ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir .....                     Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur .....                     Ermənistanla səfirliklərin açılması .....                     4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib .....                     Kredit daha çox hansı sektora yönəlib? .....                     Diplomların tanınmaması normaldır... .....                     “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? .....                     Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                     Dekabrın 26-da Azərbaycanda matəm elan edilib .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər .....                     Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq .....                     Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib .....                     Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır .....                     Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi .....                     Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır .....                 

Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Tarix: Bu gün, 08:50 | Çap et
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər
ABŞ səfirliyi “Həftə” proqramının müəllifinə yenidən cavab verib. Vaşinqtonun anti-Azərbaycan siyasətdə ittiham edilməsi yenə diplomatik korpusun etirazına səbəb olub: “Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın "ən məşhur"ları AzTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir", - səfirliyin Facebook hesabındakı məlumatda deyilir.

“ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür”. Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ səfirliyinə cavabında deyilir. O bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.

“Görünür, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır”, - A.Hacızadə əlavə edib.

Yada salaq ki, bir həftə əvvəl də AzTV dövlət telekanalında ABŞ-ın Azərbaycana qarşı “zərərli” fəaliyyəti barədə süjet göstərilib. Süjetdə bildirilib ki, son günlərini yaşayan Bayden administrasiyası “qorxaqlıq” nümayiş etdirərək Azərbaycana hücum etmək üçün insan hüquqları amilindən istifadə edir. Bu ittihamlarla əlaqədar ABŞ-ın Bakıdakı səfirliyi öz səhifəsində cavab dərc edib: “Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir?"

Yeri gəlmişkən, istefa verən səfir Mark Libbi ABŞ-ın Azərbaycana dost olduğunu, Vaşinqtona qarşı ittihamlar səsləndiyini bəyan edib, hətta irəli gedərək “Amerika olmasaydı, "Əsrin müqaviləsi" də olmazdı" deyib. Səfir Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə bildirmişdi ki, “insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmir”.

XİN rəsmisinin də dediyi kimi, Bayden administrasiyasının ömrünə sayılı günlər qalmış isə Bakı-Vaşinqton münasibətlərində gərgin atmosfer getdikcə yüksəlir. Artıq gərginlik media resursları ilə ABŞ səfirliyi arasındakı müstəviyə keçib. Görünür, Ağ Evin hazırkı sahibləri son günə qədər Azərbaycana təzyiqləri davam etdirmək hədəfindədirlər.

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyası fəaliyyətə başlayandan Azərbaycana qarşı siyasəti ilə seçilib və bu siyasəti sona qədər davam etdirməkdə qərarlı görünür: “Co Bayden administrasiyasının ilk günlərindən verilən proqnozlar özünü doğrultdu. İlk günlərdən bəyan edilirdi ki, bu administrasiya ABŞ tarixinin ən ermənipərəst hakimiyyətlərindən bəlkə də birincisi olacaq və Azərbaycana qarşı bütün addımları atmağa çalışacaqlar. Belə də oldu. 4 il ərzində Bayden hakimiyyəti Ermənistanın qatı müdafiəçisi oldu və Azərbaycana qarşı kəskin qərəzli mövqeyi ilə fərqləndi. Xüsusilə son dövrlər Baydenin hakimiyyəti təhvil verməsinə çox az vaxt qaldığı bir dönəmdə davranışları və verilən qərarlar onu göstərir ki, bu administrasiya özünün son resurslarından istifadə edərək Azərbaycana qarşı müəyyən addımlar atmağa çalışır. Dünyanın başqa nöqtələrində də Bayden administrasiyası son "patronlarını" atmaqdadır. Həm Rusiya-Ukrayna müharibəsi ilə bağlı, eyni zamanda Amerika daxilindəki bəzi qərarlarla bağlı biz bunun şahidi oluruq. Administrasiyanın mövqeyi isə təbii ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin də siyasətinə təsir göstərir. Bu gərginliyin əsas səbəbi həmçinin bir çox məqamlarda ABŞ səfirliyinin lüzumsuz addımları, Azərbaycanın daxili işlərinə qarışmasıdır. Son dövrlər müəyyən həbslərlə bağlı ABŞ səfirliyinin və Amerikanın dəstəklədiyi QHT-lərin hesabatları, açıqlamaları münasibətləri daha da gərginləşdirir. Son il yarımda birbaşa ABŞ Dövlət Departamenti tərəfindən verilən təlimatlar əsasında Azərbaycana qarşı sifarişli hesabatlar hazırlanır. Bu da münasibətlərə təsir edən amillərdir. Bununla bağlı Azərbaycan Prezidenti də açıq mətnlə öz fikirlərini ifadə eləyib. ABŞ və Azərbaycan arasında münasibətləri gərginləşdirən əsas amil Amerikanın beynəlxalq hüquqa əhəmiyyət vermədən işğalçı Ermənistanı müdafiə etməsi, onun işğalçılığına uzun müddət haqq qazandırması və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra da ABŞ-ın bu reallığı qəbul etməməsidir".

Politoloq qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətlərində hazırkı gərginliyin Bayden administrasiyasından sonrakı dövrdə davam edib-etməyəcəyi barədə dəqiq fikir söyləmək hələ tez olsa da qarşıdakı dövrdə də Azərbaycana müəyyən təzyiqlər etməyə çalışacaqlar: “Bayden administrasiyasının ən ermənipərəst administrasiya olmasını nəzərə almaqla bərabər Amerikanın dünya hegemonluğu iddiasını sürdürmək üçün siyasətini davam etdirəcəyini də unutmaq olmaz. Demokratiya, söz azadlığı kimi ümumbəşəri dəyərlərdən sui-istifadə etməklə ölkələrə təzyiq göstərməyə çalışacaqlar. Gələcək administrasiyanın da fəaliyyətində bunu zaman-zaman görəcəyik”.

Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, yaranmış vəziyyət təəssüf doğuran haldır. Amerikanın Bakıdakı səfirliyinin atdığı müəyyən addımların Azərbaycanla yaratdığı gərginlik üzərində düşünülməli mənzərədir. Bu addımlar, hər halda, Bayden administrasiyasını təmsil edən səfirlik tərəfindən atılsa da, bütünlüklə Birləşmiş Ştatların aktivinə yazılan hadisədir: “Sözsüz ki, bu, Azərbaycanla münasibətləri onsuz da yaxşı olmadığı bir mərhələdə daha da gərginləşdirir. Ehtimal etmək olar ki, Bayden administrasiyası gedən ərəfədə Bakıda Donald Tramp administrasiyası üçün pis və ağır miras qoyub getmək fikrindədir. Hər halda, əgər Bayden administrasiyasının son həftələrində belə bir gərginlik yaradan addımlar atılırsa, bunun başqa adı yoxdur. Bakı ilə münasibətlərdə Trampa ağır və aradan qaldırılması o qədər asan olmayacaq miras qoyub getmək cəhdi ortadadır. Bu addım Azərbaycanın daxili işlərinə qarışacaq bir addım kimi yozulduğu üçün onun aradan qaldırılması da o qədər asan olmaya bilər. Ancaq Tramp administrasiyası dövründə vəziyyətin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. İstisna etmirəm ki, Bayden administrasiyası münasibətləri belə gərginləşdirici addımlar atmaqla Tramp üçün geri dönüşü çətin olan bir vəziyyət yaratmağı da düşünə bilər. Necə ki Ukraynada vəziyyəti daha da ağırlaşdırmaqla, Ukraynaya yardımları artırmaqla Tramp administrasiyasını Ukrayna məsələsində geri dönüşü çətin olan bir tunelə soxmağa çalışırlar, eynnilə də Bakı ilə münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq bir vəziyyət yaratmaq istəyirlər. Ancaq Trampın qətiyyətli addımlar atmaq cürətində olan siyasətçi olduğunu bildiyimiz üçün vəziyyəti dəyişmək üçün gərəkən addımları atacağını da istisna etmirəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Bu gün, 19:32
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 19:09
Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Bu gün, 19:00
4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Bu gün, 18:58
Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16
Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20
Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16
Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00
Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58
Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11
Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru