"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                     Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır .....                     "Başqası ilə eşq yaşayırdı" .....                     NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! .....                     İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib .....                     Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi .....                     Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? .....                     Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək .....                     “1 milyon əsgər Azərbaycana gələcək” .....                     Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… .....                     "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" .....                     "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" .....                     Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı .....                     Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi .....                     "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" .....                     Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! .....                     Azərbaycanda daha bir gənc qızdırmadan öldü .....                     ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR .....                     Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... .....                     Dövlət klinikalarında niyə YER TAPILMIR? .....                     Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu .....                     Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ .....                     "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" .....                     Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü .....                     BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb .....                     Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq .....                     Amerika bununla bizim strateji tərəfdaşımız olmur .....                     “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır .....                     Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? .....                     SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB .....                 

Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Tarix: Bu gün, 10:07 | Çap et
Zəngəzur uğrunda SAVAŞ...
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistanda bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır” deməsi Rusiya mediasında da ciddi müzakirə mövzusu olub. Rusiya mediasında bu barədə yazılarda Ermənistanı Azərbaycanla qorxutmaq cəhdləri daha qabarıq nəzərə çarpır.

Xüsusilə Ermənistanın Avropa Birliyinə üzvlük qərarından sonra İrəvanı qorxutmaq cəhdləri artıb. Şərqşünas, publisist, “Şərq qapısı” Telegram kanalının müəllifi Andrey Ontikov isə “İzvestiya”ya diqqəti Tehranın Zəngəzurla bağlı mövqeyinə yönəldib. Ekspert bu kontekstdə Prezident İlham Əliyevin məlum müsahibəsində əminliklə Zəngəzur dəhlizinin açılacağı fikrinə diqqət çəkib. “İrəvan Tehranın əsas tərəfdaşıdır, Qafqazda mühüm dayağıdır. Əgər Azərbaycan İrəvana qarşı yeni hərbi əməliyyata başlasa, Zəngəzur dəhlizini bağlasa və bununla da Ermənistanı İranla birbaşa quru əlaqəsindən məhrum etsə, bu, bütövlükdə İslam Respublikasının və indiki halda onun regiondakı mövqelərinə növbəti güclü zərbə olar”, - deyə ekspert bildirib.

Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edən və bu dəhlizin açılmasına qarşı çıxan İranın Suriya devrimində yaşadığı şok Tehranın mövqeyində hər hansı ciddi dəyişiklik etməyib.

“Hadisələrin gedişatını nəzərə alsaq, 90 faizlik ehtimalla Azərbaycanın Ermənistana qarşı müharibə aparacağını gözləmək lazımdır. Bu, zaman məsələsidir”. Bu iddia ilə isə İran parlamentinin keçmiş deputatı Robert Beqlaryan çıxış edib. O deyib ki, hazırda dünya ictimaiyyəti Ermənistanın taleyi ilə o qədər də maraqlanmır. Onun sözlərinə görə, İran və Ermənistan bir-birinə qarşı siyasətlərini aydınlaşdırmalıdırlar. “İrəvanın ciddi narahatlığını başa düşmək olar. O cümlədən İrana qarşı sanksiyalar, Yaxın Şərqdə İrana vurulan zərbə, əlavə fəsadlar yaradacaq. Lakin sakit oturub vəziyyətin öz-özünə həll olunacağına ümid etmək olmaz”. Beqlaryan onu da bildirib ki, Zəngəzur dəhlizi məsələsində çoxlu oyunçu və benefisiarları var. “İran da bu danışıqlarda tərəf olmaq istəyir. Amma kənarlaşdırma o deməkdir ki, bundan sonra Tehran faktla üzləşməli olacaq”.

Göründüyü ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə sərbəst əlaqəsini təmin etməsinə maneə yaradan qüvvələr yenidən fəallaşıb. 2020-ci ilin 10 noyabr bəyannaməsinin sonuncu bəndinin icrası artıq beşinci ildir ki, Ermənistanın günahı ucbatından reallaşmır. Belə olduğu halda cürbəcür təxribatçı informasiyalar dövriyyəyə buraxılır. “Vzqlyad” nəşri “Bakının öz kiçik Kanadası var (yaranıb)” başlıqlı təhlil yazısında iddia edib ki, Azərbaycan regionda və dünyada “ümumi çaşqınlıq şəraitində” Zəngəzuru əldə edə bilər. “Azərbaycanın son illərdə əldə etdiyi hərbi uğurları və Ermənistanın milli müdafiə sahəsində aşkar uğursuzluğu fonunda bu cür yanaşma olduqca təsiredici görünür”, - deyə məqalədə bildirilir. Beləliklə, bəzi güclər Zəngəzur dəhlizindən regional münaqişə yaratmaq üçün cəhdlər edirlər. Azərbaycan isə Zəngəzur dəhlizinin hərbi deyil, siyasi-diplomatik həllində maraqlıdır. Ölkəmizdəki ekspertlərin isə məsələyə fərqli yanaşmaları var.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında iddiaların əssassızlığını konkret arqumentlərlə əsaslandırdı: “Prezident İlham Əliyev ilk dəfə deyil ki, bu fikirləri səsləndirir. Yəni o, Zəngəzur dəhlizinin açılacağı barədə əvvəllər də dəfələrlə fikir bildirib. Bu baxımdan Rusiya mediasının yazdığının ciddi əsası yoxdur. Azərbaycan bu məsələdə milli maraqlarından çıxış edir. Beynəlxalq praktikada bir dövlət öz anklav ərazisinə, yaxud bir neçə hissədən olan ərazilərinə nəqliyyat keçidini təmin etmək üçün başqa dövlətin ərazisindən istifadə edir. Bu halda dövlətin yükləri, sərnişinlər və nəqliyyat vasitələri yoxlanılmadan keçir və yolun sahibinə, yaxud istismar edən operatora yol haqqı ödəyir. Əvvəl-axır bu dəhliz mütləq açılmalıdır. Əlbəttə, sülh danışıqlarının nəticəsi olarsa və silah müqaviləsi bağlanarsa, o zaman bu nəqliyyat dəhlizinin açılmasından Ermənistan kifayət qədər bəhrələnəcək. Əgər Ermənistanın "başı öz əlində olsaydı", o zaman bəlkə də məsələ artıq həllini tapmışdı". O ki qaldı Ermənistan-Avropa İttifaqı əməkdaşlığına, S.Məmmədov qeyd etdi ki, şəxsən o, bu məsələnin perspektivinə inanmır: “Yəni Ermənistanın yaxın illərdə Avropa İttifaqına üzv olması mümkün olmayacaq. Hansısa viza asanlaşdırması və ya vizasız gediş-gəliş mümkün ola bilər. Daha hansısa inteqrasiya prosesləri baş verə bilər. Amma bu prosesin dərinləşməsinə mane olan çoxsaylı amillər var. Avropa İttifaqında vahid sərhəd, o cümlədən vahid gömrük sərhədi mövcuddur və bu üzvlük üçün vacib olan şərtdir. Ermənistanın isə heç yunan Kipri kimi su sərhədi bağlantısı da mövcud deyil. Gürcüstanın Avropa İttifaqına üzv olması bir qədər də dumanlı göründüyü üçün gələcəkdə vahid sərhədin olması mümkünsüz görünür. Məncə, bunu Avropa İttifaqında da, elə Ermənistanın özündə də yaxşı bilirlər. Sadəcə, indi bir-birindən bəhrələnirlər”.

S.Məmmədov qeyd etdi ki, Azərbaycan məsələləri diplomatik və danışıqlar yolu ilə həll etmək istəyir: "Sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan səylərini davam etdirir. Ermənistan isə hər vəchlə prosesi uzadır və paralel olaraq silahlanır, Azərbaycana qarşı informasiya və beynəlxalq hüquq müstəvisində davanı davam etdirir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılması perspektivini anlayır: “Geosiyasi proseslər məhz bu dəhlizin açılmasını ehtiva edir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvana çox ciddi mesajlar verdi. Bundan sonra Ermənistan tərəfi Zəngəzur dəhlizinə yalnız Ermənistanın nəzarət edəcəyi bəyanatını verdi. Göründüyü kimi, rəsmi İrəvan da dəhlizin açılmasını qəbul etmək məcburiyyətindədir. Rusiya tərəfi dəhlizə nəzarət etməyə çalışır. Bunun üçün 10 noyabr birgə bəyannaməsini gündəmə gətirir. Rusiya da görür ki, Ermənistan prinsipcə, dəhlizin açılmasına razıdır. Amma dəhlizə nəzarəti Rusiyaya vermək istəmir. Rusiya Ermənistanı Azərbaycanla təhdid etməyinə gəldikdə, ümumiyyətlə, rəsmi Bakının dəhlizlə bağlı mövqeyi aydındır və bu, yalnız danışıqlarla açılacaq”.

M.Əsədullazadə də əminliklə bildirdi ki, Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur: “Rusiya və İran bu tezisləri ortaya atmaqla regionda etimadsızlıq yaratmaq və sülhə mane olmaq istəyirlər. Həmçinin niyyət dəhlizin açılmasının qarşısını almaqdır. Amma bu, mümkün olmayacaq. Regional şərtlər dəyişib və Türkiyə də prosesdə aktivdir. Məhz Ankara dəhlizin açılması ilə bağlı Ermənistana ciddi mesajlar verib. Bundan sonra iki ölkə arasında sərhədlər açıla bilər. İran tərəfi dəhlizlə bağlı Türkiyə ilə danışıqlar aparır. Tehranın Yaxın Şərq siyasəti iflas olduğu üçün Cənubi Qafqaz siyasəti də eyni aqibətlə üzləşib. Tehran bilir ki, prosesdə Türkiyə varsa, dəhliz açılacaq”.

Ekspert qeyd etdi ki, İran prezidentinin Moskvaya səfərində Vladimir Putinlə Zəngəzur dəhlizinin açılması perspektivləri əsas müzakirə predmeti ola bilər: “Tehran və Moskva Cənubi Qafqazda dəhlizlə bağlı ortaq mövqedən çıxış edəcək. Əgər Ermənistan nəzarəti Moskvaya vermirsə, Moskva onun açılmasına qarşı olacaq. Bu istiqamətdə Tehran Moskvadan dəstək almağa çalışacaq. Ermənistan da məhz Rusiya və İranla münasibətləri gərgin olduqdan sonra Zəngəzur dəhlizini açmaqla tam şəkildə blokadadan çıxmağa çalışacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14
Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10
"Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05
"Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54
Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41
Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38
"Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35
Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29
Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21
ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15
Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11
Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01
Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56
Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53
"Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51
Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48
BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47
Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45
Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39
“Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37
Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29
SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26
Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19
ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15
Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07
“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57
ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45
"Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43
Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru