində MBA Biznesin idarə edilməsi və menecmenti üzrə təhsil alır.