Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub-olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.
Manset.az məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Manset.az-ın sorğusuna cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah bütün tədris müəssisələrində dərs olacaq.