AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır .....                     Məhkəmədən qətl törədən azərbaycanlı ata-oğulla bağlı .....                     Ceyhun Cəfərovun cəza müddəti bitdi: Azadlığa çıxdı .....                     Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. .....                     "Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər" .....                     Səidədən QINAQ ATƏŞİ .....                     Daha bir şirkət ləğv edildi .....                     "Bəs ayrılan bu 2 milyon hara gedir?" .....                     "Sputnik Armeniya"nın redaktoru müəmmalı şəkildə ölüb .....                     `MİSLİ`dən MİSLİ-BƏRABƏRİ olmayan OĞURLUQ... .....                     “İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub .....                     “Qara-Qum Holding”in 600 min manata yaxın .....                     Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı .....                     “Ata, Rafiqi deşik-deşik elədim” .....                     Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... .....                     USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb .....                     "Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." .....                     Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər .....                     Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! .....                     "23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" .....                     "Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" .....                     «Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» .....                     Zəngəzur üçün YENİ MODEL .....                     QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                     Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi .....                     Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... .....                     Çoxnövbəli iş rejiminə görə əmək haqqı... .....                     Xocalı şəhidlərinin qanı yerdə qalmadı .....                     Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... .....                     Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                 

İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir - ONA GÖRƏ DƏ...
Tarix: 14-02-2025, 09:22 | Çap et
İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir
Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir. APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb. Məlumata görə, Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.

Yada salaq ki, yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir. Çünki sənəddə bir çox sahələr üzrə ABŞ-ın Ermənistana göstərəcəyi dəstək elementləri müəyyən mənada əksini tapıb. İki ölkə arasında məlum sənəddən əvvəl də ABŞ və Ermənistan hərbi sahədə əməkdaşlıq edirdi. Rəsmi Vaşinqtonun hərbi strukturlarının Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərməsi, müxtəlif zamanlarda iki ölkənin silahlı birləşmələrinin birgə təlim keçirməsi, hətta təlim müddəti bitdikdən sonra həmin hərbçilərin ABŞ-a geri qayıdıb-qayıtmamasının məlum olmaması buna nümunədir. Belə iddialar da var ki, ABŞ-ın hərbi bölüyünün bir hissəsi hazırda da Ermənistandadır.

Qeyd edək ki, ötən ilin yayında Ermənistanda “Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri keçirilmişdi. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirdilər. Ermənistanda hərbi bazası olan Rusiyanı da qıcıqlandıran bu hərbi əməkdaşlığın intensiv xarakter alması təbii ki, narahatlıq doğurur. Təsadüfi deyil ki, Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanını tərk edən kimi, ABŞ-ın hərbi təyinatlı yükləri hava limanına endi. Bunun ardınca Qərbi Zəngəzurda ABŞ-a məxsus hərbi bazanın qurulacağı xəbəri dövriyyəyə buraxıldı. Bu ərazi həm də İranın “qulağının dibi” sayıla bilər.Maraqlısı budur ki, İran da bütün bu proseslərə biganə qalmaqdadır.

Ekspertlər necə düşünür, Ermənistan-ABŞ hərbi əməkdaşlığı Azərbaycan üçün hansı təhlükələr vəd edir? Faktiki olaraq İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir. Bu durumda isə İran susur, Ermənistandan çıxarılması planı işə salınan Rusiya ABŞ-la Ukrayna danışıqlarına diqqət kəsilib, Azərbaycan təbii olaraq narazıdır. Çünki birgə təlimlərin həyata keçirilməsi ilə paralel şəkildə Ermənistan döyüş mövqelərini gücləndirir.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirdi ki, əvvəlki administrasiya, xüsusən USAİD Ermənistana xüsusi diqqət yetirirdi: “Blinkenin son iş günlərində Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzalaması, USAİD-in Ermənistana ayrılan yardımları 120 milyondan 250 milyona qədər artırması və sair məsələləri nəzərdə tuturam. Bundan əvvəl USAİD rəhbəri Samanta Paur tərəfindən təşkil olunan "demokratiya sammitlərinə" Paşinyanın dəvəti, “erməni soyqırımının” tanınması və s. Bütün bunlar Bayden administrasiyasının erməniçiliyə xüsusi diqqətinin nəticəsi idi. Hazırda bəzi əvvəldən planlaşdırılan layihələr davam edir". S.Məmmədovun sözlərinə görə, baxmayaraq ki, ABŞ xarici yardımları müvəqqəti olaraq dondurub, amma bu hərbi xarakterli yardımları əhatə etmir. Bu baxımdan hazırda “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025" hərbi təlimlərində Ermənistanın hərbi polisinin kiçik qrupunun iştirakından o qədər də narahat olmağa dəyməz: "Bununla belə, bu, Ermənistan üçün çox vacibdir. Ermənistan hakimiyyəti və erməni lobbisi yeni administrasiya ilə əlaqələrin möhkəmləndilməsi üçün ciddi səylər göstərir və onu da nəzərə almalıyıq ki, yeni administrasiyada da xeyli erməni lobbisi ilə əlaqəsi olanlar var. Ermənistanın ABŞ və Avropa İttifaqı ilə hərbi əməkdaşlığı genişləndirməsi ilk növbədə Rusiyanı narahat etməlidir. Amma görünən budur ki, Rusiya Ermənistanın bütün demarşlarına, o cümlədən hərbi sahədə Rusiyaya düşmən olan dövlətlərlə əməkdaşlığına tolerant münasibəti davam etdirir. Görünür, onlar bunun sadəcə bir imitasiya olması qənaətindədir. Azərbaycan sülh məsələsini gündəlikdən çıxarmayıb və çıxarmağa da hazırlaşmır. Ermənistan isə hələ də mövqeyini müəyyənləşdirə bilməyib. Hələ də rəsmi İrəvanın verdiyi bəyanatlar və açıqlamalarla əməlləri arasında kəskin fərqlər qalmaqdadır. Ona görə də biz sülh planımızı saxlamaqla regionda baş verəcək istənilən gedişata hazır olmalıyıq".

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, Ermənistanla ABŞ arasında əməkdaşlıq xartiyası imzalanandan sonra Ermənistan hərbçiləri bu ölkədə keçirilən təlimlərdə iştirak edir: “Bu, artıq intensiv xarakter alacaq. Ermənistanda da ABŞ hərbçilərinin əməkdaşlıq çərçivəsində hərbi tədbirlərə qatılacağı istisna deyil. Əlbəttə, ilk növbədə bu cür əməkdaşlıq Azərbaycanı narahat etməlidir. Azərbaycan da NATO çərçivəsində ABŞ-la belə hərbi əməkdaşlıq içərisində olmalıdır ki, müəyyən riskləri azalda bilsin”. İranın sükutlu mövqeyinə gəlincə, Q.Çaxmaqlı hesab edir ki, rəsmi Tehranın bu mövqeyi suallar yaradır: “Cənub qonşumuzun nədən bu gəlişmələrə reaksiya verməməsi suallar doğurur və ehtimal ki, İranla Ermənistan arasında bu, müəyyən gərginlik yaradacaq. Güman ki, yaxın günlərdə İranın reaksiyasının nə olacağının şahidi olacağıq. Amerika ilə əməkdaşlığı İranın maraqlarından üstün tutmasının iki ölkə arasında gərginliyə səbəb olacağını düşünürəm”.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan hərbiçilərinə ABŞ hərbçilərinin diversiya və hücum təlimləri keçirməsi adı ilə bu ölkədə yerləşməsi Tehrana qarşı Vaşinqtonun hərbi addımlarının bir hissəsidir: “Həmçinin bu, Rusiyaya qarşı prosesin tərkib hissəsidir. Amma məsələnin digər tərəfi var ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Bu ölkədə revanşist əhval-ruhiyyəsi qalmaqdadır. Ermənistan ordusunun təkmilləşdirilməsi bir növ Azərbaycan üçün də müəyyən yeni çağırışlardır. Göründüyü kimi, Ermənistan regionda militarist siyasət aparır və regional təhlükəsizliyi təhdid edir. Avropa İttifaqı mülki missiyasına qoşularaq erməni hərbçiləri sərhədə yaxınlaşıb, müşahidələr aparır”. M.Əsədullazadə ABŞ-ın Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə sövq edəcəyini düşünmür. Amma hesab edir ki, ABŞ hərbçilərinin Ermənistanda qalması İran üçün təhdiddir: “Tehran rejimi hesab edir ki, bu, Azərbaycana və Rusiya aiddir. Amma erməni rəsmilər Tehranı aldadır. Hər iki tərəf yalan diplomatiya siyasəti həyata keçirib. İran bir də ayılacaq ki, Ermənistandan İran izlənilir. ABŞ üçün İran siyasəti prioritet təşkil edir. Ona görə də Tramp Ermənistanla strateji tərəfdaşlığı məhz İrana qarşı olduğunu bildiyinə görə hərbiçilərin Ermənistanda qalmasına "yaşıl işıq" yandırıb. İran vətəndaşları Ermənistana gəlir. Onlar ABŞ kəşfiyyatının toruna keçir və əməkdaşlığa cəlb olunurlar. Ermənistan ABŞ-ın İran siyasətində bir növ platsdarm olacaq. İran isə “təhlükə”ni Azərbaycandan görür. Halbuki İranın dərdi Azərbaycanın güclənməsidir. Tehran rejimi bilir ki, Azərbaycandan ona təhdid olmayacaq. Sadəcə, müstəqil Azərbaycan İran üçün təhlükə qəbul edilir. Bu da onların primitiv və türkofob siyasətindən irəli gəlir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır - Talqat Lastayev
Bu gün, 11:43
Məhkəmədən qətl törədən azərbaycanlı ata-oğulla bağlı YENİ QƏRAR
Bu gün, 11:41
Ceyhun Cəfərovun cəza müddəti bitdi: Azadlığa çıxdı - ONUNLA BƏRABƏR...
Bu gün, 11:38
Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. - KİMLƏR ALIR?
Bu gün, 11:34
"Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər" - Rəşad Məcid
Bu gün, 11:29
Səidədən QINAQ ATƏŞİ - “Əvvəllər abır-həya var idi, amma indi...”
Bu gün, 11:22
Daha bir şirkət ləğv edildi
Bu gün, 11:20
"Bəs ayrılan bu 2 milyon hara gedir?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
"Sputnik Armeniya"nın redaktoru müəmmalı şəkildə ölüb
Bu gün, 11:06
`MİSLİ`dən MİSLİ-BƏRABƏRİ olmayan OĞURLUQ... - ETİRAZ
Bu gün, 11:02
“İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub
Bu gün, 10:52
“Qara-Qum Holding”in 600 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 10:49
Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı - GƏLİŞMƏ
Bu gün, 10:45
“Ata, Rafiqi deşik-deşik elədim” - Qız atasını öldürən ərini niyə bağışladı?
Bu gün, 10:13
Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... - AXI NİYƏ?..
Bu gün, 10:02
USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb - ARAŞDIRMA
Bu gün, 09:54
"Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." - deputat
Bu gün, 09:53
Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər - TƏFƏRRÜAT
Bu gün, 09:45
Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! - AXI NİYƏ?..
Bu gün, 09:40
"23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" - Di gedin, qeyd edin... XAİNLƏR!
Bu gün, 09:22
"Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" - Tənzilə Rüstəmxanlı
Bu gün, 09:18
«Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» - MÜRACİƏT
Bu gün, 09:16
Zəngəzur üçün YENİ MODEL - Nələr var?
Bu gün, 09:12
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru