Əsas Səhifə > Güney Press > Paşinyan Amerikanın agenti olub
Paşinyan Amerikanın agenti olubDünən, 16:59 |
|
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan qalmaqallı video yayımlayıb. Karapetyan videoda ABŞ xüsusi xidmət orqanlarının hələ 1999-cu ildə Nikol Paşinyanı necə əməkdaşlığa cəlb etdiyi barədə danışıb. O, iddiasını əlində olan yazılı sübutlarla əsaslandıra biləcəyini qeyd edib. “Əgər kimsə bir neçə dövlət tərəfindən təsir agenti hesab edilən şəxsin kim olduğunu bilmək istəyirsə, deyim ki, bu, ölkəmizin lideridir”, - deyə Arşak Karapetyan bildirib. Arşak Karapetyan 14 avqust 2020-ci ildə baş nazir Nikol Paşinyana müharibənin yaxınlaşdığı barədə xəbərdarlıq etdiyini söyləyib. Eks-nazirin sözlərinə görə, N.Paşinyan 1999-cu ildə qəzet redaktoru olduğu dövrdə ABŞ-ın kəşfiyyat agentliyi tərəfindən əməkdaşlığa cəlb edilib. Geri qayıt |