Molbulak BOKT vətəndaşa necə problem yaradır... - ŞİKAYƏT VAR
Tarix: 29-12-2016, 09:11 | Çap et
RegionXəbərləri.com-a Bərdə rayonu Təbriz küç.ev 4 ünvanında qeydiyyatda olan hazırda Bərdə rayonu Ruhulla Axundov küçəsində yaşayan Quliyev Rəfail Qəzənfər oğlu tərəfindən müraciət daxil olub. Narazı vətəndaş mətbuat vasitəsi ilə prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Ədliyyə Naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov və Ali Məhkəmənin hakimi Ələsgər Əliyevə müraciət ünvanlayır.Həmin müraciəti olduğu kimi dərc edirik;
“Möhtərəm Prezident mən Quliyev Rəfail Qəzənfər oğlu, 23 iyul 1967-cı ildə Bərdə şəhərində anadan olmuşam.Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1982-ci ildə Bakı Rabitə Elektro texnikomuna daxil olmuşam. 1986-cı ildə texnikomu əla qiymətlərlə bitirdikdən sonra Umummilli Liderimiz Heydər Əliyevin təhsilə verdiyi önəm və tövsiyyələrin nəticəsi olaraq, Ukraynanın Xarkov şəhərində Politexnik inistitutunda təhsilimi davam etdirmişəm. 1987-1989-cu illərdə,Ukraynanın Çerkassı şəhərində hərbi xitmətdə olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra, ailə vəziyyətimin ağır olması ilə əlaqədar axşam şöbəsində təhsilimi davam etdirmişəm. Əmək fəaliyyətinədə tələbə olduğum vaxtlarda başlamışam. Molbulak BOKT MMC-də əmək fəaliyyətinə 01.02.2012-ci ildə kredit meneceri kimi başlamış və 30.03.2012-ci ildən isə Bərdə filialında filial müdiri kimi fəaliyyətimi davam etdirmişəm. İşlədiyim dövrlərdə Molbulak BOKT MMC-də ən bacarıqlı filial müdirlərindən olmuşam və bunun nəticəsi olaraq işlədiyim müddətdə təşkilatın direktoru tərəfindən ən yüksək idarəetmə bacarığına görə dəfələrlə tərifnamə və hədiyyələrlə təltif olunmuşam.
2014-cü ilin dekabr ayından mənim səhhətimdə problemlər yaranmağa başladı. Buna görədə insan resursları şöbəsinə əmək məzuniyyətinə çıxmağımla bağlı ərizə ilə müraciət etdim. Onlar mənə 28 günlük əsas məzuniyyət versələrdə, ilin yekunu olduğunu bəhanə edərək, mənim işdə qalmağımı məcbur etdilər. Gərgin iş rejiminin nəticəsi olaraq Molbulak BOKT MMC-də 2014-cü ilin nəticələrinə görə Bərdə filialı ən öndə olub. 2015-ci ilin yanvar ayında direktordan xahiş edəndə ki, mənim məzuniyyətdə ola-ola işlədiyim günlərin kompensasiyasını verin, o mənə bildirdi ki narahat olma tapşırmışam ödəniləcək.Çox təssüf ki, həmin pulu bu vaxta qədər ala bilməmişəm. Əslində o pulun mənə vaxdında ödənilməməsi və məzuniyyətdə olanda gərgin gündəlik iş rejimi mənim sağlamlığıma ciddi ziyan vurub(maddə 195),(sənədlər və subutlar var). 2015 ilin yanvar ayında Bərdə filialında baş daxili auditor Səbuhi Kərimov yoxlamada olub. Həmin audit yoxlamasından sonra Molbulak BOKT MMC-nin direktoru Eldar Cəfərov, məni Bakıya dəvət etdi və Bərdə filialı ilə yanaşı Tərtər filialınında idarə olunmasını mənə həvalə etdi(əmr var).Məgər bu mənim tərəfimdən yüksək idarəetmənin nəticəsi deyil.
Aprel ayından mənim səhhətim dahada pisləşdi. Mən artıq 18.04.2015-ci il tarixdə Bakı şəhərinə gəldim və müayinədən keçdim. Həkim mənə canlı meyit diaqnozu qoydu və bildirdi ki, mən mütləq dincəlməli və müalicə olunmalıyam.(sənədlər var) Həkimlərin rəyindən sonra mən may ayında yenidən əmək məzuniyyətinə çıxmağımla bağlı ərizə ilə müraciət etdim, ancaq təssüflər olsun ki, mənim bu ərizəmdə cavabsız qaldı. Mən artıq səhhətimin dahada pisləşməsini nəzərə alaraq iyun ayının birində Bərdə şəhər poliklinikasına müraciət etdim və əvvəlcə ambulator şəraitdə, sonra isə xəstəxana şəraitində müalicə olundum. Müalicədə olduğum müddətdə Molbulak BOKT MMC-nin hüquq şöbəsinin müdiri Azər Əşrəfov mənimlə dəfələrlə çay evində görüşərək işçilərlə əraziyə çıxmağı əmr edirdi. Mən ona dəfələrlə gündəlik sistemlərim var,havalarda isti keçir əraziyə çıxa bilmirəm,özümü pis hiss edirəm dedikdə o məni ” statya” ilə cıxaracağını hədələyirdi. Onun təkidi ilə bülletendə olduğum müddətdə dəfələrlə isti yay aylarında ərazilərdə olmuşam.Bu da xəstəliyimin dahada dərinləşməsinə səbəb olub. Molbulak BOKT MMC -də filial müdiri işlədiyim müddətdə ən yüksək faizlərlə kreditlər vermişik və bu kreditlərin vaxtında geri qaytarılmasını təmin etmişəm.işlədiyim müddətdə təşkilat üçün 1 000 000 manata yaxın gəlir vermişəm.
Möhtərəm Prezident mənim 49 yaşım, 2 azyaşlı övladım, 23 illik əmək fəaliyyətim, himayəmdə xəstə anam var. Ancaq, mən xəstəlik bülletenində ola-ola heç bir əsas olmadan, hər hansı bir intizam tənbehi vermədən, iclaslar etmədən, sadəcə “vəzifə səlahiyyətlərini lazımı qaydada yerinə yetirmədiyimə görə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğum fəzifədən azad ediblər. Qeyd edim ki, mən heç bir təhvil təslim aktı imzalamadan, filialı, kredit qovluqlarını, təhvil vermədən, əmri təqdim etmədən işdən qərəzli şəkildə azad olunmuşam.
Mənim 23 illik əmək fəaliyyətimi ləkəyərək məni işsiz qoyduqları üçün 2016-cı ilin aprel ayında Yasamal rayon məhkəməsinə muraciət etdim. Bunlar nə Yasamal rayon məhkəməsində nə də Bakı Apellyasiya Məhkəməsində mənə hansı vəzifə təlimatı üzrə səlahiyyətlərimi lazımı qaydada yerinə yetirə bilməməyimi subut edə bilməyiblər. Yasamal Yayon Məhkəməsinin hakimi Zəfər Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclası 2(004)-4576/2016 13 iyun 2016-cı il tarixli qərarı ilə mənim iddiamı təmin etdi, Molbulak BOKT MMC-nin qarşılıqlı iddiasını isə rədd etdi. Bundan narazı qalan Molbulak BOKT MMC Bakı Apellyasiyası Məhkəməsinə müraciət etdi. Bakı Apellyasiyası Məhkəməsinin hakimi Azad İmanovun sədrliyi ilə keçirilən məhkəmə kollegiyası, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 13 iyun 2016- cı il tarixli qətnaməsini, 19 sentyabr 2016- cı il tarixdə 2(103)-7434/2016 nömrəli qətnamə ilə qüvvədə saxladı.Bakı Apellyasya Məhkəməsində Molbulak BOKT MMC-nin nümayəndəsi Nadir Ağamedov hakimin sualına cavab olaraq bildirmişdir ki, Quliyev Rəfail Qəzənfər oğlu qeyri qanunu olaraq işdən azad olunmuşdur və biz ona təklif edirik ki, qanunsuz olaraq ona verilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.”Ç” bəndinə xitam verilməsinə dair əmrdə dəyişiklik etməklə onun işdən edilməsini 68-ci maddənin “a ” bəndinə əsasən xitam verilsin.Eyni zamanda təşkilat tərəfindən ona ödənilməli olan pulun 70 faizindən Rəfail Quliyevdə imtina etsin,yerdə qalan kompensasiyanin hissəsini yəni 30 faizini ona ödəməyə hazırıq.
Molbulak BOKT MMC Apellyasiya Məhkəməsində öz haqsızlıqlarını açıq şəkildə etiraf etmələrinə baxmayaraq, onlar yenidən əsassız olaraq, Bakı Apellyasiya Məhkəəsinin və Yasamal Rayon Məhkəməsinin qətnamələrindən narazı olaraq,Ali Məhkəməyə kassasiya şikayəti veriblər. möhtərəm Prezident mən artıq Molbulak BOKT MMC-nin rəhbərliyinin mənə qarşı etdikləri qanunsuz hərəkətlərinə görə onyeddi aydır ki, işsizəm. 15 sentyabrda dərslər başlamasına baxmayaraq əla qiymətlərlə oxuyan iki azyaşlı övladlarımın dərs ləvazimatları və geyimlə hələdə mən onları təmin edə bilməmişəm .Mən artıq ailəmin və uşaqlarımın suallarına cavab tapa bilmirəm Möhtərəm Prezident, Molbulak BOKT MMC məhkəmə proseslərində mənə qarşı haqsızlıq etdiklərini açıq şəkildə etiraf etsələrdə,bu gün məni Ali Məhkəməyə verib bizim təklifimizi qəbul etməyənə kimi məni illərlə məhkəmələrdə süründürəcəkləri ilə hədələyirlər. Mən ölkəmizin digər vətəndaşları kimi sizə çox güvənirəm. İnanıram ki,mənim hüquqlarımı müdafiə etmək üçün arzu etdiyim köməkliyi mənə göstərəcəksiniz! Əminəm ki, Siz bu ölkənin başında durduqca heç kəs Azərbaycan vətəndaşının hüquqlarını tapdaya bilməyəcək. Artıq dərəcədə xahiş edirəm mənə kömək edəsiniz.Edəcəyiniz köməkliyə görə əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm,”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|