Qarabağ qazisi Şabran rayon Zeybə kənd sakini Qulam Baloğlanov əliliyinin ala bilməməsimdən şikayətçidir. O bildirb ki, 1992-ci ildə Ağdam rayon Şirli kəndində yaralanıb. Dəfələrlə əliliyinin təyin olunması üçün aidiyyatı qurumlara müraciət edib, lakin nəticəsi olmayıb. O, deyir ki, Prezident məmurları bizə xidmət etsin deyə təyin etsə də, məmurlar vətəndaşları incidir. Şikayətçi dəfələrlə İcra başçısının qəbuluna getsə də, nəinki qəbul edib problemini dinləyiblər, heç qapıdan içəri də buraxmayıblar. Vətəndaş deyir ki, 80 manat müavinətlə dolana bilmədiyi üçün Şabran istirahət mərkəzində 357 manat maaşa işləyib, lakin 6 ay sonra onu heç bir əsas olmadan işdən çıxartdılar. O, aidiyyatı qrumlara müraciət edərək, onun əlilinin bərpa edilməsi üçün ona kömək etmələrini xahiş edir.