Əsas Səhifə > Güney Press > “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...”
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...”Bu gün, 17:46 |
Dünən bir neçə nəfər ərəb mənşəli turistin Şəhidlər Xiyabanında qəbirlərə qarşı təhqiramiz hərəkətləri ölkə gündəmini çalxalandırdı. Yenicag.az xəbər verir ki, həmin şəxslər saxlanılaraq barələrində 3 ay həbs-qətimkan tədbiri seçildi. Həmin görüntülərdə ərəb turistlər tərəfindən təhqiramiz hərəkətlər edilən şəhid Hüseynov İlham Bəhrəm oğlunun qardaşı Hüseynov Ruhlan Bəhrəm oğlu saytımıza danışıb. Qeyd edək ki, Hüseynov İlham Bəhrəm oğlu 1973-cü il dekabrın 9-da Gəncədə anadan olmuşdur. O, Gəncə şəhərinin hərbi hissəsinin əsgəri olub və o ailə vəziyyətinə görə döyüş bölgəsinə getməyə icazə verilməsə də, İlham özü könüllü olaraq komandirindən onu döyüşə göndərməsini xahiş edib. İlham könüllü olaraq müharibədə iştirak edərək vuruşub və öz döyüş yoldaşları mühasirədə olarkən onların azad olunmasında böyük səy göstərərək mühasirədən çıxarıb, geri qayıdarkən şəhid olub. O vaxt onu dəfn edəndə Daxili İşlər Nazirliyi, icra hakimiyyəti şəhidi Gəncədə dəfn etməyə imkan verməyərək onu Şəhidlər Xiyabanında dəfn edib. Şəhidin qardaşı hadisə barədə “Yeni Çağ”a danışıb:
Şəhid qardaşı həmçinin həmin şəxsləri hadisə yerində müşahidə edən turizm şirkətinə də etirazını bildirib və həmin şirkəti məhkəməyə verəcəyini qeyd edib:
Geri qayıt |