“Qara-Qum Holding”in 600 min manata yaxın .....                     Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı .....                     “Ata, Rafiqi deşik-deşik elədim” .....                     Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... .....                     USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb .....                     "Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." .....                     Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər .....                     Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! .....                     "23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" .....                     "Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" .....                     «Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» .....                     Zəngəzur üçün YENİ MODEL .....                     QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                     Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi .....                     Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... .....                     Çoxnövbəli iş rejiminə görə əmək haqqı... .....                     Xocalı şəhidlərinin qanı yerdə qalmadı .....                     Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... .....                     Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                     Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” .....                     ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                     Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                 

Çalxalanan neft bazarı: qiymət dəyişikliyi Azərbaycana necə təsir edəcək? - AKTUAL
Tarix: 14-02-2025, 10:35 | Çap et
Çalxalanan neft bazarı: qiymət dəyişikliyi Azərbaycana necə təsir edəcək?
ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə qlobal ticarətdə böyük dəyişikliklərin olacağına dair gözləntilər pik həddə çatıb. Ağ Ev rəhbərinin müttəfiq və qeyri-müttəfiqlərə qarşı başlatdığı rüsum kampaniyası bütün əmtəə bazarlarında qeyri-müəyyənlik formalaşdırıb. Bu, xüsusilə neft bazarında ziddiyyətli vəziyyətin yaranmasına gətirib çıxarıb. Beynəlxalq sahə təşkilatlarının, analitik mərkəzlərin açıqladığı proqnozlarda da ehtiyatlı yanaşma diqqəti cəlb edir.

ABŞ-ın İran neftinə qarşı sərt nəzarət siyasətini bərpa etməsi, eyni zamanda yanvarın əvvəlində Rusiyanın neft ixracına qarşı tətbiq olunan kəskin sanksiyaların bazara təsirinə dair rəylər ziddiyyətlidir.

Belə ki, neft ixrac edən ölkələrin birliyi olan OPEC 2025-ci ildə neftə tələbat artımı proqnozunu sutkada 1,45 milyon barel (gündə) və 2026-cı ildə isə 1,43 milyon barel səviyyəsində saxlayıb. Musavat.com təşkilatın aylıq hesabatına istinadən xəbər verir ki, həmçinin 2024-cü ildə neftə tələbat həcmi gündəlik 103,75 milyon barel, 2025-ci ildə 105,2 milyon barel, 2026-cı ildə isə 106,63 milyon barel səviyyəsində saxlanılıb.

OPEC analitikləri qeyd edirlər ki, qlobal iqtisadiyyat qlobal mərkəzi banklar tərəfindən müəyyən edilmiş yüksək faiz dərəcələri və daha sərt maliyyə şərtləri ilə mübarizə aparır: “Bundan əlavə, ABŞ-ın yeni administrasiyasının ticarət siyasətləri bazarlara daha çox qeyri-müəyyənlik əlavə edib ki, bu da bazar əsaslarını əks etdirməyən tələb-təklif balanssızlıqları və buna görə də daha çox volatillik yarada bilər. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlarda bu ticarət qeyri-müəyyənliyi inflyasiya gözləntilərini əsas mərkəzi bankların hədəflərindən yuxarı qaldırıb və faiz dərəcələrinin aşağı salınmasını çətinləşdirib”.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, 2025-ci ildə qlobal neft tələbi ötən illə müqayisədə sutkada 1,104 milyon barel(OPEK proqnozundan 341 min barel az) artacaq. Bir ay əvvəl o, bu rəqəmi 1,054 milyon barel səviyyəsində proqnozlaşdırmışdı. Beləliklə, analitiklər tələb artımı təxminlərini gündə 50 min barel artırıblar.

Agentlik Çinin qlobal neft istehlakının artımına təsirinin azaldığını da qeyd edir: 2024-cü ilin sonuna ölkədə daxili istehlak son on ildə sutkada 600 min barel olan orta illik artımla müqayisədə cəmi 150 min barel (qlobal artım strukturunun təxminən 20 faizi) artıb. BEA-nın analitiklərinin fikrincə, ötənilki artım əsasən neft-kimya sektorunun hesabına baş verib.

BEA qeyd edir ki, ABŞ-ın yeni administrasiyasının tarif siyasətinin qlobal bazara təsirini, həmçinin Rusiya və İrana qarşı son sanksiyaları qiymətləndirmək hələ tezdir: “Lakin son zamanlar neft bazarları ciddi çağırışlar qarşısında diqqətəlayiq dayanıqlıq və uyğunlaşma qabiliyyəti nümayiş etdirib - və bu dəfə də fərqli olma ehtimalı azdır”.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasına (EIA) görə, ABŞ-ın Rusiya neft sənayesinə qarşı son sanksiyaları Rusiyada neft hasilatını bir qədər azaltsa da, onların əsas təsiri qlobal neft tədarükü marşrutlarına olacaq. Agentliyin hesabatında qeyd olunur ki, Rusiya neftinə qarşı yeni sanksiyalar neft bazarında balans və neftin maya dəyəri ilə bağlı proqnozlara ciddi təsir göstərməyib. Bununla belə, ABŞ Energetika Nazirliyi etiraf edir ki, yanvarın 10-da yeni sanksiyalar paketinin elanından sonra neft qiymətləri dərhal artımla cavab verib. Agentliyin ekspertləri əlavə ediblər ki, ay ərzində bazar iştirakçıları diqqətlərini neftə tələbin zəif artımı ilə bağlı məlumatlara yönəltdikləri üçün qiymətlər azalmağa başlayıb.

Agentlik OPEC+ ölkələrinin neft hasilatının azaldılmasının qlobal neft ehtiyatlarının azalmasına səbəb olacağını və 2025-ci ilin birinci rübündə qiymətləri hazırkı səviyyədə saxlayacağını gözləyir. Eyni zamanda OPEC+ ölkələrinin aprel ayından planlaşdırdığı hasilatın tədricən bərpası zəif tələb artımı ilə birlikdə 2025-ci ilin ikinci yarısında və 2026-cı ildə qlobal ehtiyatları artıracaq. ABŞ Energetika Nazirliyinin ekspertlərinin fikrincə, bu amillər neftin qiymətinə aşağı istiqamətli təzyiq göstərəcək.

Nazirliyə görə, WTI markalı xam neftin qiyməti 2025-ci ildə 70,62 dollar, 2026-cı ildə isə 62,46 dollar olacaq.

Nüfuzlu Morgan Stanley Bankının analitikləri cari ilin birinci rübündə Brent neftinin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 2,5 dollar azaldaraq 75 dollara endiriblər. Analitiklərə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının tarif siyasəti qlobal tələbi zəiflədə və 2025-ci ilin ikinci yarısında onu təklifə daha çox uyğunlaşdıra bilər.

Hesabatda qeyd olunur ki, tariflərin tətbiqi və ticarət gərginliyinin artması neftə bağlı seqmentlərə ağrılı zərbə vura bilər. Tələb proqnozu ilə bağlı artan qeyri-müəyyənlik, çox güman ki, OPEC+u aprelin 1-də başlamağı planlaşdırdığı neft hasilatına məhdudiyyətlərin tədricən yumşaldılmasını təxirə salmağa məcbur edəcək.

Analitiklər Rusiyanın neft sənayesinə qarşı əlavə sanksiyaların tətbiqini və İrana qarşı ölkənin neft ixracını sıfıra endirmək üçün nəzərdə tutulmuş maksimum təzyiq siyasətinin qaytarılmasını da qeyd edirlər.

ABŞ müdafiə naziri Pit Heqsetin Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmaq üçün danışıqlar masasına oturmağa məcbur ertməyin əsas yolunun Moskvanın döyüş maşınının maliyyədən məhrum edilməsi olduğunu elan edib. Onun sözlərinə görə, hazırda Donald Tramp enerji qiymətlərini aşağı salmaq üçün Rusiyaya qarşı sanksiyaları artırmaq, həmçinin ABŞ-da yanacaq hasilatını artırmaq istiqamətində işləyir, digər ölkələri də buna təşviq edir.

Göründüyü kimi, qlobal neft bazarı bir tərəfdən ABŞ sanksiyalarının İran və Rusiyanın timsalında bazara neft tədarükünü artıracağı, digər tərəfdən isə Trampın rüsum siyasətinin tələbi azaldacağına dair ziddiyyətli gözləntilərin təsirindədir. Bu şəraitdə qiymətlərin kəskin bahalaşması ilə kəskin ucuzlaşması ehtimalı təxminən bərabər qiymətləndirilir. Birinci hal ixrac gəlirlərinin mühüm hissəsi neftdən formalaşan Azərbaycan üçün əlverişli olsa da, ikinci hal ciddi gəlir itkisi demək ola bilər. Bu itki həm qiymət ucuzlaşması, həm də Azərbaycanda neft hasilatı və ixracının azalması səbəbindən yarana bilər.

Məlumdur ki, Azərbaycanda yataqların “qocalması” prosesi gedir və bu, hasilat həcmlərinin ildən-ilə düşməsinə səbəb olur. Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 1,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 milyon ton təşkil edib.

Ötən ay ərzində 2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 milyon tonu konsorsiumların, 0,25 milyon tonu SOCAR-ın, 0,05 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Qeyd edək ki, 2025-ci ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barrel) olub. Bunun 61,7 min tonunu (454 min barrel) xam neft, 12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib. Azərbaycanın OPEK+ razılaşması çərçivəsində gündəlik neft (kondensatsız) hasilat limiti isə 551 min barel təşkil edir. Bu isə o deməkdir ki, yanvar ayında ölkə bu limitdən 97 min barel az olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilmiş, bunun 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşmüşdü. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil etmişdi. Bu isə o deməkdir ki, ölkə üzrə ümumi neft hasilatı illik ifadədə 200 min ton, o cümlədən AÇG üzrə 100 min ton, SOCAR üzrə isə 100 min ton azalıb.

Ötən ilin yanvarında neft ixracının 2,1 milyon ton neft (kondensatla birlikdə) təşkil etdiyini, bunun 1,8 milyon tonunun konsorsiumun, 0,3 milyon tonunun isə SOCAR-ın payına düşdüyünü nəzərə alsaq, ümumi ixracın illik ifadədə 100 min ton azaldığını, AÇG üzrə ixracın 100 min ton artdığını, SOCAR üzrə 0,05 min ton azaldığı görünür.

Qeyd edək ki, Azərbaycanda neft hasilatı ən çox AÇG yatağında azalır. Yatağın işlənməsi layihəsinin operatoru olan BP şirkətinin açıqladığı məlumata görə, 2024-cü ildə yataqdan 16 milyon ton neft hasil edilib. Bu, 2023-cü ildəkindən (18 milyon ton) 2 milyon ton azdır. Ötən il yataqdakı yeni ACE platformasından hasilata başlanması ilə azalma sürətinin zəifləyəcəyi gözlənilir. Ötən ilin sonuna platformadan gündəlik hasilat 26 min barelə çatdırılıb, bu il onun ikiqat artırılması nəzərdə tutulur.

Neft hasilatı və ixrac həcmlərinin azalması, qiymətlərin düşməsi Azərbaycanın əldə etdiyi gəlirlərin də azalmasını şərtləndirir. Dövlət Neft Fondunun məlumatına əsasən AÇG yatağından 2024-cü il ərzində 6 milyard 158.5 milyon ABŞ dolları məbləğində gəlir əldə olunub ki, bu da bir il əvvəlki dövrə olan 6 milyard 899.2 milyon dollar ilə müqayisədə 740.7 milyon dollar, yəni təxminən 10.7 faiz azalma deməkdir.

Neft gəlirlərinin daxil olduğu ikinci mənbə - dövlət büdcəsində də azalma var. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2024-cü ildə büdcəyə neft-qaz sektorundan 4 milyard 780,5 milyon manat vergi gəlirləri daxil olub. Bu isə o deməkdir ki, ötən il dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında illik ifadədə 1 milyard 638,3 milyon manat və ya 25,5 faiz azalma qeydə alınıb. Xatırladaq ki, 2023-cü ildə neft-qaz sektorundan daxil olan vergi gəlirlərinin həcmi 6 milyard 418,8 milyon manat təşkil etmişdi.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qara-Qum Holding”in 600 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 10:49
Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı - GƏLİŞMƏ
Bu gün, 10:45
“Ata, Rafiqi deşik-deşik elədim” - Qız atasını öldürən ərini niyə bağışladı?
Bu gün, 10:13
Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... - AXI NİYƏ?..
Bu gün, 10:02
USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb - ARAŞDIRMA
Bu gün, 09:54
"Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." - deputat
Bu gün, 09:53
Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər - TƏFƏRRÜAT
Bu gün, 09:45
Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! - AXI NİYƏ?..
Bu gün, 09:40
"23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" - Di gedin, qeyd edin... XAİNLƏR!
Bu gün, 09:22
"Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" - Tənzilə Rüstəmxanlı
Bu gün, 09:18
«Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» - MÜRACİƏT
Bu gün, 09:16
Zəngəzur üçün YENİ MODEL - Nələr var?
Bu gün, 09:12
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru