Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                     Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? .....                     Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... .....                     Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı .....                     Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə .....                     Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb .....                     Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… .....                     Dövlət qurumlarında maaş problemi .....                     Zaur Mikayılovun işçisi MEYDAN SULADI .....                     Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? .....                     Biz gənclərimizlə fəxr edirik .....                     Ronald Reyqan deyərdi ki... .....                     Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub .....                     Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər .....                     Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? .....                     Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                     Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... .....                     Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? .....                     Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib .....                     Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                 

Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Tarix: Dünən, 00:25 | Çap et
 Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...”
Ötən il dekabrın 25-də Bakı - Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasına səbəbin Rusiya hava məkanında “Pantsir S” raketi ilə vurulmasını göstərən etibarlı faktlar üzə çıxdı. Bundan sonra hadisə ilə bağlı fikirləri başqa istiqamətlərə yönləndirməyə çalışan rəsmi Moskva cinayətin üstünü bağlamağa cəhdlər göstərdi.

Həmin cəhdlər bu gün də davam etməkdədir. Rusiyanın qəza ilə bağlı tutduğu mövqe Azərbaycanla Rusiya arasında münasibətlərin soyuqlaşmasına səbəb olub. Azərbaycan tərəfi mülki təyyarənin Rusiya tərəfindən vurulmasının etirafını, təzminat və digər məsələlərin həllini istəyir. Rusiya isə müxtəlif yollarla bu məsələdən yayınır. Eyni zamanda, Kremlə bağlı media orqanlarında Azərbaycan və rəhbərliyi əleyhinə çirkin kampaniya aparılmaqdadır.

Bunun fonunda Azərbaycan mediasında da Rusiyanın cinayətləri əleyhinə haqlı iradlarla müşahidə edilən yazılar, süjetlər dərc olunur. Artıq dövlət televiziyası olan Azərbaycan Televiziyasında (AzTV) gedən materiallarda Rusiyanın törətdiyi cinayətləri etiraf etməməsi tənqid olunur, rus mediasında aparılan anti-Azərbaycan kampaniyasının iki ölkə arasındakı münasibətləri kəskinləşdirdiyi qeyd edilir.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Rusiya mərkəzlərinin casus yuvası olduğu iddia edilir, onların fəaliyyətinin dayandırılması, orta məktəblərdə rus dilində təhsilin qadağan olunması gündəmə gətirilir. Bütün bu baş verənlər onu göstərir ki, iki ölkə arasında münasibətlər kəskinləşməkdə davam edir və Rusiya təyyarə cinayətini üzərinə götürməsə, bu gərginliyin artan xətlə inkişafı mümkündür.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya ilə Azərbaycan arasında zaman-zaman gərginliklər müşahidə edilib, sonradan hansısa yollarla, danışıqlarla yoluna qoyulub:

- Əslində, sərnişin təyyarəsi vurulmayanadək iki ölkə arasındakı münasibətlərdə soyuqluq yox idi, normal məcrada davam edirdi. Əlbəttə, Azərbaycan 200 il çar Rusiyasının, SSRİ-nin, onun varisi Rusiyanın siyasətindən çox əziyyətlər çəkib. Rusiya torpaqlarımızı ermənilərə peşkəş edib, 1990-cı ilin 20 yanvarında Bakıya qoşun yeridərək insanlarımızı qətlə yetirib, alayı ermənilərlə birlikdə Xocalıda soyqırımı törədib. Bütün bunları biz bilirdik, anlayırdıq ki, Rusiyadan bizə dost olmaz. Amma son illər iki ölkə arasında münasibətlər qurulub, inkişaf edib, müəyyən tərəfdaşlıqlar var.

Eyni zamanda, İkinci Qarabağ müharibəsində Rusiya Azərbaycanın əməliyyatlarına çox da mane olmadı. Lakin indi sərnişin təyyarəmiz Rusiya tərəfindən raketlə vurulub və Azərbaycan tərəfi haqlı olaraq tələblər irəli sürüb. Azərbaycan Prezidentinin təyyarə hadisəsi ilə bağlı üç tələbi var: üzrxahlıq, təyyarəni vuranların cəzalandırılması və kompensasiya. Bu tələblərdən ikisi hələ də yerinə yetirilməyib. Üzrxahlıq da alayarımçıq oldu. Rusiya bu tələbi yerinə yetirmək əvəzinə müxtəlif yollara baş vurur.

Son günlər isə bir qədər də irəli gedərək Kremlin nəzarətində olan mediada Azərbaycan lideri İlham Əliyevin və Azərbaycanın əleyhinə qara çirkin kampaniyaya başlanılıb. Azərbaycan tərəfi haqlı tələbini irəli sürdükcə, kremldəkilər qıcıqlanırlar. Rusiya rəhbərliyindəkilər bu cinayətin üstünü örtməyə çalışırlar. Eyni zamanda, bizimlə mübarizə üsulunu anti-təbliğat kampaniyasında görürlər. Bu isə əlbəttə ki, iki ölkə münasibətlərini daha da gərginləşdirməkdədir.

- Bu gərginlik nə qədər davam edə bilər?

- Bilirsiniz, Rusiya mediasındakı çirkin kampaniya Kremlin təlimatı ilə başlayıb. Bu isə onu deməyə əsas verir ki, Rusiya tərəfi Bakının tələblərini yerinə yetirmək istəmir. Rusiya rəsmilərinin necə deyərlər, xətrinə dəyən odur ki, niyə Azərbaycan tələblər irəli sürür. Təyyarəni vur, insanlarımızı öldür, sonra da bizi haqsız çıxarmağa çalış. Bu, absurd yanaşmadır. Təyyarəni vuran cinayətkarların cəzalandırılması və kompensasiya ilə bağlı Rusiyanın siyasi mərkəzlərində demək olar ki, heç bir müzakirə getmir. Əvəzində Rusiya tərəfi təyyarənin “qara qutu”su açılmamışdan, nəticələr açıqlanmamışdan əvvəl elan etdi ki, guya dispetçerlə pilotlar arasında danışıqlar olub, guya heç təyyarə raketlə vurulmayıb, guya pilotlar özləri quş sürüsü ilə toqquşmanı qeyd ediblər. Yaxud da, kislorod balonunun partlamasından danışırlar. Hətta Rusiya tərəfi pilotları günahkar çıxarmağa çalışdı.

Qazaxıstanın Baş nazirinin müavini “qara qutu” açılandan sonra konkret dedi ki, Rusiya rəsmilərinin dedikləri ilə “qara qutu”nun nəticələri arasında dərin ziddiyyətlər var. Demək istədiyim odur ki, Rusiya tərəfi hələ də izi azdırmağa çalışır. Nə qədər ki, Kreml cinayətkarları cəzalandırmayacaq, kompensasiya məsələsini həll etməyəcək, münasibətlərin normallaşacağı gözlənilən deyil. Azərbaycan Prezidentinin tələbləri var ki, bunlar yerinə yetirilməlidir. Bu, həm də Azərbaycan ictimaiyyətinin, cəmiyyətin sifarişi və tələbidir. Biz bu hadisənin üstünün örtülməsinə razı ola bilmərik. Rusiya tərəfi cinayətkarları cəzalandırmalı, kompensasiya ödəməlidir. Əks təqdirdə, münasibətlərin düzələcəyi çətin görünür.

- Cəmiyyətin sifarişi demişkən, artıq Azərbaycan ictimaiyyəti tərəfindən məktəblərdə rus dilində tədrisin ləğvi, ölkəmizdə müxtəlif adlar altında fəaliyyət göstərən Rusiya mərkəzlərinin bağlanması da tələb edilir. Bunlar mümkündürmü?

- Əvvəllər də rus dilində tədrisin ləğvi barədə polemikalar gedirdi. Son hadisələr fonunda bu müzakirələr daha da şiddətlənib. Mən də o fikirdəyəm ki, Azərbaycanın dövlət büdcəsi hesabına rus dilində təhsil verilməməlidir. Kimsə şəxsi hesabına rusdilli məktəb açırsa, bu, mümkündür. Amma dövlət büdcəsi hesabına tədris olmamalıdır. Biz fəxr etməməliyik ki, Azərbaycanda rusdilli universitet var, məktəblər var, onminlərlə rus dilində təhsil alanlar var. Bəli, bizim insanlarımız çox dili bilməlidir, eləcə də rus dilini. Amma bu, şəxsi təşəbbüslə olmalıdır, dövlət maliyyəsi ilə deyil. Düşünürəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır.

Eyni zamanda, Rusiyanın buradakı mərkəzlərinin fəaliyyəti dərindən araşdırılmalıdır, casus yuvası ilə bağlı iddialar əksini taparsa, o zaman ciddi addımlar atılmalıdır. Məlumdur ki, Azərbaycanda Rusiyanın “beşinci kolon”u var, o dağıdılmalı, zərərsizləşdirilməlidir. Demirəm ki, əcinnə ovuna çıxılmalıdır, ucdantutma həbslər həyata keçirilməlidir, yox, sadəcə “beşinci kolon”a mənsub şəxslər neytrallaşdırılmalıdır ki, ölkəmizin təhlükəsizliyinə təhlükə yaranmasın.

- Məlumdur ki, Rusiya ilə yanaşı, İranla da ölkəmizin münasibətlərində gərginlik yaşanır. Bu proseslərin riskləri varmı və bundan çıxış yolu nədir?

- Əlbəttə, risklər mövcuddur. Bizdən asılı olmayan səbəblərdən hər iki ölkə ilə gərginliklər var. Rusiya təyyarəmizi vurdu, İran da anti-Azərbaycan təbliğatına başladı. İstisna deyil ki, Moskva ilə Tehran anti-Azərbaycan siyasətini koordinasiya edir. Baxın, Azərbaycan təyyarəsi vurulandan sonra Rusiya ilə münasibətlərdə gərginlik yaranan kimi, İranda əyalət mollası olan Amuli Azərbaycan əleyhinə tədbir keçirdi, bəyanatlar verdi. Əlbəttə, bu, Amulinin təşəbbüsü ilə keçirilən tədbir deyildi, İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin təlimatı ilə keçirilən tədbir idi. Bu mənada, hesab edirəm ki, Moskva ilə Tehran arasında Azərbaycanla bağlı təxribatçı kampaniyada razılaşma olması mümkündür.

İki qonşu ölkə Azərbaycana qarşı təbliğata başlayıbsa, bunun risklərini, hansı addım ata biləcəklərini düşünməliyik. 30 il əvvəl də münasibətlərdə belə gərginliklər var idi. Mərhum prezidentlər Əbülfəz Elçibəyin də, Heydər Əliyevin hakimiyyəti dövründə belə gərginliklər yaşanıb. O zaman Rusiya Azərbaycanın şimalında, iran isə cənubunda müəyyən təxribatlar törətdi, separatizmi körükləməyə başladılar. Mərhum Heydər Əliyev bütün bu cəhdləri iflasa uğratdı, problemlərin qarşısını ala bildi. Düşünürəm ki, risklər yenə də bu məsələlərlə bağlı ola bilər. Rusiyadakı mərkəzlər yenə də şimalda qarışıqlıqlar yaratmaq planlarını həyata keçirməyə, İran isə cənubda bunu gerçəkləşdirməyə cəhd edə bilər. Şimalda və cənubdakı soydaşlarımızın Azərbaycan qanunlarına əməl edəcəklərinə tam əminəm və bundan şübhəm yoxdur. Amma bəzi şəxslər ola bilər ki, yenə də separatizmə meyl etsinlər. Ona görə də bizim hüquq-mühafizə orqanlarımız kifayət qədər diqqətli olmalı, təxribatlara qarşı kifayət qədər tədbirlər görməlidirlər.

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30
Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02
Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru