434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı .....                     Yeni il ərəfəsində quş əti bahalaşıb? .....                     Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib .....                     Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR .....                     “Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı .....                     Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? .....                     Bakıda nə planlaşdırılır? .....                     Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır .....                     Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar .....                     "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." .....                     Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... .....                     Son qərar üçün AZ VAXT QALDI .....                     Dünyanın bölüşdürülməsində biz də varıq! .....                     Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU .....                     COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... .....                     AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... .....                     “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə .....                     "Aqronom küskün həyat tərzi yaşayır..." .....                     “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” .....                     Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                 

İnsanları "Outlet qaraj"da belə aldadırlar: növbəti endirim fırıldağı - Dələduzluğun mövsümüdür...
Tarix: 1-11-2024, 17:20 | Çap et
İnsanları "Outlet qaraj"da belə aldadırlar: növbəti endirim fırıldağı
Bir neçə gündür ki, sosial şəbəkələrdə “outlet” endirimlərilə bağlı müzakirələr səngimək bilmir. Söhbət “Park Bulvar”da keçirilən ənənəvi “outlet” qaraj günlərindən gedir. Sosial media istifadəçiləri qeyd edirlər ki, endirim adı ilə malların əksəriyyəti baha qiymətə satılır.

Yeri gəlmişkən, hər mövsümün sonunda burada malların 80-90 faiz endirimlə satışa çıxarıldığı qeyd edilir. “Park Bulvar”ın elanında yazılıb ki, 60-dan çox brendin iştirak etdiyi kampaniyadan yararlananlar hər mövsümə uyğun məhsulları əldə edə bilirlər.

Narazılıqların hər hansı əsası varmı? Paltarların 80-90 faiz endirimlə satıldığı realdırmı?

Musavat.com-un əməkdaşı olaraq həmin məkana üz tutub suallarımıza cavab tapmağa çalışdıq.

İlk olaraq deyim ki, ticarət mərkəzinin qarajında təşkil olunan endirim kampaniyasına xeyli adam toplaşmışdı. Məkanın çox böyük olmasına rəğmən havasızlıqdan adamın nəfəsi kəsilirdi. İçəri daxil olan digərləri kimi bizim də üzümüzdə ümid var idi ki, endirimlərdən yararlana biləcəyik. Amma geri dönənlərin simasındakı yorğunluq və məyusluq hissini gördükdə “tələsməmək əfsəldir”, deyib keçdik.

Qeyd edək ki, burada kişi, qadın, uşaq paltarları satılan müxtəlif brend markalara rast gəlmək olur. İnsanların daha çox toplaşdığı mağazalara daxil olub, brend məhsulların qiymətləri ilə maraqlanırıq. 70 faiz endirimlə satışa qoyulan malların əksəriyyətinin baha olduğunu görürük. Endirimdə olan mallar isə ya yararsız vəziyyətdə olur, ya da ən böyük (kiçik) ölçüdə olanlar olur. Elə “Süvari”nin kostyumları və köynəkləri ilə bağlı alıcıların gileylənməsi də nəzərimizdən yayınmır. “Bu kostyumu 130 manata qoyublar, guya 350 manatdan endirimə düşüb. Fikir ver, bunları alan yoxdur, çünki ancaq ən böyük ölçüləri qalıb. Keçən il də endirimdə buradan köynək almışdım, tez sıradan çıxdı”, -deyə alıcılardan biri bildirdi.

Digər alıcı da qiymətlərlə maraqlandığımızı görüb dilə gəldi: “Bayaq gödəkçəyə baxdım, 250 manata idi. Adi firmadır, heç adı da yadımda qalmadı. Bunun harası endirim oldu. Adi qısaqol köynəklər 50 manatdan başlayır. Çıxın yuxarı, endirim olmayan yerə, eyni qiymətlərdir, cüzi fərq var”, -deyə qadın alıcı bildirdi.

Qadın və uşaqlar üçün paltarlar satılan “Penti” mağazasında da eyni vəziyyətlə üzləşirik. Endirim elan olunmayanda bu mağazadan daha münasib qiymətə nə isə tapmaq olar, nəinki, indiki “endirim” qiymətləri ilə.

Uşaq mağazalarında da qiymətlər od tutub yanırdı. Misal üçün, gödəkçələrin qiyməti 100-110 manat arasında dəyişir. “Buradan belə baha alınca, gedib trendyoldan sifariş verərəm, bu nədir, adi bir yağış üçün gödəkçə də bu qiymətə olar!?”,- deyə övladı ilə gələn valideyn qeyd edir.

Qeyd edək ki, burada ucuz qiymətə olan məhsullar da tapmaq olur, amma onlar da əsasən Çin məhsulları idi.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə alıcıların haqqı var ki, malın endirimə qədərki sənədinə baxsın: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Sadəcə olaraq malın üstünə endirim kağızı yapışdırılmaq istehlakçılar aldadılır. Mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsi daha çox saxta xarakter daşıyır. İstehlakçılar mağazalardakı süni endirmlərə inanır, alış-veriş edirlər. Daha sonra aydın olur ki, endirim həmin mala aid deyil. İstehlakçının tələbatını ödəməyən mal olduqda onu 14 gün ərzində geri qaytara bilər. Lakin mağazadan bildirilir ki, endirimdə satılan mal geri qaytarılmır. Belə olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərlərsə mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir. Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə, satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur".

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
434 deputatın Bakıya sanksiya tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 10:13
Yeni il ərəfəsində quş əti bahalaşıb? - AÇIQLAMA
Bu gün, 10:04
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib - FAKT BUDUR!
Bu gün, 10:02
Anasına baxdığına görə qonşusunu və onun dayısını bıçaqlayan şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:58
“Kontakt Home” müştəriyə yenə xarab məhsul satdı - ETİRAZ VAR...
Bu gün, 09:57
Rusiya qapısı azərbaycanlıların üzünə bağlanır? - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32
Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30
"Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29
Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25
Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23
Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22
Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20
COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru