![“PashaPay”dən “FINCA Azerbaijan”a transfer “PashaPay”dən “FINCA Azerbaijan”a transfer](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1738763604_0001.jpg)
“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Anar Məlikov “FINCA Azerbaijan”ın Daxili nəzarət departamentinə rəhbər təyin edilib.
O, 2022-ci ilin fevralından indiyə kimi “PashaPay” MMC-də Daxili nəzarət üzrə baş mütəxəssis olub.
Anar Məlikov 2021-ci ilin sentyabrından 2022-ci ilin avqustuna kimi “Accessbank”da Aparıcı daxili auditor, 2020-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayın kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Daxili nəzarət üzrə baş mütəxəssis kimi vəzifələrdə çalışıb.