“Azərbaycanda saxlanılan və hərbi cinayətlərdə təqsirləndirilən şəxslər erməni xalqına xəyanət ediblər. Ermənistan müxalifəti isə onları qurban kimi təqdim etməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Natali Aleksanyan Feysbukdakı paylaşımda qeyd edib.
O, həmin şəxslərin bir çox əməllərinə görə məsuliyyət daşıdıqlarını bildirib:
“Ruben Vardanyan və Qarabağdakı keçmiş rejimin “rəhbərləri” Ermənistan xalqına da xəyanət ediblər, onlar buna görə cavab verməlidirlər. İllərlə siyasi oyunlar oynadılar, Ermənistanın gələcəyini məhv etdilər. Bir dəfə də olsun azərbaycanlıları ölən yaxınlarının məzarını belə ziyarət etmək üçün Qarabağa buraxmadılar. Çünki ora onların biznes mərkəzi, talan yeri idi. Vardanyan və digərləri məsuliyyət daşıyırlar. Əgər onları müdafiə edənlər buna davam edərsə, mən faktlarla danışmağa başlayacağam. Həmin şəxslərə xəbərdarlıq edirəm, Azərbaycana çox maraqlı faktlar təqdim edəcəm. Saxlanılanlar əməllərinə görə cavab verməli və Bakıda həbs cəzası çəkməlidirlər”.
Qeyd edək ki, Ruben Vardanyan və Qarabağdakı keçmiş qondarma rejimin “rəhbərləri” barəsindəki cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.