Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ və onun nəzdində fəaliyyət göstərən UFAZ üçün tələb olunan mühafizə xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Gesco” ASC (VÖEN: 1300664041) olub.
Qalib şirkətlə 62 867 568 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.