Konstitusiya, referendum və icra başçıları: Mötəbər mənbələr nə deyir? - AKTUAL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. Artıq neçə ildir ki, Azərbaycanda belə bir ənənə var. Hər yeni ilin əvvəlində o il üçün xüsusi ad müəyyənləşdirilir və rəsmi elan edilir. Məsələn, “Şuşa İli”, “Yaşıl dünya naminə həmrəylik ili” və s.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması insanlarda bu il referendumun keçiriləcəyi, konstitusiyanın dəyişdiriləcəyinə dair təəssürat yarandı. Bunu şərh edənlər, uzağagedən nəticələr çıxaranlar da oldu.
Bu mövzuda daha detallı və sensasion fikirlər, iddialar isə Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucdan gəldi. O, çıxışlarında bu il Azərbaycanda referendumun keçiriləcəyi və konstitusiyaya ciddi dəyişikliklərin olacağını bildirdi. Hətta yerli icra hakimiyyəti orqanlarının prezident nümayəndəlikləri ilə əvəz olunacağına dair maraqlı fikir səsləndirdi. Bir çox onlayn media resursları deputatın açıqlamasına əsasən təhlil yazıları və müxtəlif materiallar yayımladılar. Bu yazılarda əsas vurğu isə idarəçilik sistemində islahatların aparılacağı ilə bağlı idi.
Sonradan hökumətdəki mötəbər mənbələr iddiaları təkzib etdi. Belə bir planın olmadığına dair mətbuata məlumat sızdırıldı. Qəti şəkildə bildirilirdi ki, dövlətin nə referendum keçirmək, konstitusiyada dəyişikliklər etmək kimi planı, məqsədi yoxdur. Bu açıqlamalardan az sonra Zahid Orucun Haqqın.az saytına daha detallı və ətraflı açıqlaması diqqət çəkdi. Deputat növbəti prezident və parlament seçkilərinin qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı təklif səsləndirdi. Bu təklifdə parlament seçkilərinin 5 ildən, prezident seçkilərinin isə 7 ildən bir deyil, uyğun bilindiyi zamanda keçirilməsi qeyd olunur.
Z.Orucun bu açıqlaması da təkzib olundu. APA İnformasiya Agentliyinə hökumətdəki mənbələrdən məlumat sızdırıldı.
“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bəzi deputatlar səviyyəsində aparılan müzakirələrin hansı məqsəd daşıdığı, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil” – mənbənin açıqlamasında qeyd olunur.
Göründüyü kimi, hökumət üçün bu il və yaxın gələcəkdə referendumun keçirilməsi, eləcə də konstitusiya islahatnın aparılması prioritet deyil. Çünki sözügedən iki addımın atılması ölkədə yeni seçkilərin keçirilməsini labüd edəcək. Bu isə mövcud situasiyada Azərbaycan dövlətinin planlaşdırmadığı bir işdir. Belə çıxır ki, hakimiyyət status-kvonu saxlayacaq, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə sadəcə rəmzi xarakter daşıyır.
İcra hakimiyyətlərinin ləğvi də dövlət üçün prioritet sayıla bilməz. Hər nə qədər icra başçıları haqda cəmiyyətdə neqativ rəy formalaşsa da yerlik əhali ilə işləmək, narazılıqları müəyyən qədər önləmək üçün icra hakimiyyəti institutunun rolu danılmazdır. İndiki həssas dönəmdə neçə illik sistemi söküb, yerində yenisini yaratmaq, eksperiment aparmaq ağlabatan görünmür. Şərqi Zəngəzurda və Naxçıvanda prezidentin nümayəndəliklərinin yaradılmasına gəlincə. Ora tamam başqa spesifikaya məxsus olduğu üçün, ölkə başçısı bu modeli seçməli oldu. Bunun səbəbləri haqda indiyə kimi çox yazılıb.
Globalinfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp administrasiyası 60-a yaxın USAID rəsmisini məzuniyyətə göndərib - “Reuters“
Bu gün, 07:23 |
|
|
|
• Naxçıvan gömrüyünün TOXUNULMAZLARI - indi də bələdiyyə seçkilərinə girişiblər
Bu gün, 07:22 |
|
|
|
• Ermənistan Türkiyənin 30 illik şərtlərinin hamısını qəbul etdi - AÇIQLAMA
Bu gün, 07:18 |
|
|
|
• "AŞPA-da olub-olmamağımız insan hüquqlarında heç bir rol oynamayacaq" - deputat
Bu gün, 07:16 |
|
|
|
• Qəzza razılaşması və qarşılıqlı ittihamlar: risklər artır - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
• Ukraynada başımızı qatırlar, əsas döyüş burdadır
Bu gün, 07:09 |
|
|
|
• Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20 |
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
|