İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Tarix: 28-01-2025, 17:49 | Çap et
Bir nəfəri Fövqəladə Hallar Nazirliyində (FHN), bir nəfəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) işə düzəldəcəyini vəd edərək aldadan şəxs hakim qarşısına çıxarılıb. Onun vəzifəli şəxslər adından rəsmi sənədlər hazırladığı da məlum olub.
Musavat.com xəbər verir ki, 55 yaşlı Məzahir Məmmədova qarşı Cinayət Məcəlləsinin dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama maddələri ilə ittiham irəli sürülüb.
O, Zakir Məmmədovdan oğlu Elnur Məmmədovu FHN-də işə düzəldəcəyi adı ilə aldadaraq 5500 manat pul alıb. Hətta zərərçəkmiş şəxsə FHN tərəfindən verilməli olan rəsmi sənədləri də saxtalaşdıraraq, özü hazırlayaraq təqdim edib və bununla da özünə vaxt qazanıb.
İkinci zərərçəkmiş Mövsüm adlı şəxsdən ETSN-də yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu deyərək pul alıb. Həmin pulun qarşılığında onu ETSN-in Xaçmaz rayonunda yerləşən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsinə işə düzəldəcəyini vəd edib. Buna görə ondan 10 min manat alıb.
Həmin şəxsə də nazirliyin təqdim etməli olduğu rəsmi sənədləri saxtalaşdıraraq təqdim edib. Saxta sənədləri vəzifəli şəxslərin adından imzalayıb.
Təqsirləndirilən şəxs ifadəsində daha əvvəl bir neçə dəfə dələduzluq əməlinə görə məhkumluq həyatı yaşadığını deyib.
Bildirib ki, zərərçəkmiş Zakir Məmmədovun oğlu Elnuru taksidə tanıyıb:
“Taksidə rayona gedirdik. Aramızda söhbət başladı. Elnur əsgərlikdən gəldiyini, FHN-ə işlə bağlı müraciət etdiyini dedi. Ona FHN-də işlədiyimi, kömək edə biləcəyimi dedim. O da mənə inandı. Onu daha da inandırmaq üçün telefonla ayrı-ayrı şəxslərə yığıb guya Elnurun işi ilə maraqlandığımı, həll olacağını dedim. Elnur nömrəmi götürüb getdi. Sonra atası mənə zəng etdi. Danışıb, işi həll edəcəyimlə bağlı razılaşdıq. Bakıda görüşüb pulu aldım”.
O, FHN adından saxta təqdimat da düzəltdiyini etiraf edib:
“Sənədi Zakirə göndərdim. Amma Zakir saxta olduğunu başa düşdü. Ona dedim ki, FHN-də olan işçi bu səhvləri etdiyinə görə işdən çıxarılıb. Bildirdim ki, sənəd poçtla gələcək. Sonra yeni sənədi düzəldərək Bakıda poçta gedib Ağcabədiyə, Zakirə göndərdim. Zakir poçtdan sənədi götürəndən sonra mənə zəng etdi. Ondan 2800 manat da istədim. Dedi ki, rəsmi şəxsləri görməsə, pulu verməyəcək. Bakıya gələndə FHN-ə getmək istədi. Yalandan komissiya olduğunu dedim. Sonra Rauf adlı tanışıma zəng etdim. O da yalandan dedi ki, iş düzələcək. Sonra yenə uzandı. Zakir pulunu tələb etdi, kredit ödədiyini söylədi. Ona əvvəlcə kredit ödəməsi üçün 400 manat verdim. Sonra da 1500 manat bir, 1300 manat da bir taparaq pul verdim. Qalan məbləği qaytara bilmədim”.
Digər zərərçəkmiş Mövsüm adlı şəxsi isə ETSN-də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsinə düzəltmək üçün 10 min manata razılaşıblar.
Yenə də zərərçəkmiş şəxsdən pul aldıqdan sonra ona kompüterdə saxta bildiriş və təqdimat hazırlayaraq, üzərinə möhür işarəsi çəkərək poçt vasitəsilə Mövsümün yaşadığı ünvana göndərib.
Zərərçəkmiş şəxslərin pulu ödənilməyib. Hər iki şəxs Məzahirdən şikayətçi olub. Məzahir isə əməlindən peşman olduğunu deyərək məhkəmədən yüngül cəza istəyib.
Məhkəmənin hökmü ilə Məzahir 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30 |
|
|
|
• Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02 |
|
|
|
• Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24 |
|
|
|
• Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20 |
|
|
|
• Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41 |
|
|
|
• "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39 |
|
|
|
• "Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36 |
|
|
|
• Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33 |
|
|
|
• Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30 |
|
|
|
• Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50 |
|
|
|
• Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02 |
|
|
|
• Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58 |
|
|
|
• Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07 |
|
|
|
• Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05 |
|
|
|
• Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04 |
|
|
|
• Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02 |
|
|
|
• Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01 |
|
|
|
• Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00 |
|
|
|
• AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57 |
|
|
|
• Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56 |
|
|
|
• Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54 |
|
|
|
• "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53 |
|
|
|
• “Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14 |
|
|
|
• İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13 |
|
|
|
• Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07 |
|
|
|
• "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01 |
|
|
|
• Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58 |
|
|
|
• ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55 |
|
|
|
|