Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakı və İrəvan sülh masasına qayıdır:
Əsas Səhifə > Güney Press > Bakı və İrəvan sülh masasına qayıdır:

Bakı və İrəvan sülh masasına qayıdır:


Bu gün, 12:17
Bakı və İrəvan sülh masasına qayıdır:
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində əldə edilən razılaşmadan sonra bu müstəvidə fəallıq bir qədər azalıb. Prosesin düyünlənməsinə səbəb nədir?

- Əvvəl iki tərəf arasında həll edilməmiş məsələlər çox olduğuna görə mümkün dinamika da bununla bağlı idi. Beləliklə, həmin məsələləri razılaşdırmaq lazım gəlirdi. 17 bəndlik sülh razılaşmasının ərsəyə gəlməsi, formalaşması isə uzun-uzadı aparılan danışıqların nəticəsində mümkün olub. Martın 13-də sülh mətni və dövlətlərarası münasibətlərin normallaşdırılmasına dair sənədin razılaşdırıldığı açıqlandı. Bu mətn üzərində Azərbaycanla Ermənistan arasında üst-üstə düşməyən mövqelərlə bağlı hər hansı bir məqam yoxdur. Belə olan təqdirdə isə fundamental sülh üçün ilkin tələblər də öz həllini tapmalıdır. Çünki sülh mətni üzərindəki razılaşmadan öncə də Azərbaycanın tələbi ondan ibarət idi ki, sülh prosesi dolğun olmalıdır və natamam olmamalıdır.

- Azərbaycanın tam sülh dediyi anlayışa nələr daxildir?

- Natamamlıq gələcəkdə tərəflər arasında yenidən münaqişəyə və müharibəyə gətirib çıxara bilər. Buna qarşı olan tələblər də məlumdur. Bu ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması ilə bağlıdır. Rəsmi İrəvan isə yeni konstitusiya qəbulunu 2026-cı ildə ölkədə keçiriləcək parlament seçkilərindən sonraya saxlayıb. Bunu baş nazir Nikol Paşinyan əlində bir rıçaq kimi daxili və xarici siyasətdə istifadə etməkdədir. Eyni zamanda o Minsk Qrupu ilə bağlı məsələni də sülh razılaşması ilə birlikdə həll etmək istəyir. Amma sülh mətninin imzalanması üçün Ermənistan konstitusiyasında da dəyişiklik edilməlidir. Bu artıq bir qədər vaxt aparan bir prosesdir. Buna rəğmən tərəflərin sülh razılaşmasının paraflanmış variantını da imzalaması istisna edilmir. Yaxın aylarda bunun baş verməsi mümkündür.

- Sülhə bağlı tələsməyə ehtiyac varmı? Regiona kənar güclərin artan marağı fonunda bu nə dərəcədə əhəmiyyətlidir?

- Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Çünki Cənubi Qafqaz ətrafında ciddi geosiyasi proseslər gedir. Ermənistan xarici siyasət vektorunda dəyişiklik edib, yenidən köhnəyə qayıtması istisna edilmir. Eyni zamanda son 5 ildə bir-birinə qarşı mübarizə aparan üç ölkə yəni, ABŞ, Rusiya və Fransanın Cənubi Qafqaz məsələsində fikirləri üst-üstə düşər bilər. Belə olan halda yararsız olan Minsk Qrupunun yenidən dirçəldilməsi istiqamətində addımlar ata bilərlər. Ona görə də Azərbaycan Ermənistandan Minsk Qrupu ilə bağlı özünü adekvat aparmasını istəyir.

- Qarşıdakı dövrdə sülh üçün hansı çətinliklər yarana bilər?

- Hər bir halda indiki əlverişli məqamda Ermənistanın irəliyə doğru addım atmaması bundan sonrakı proseslərdə sülh müqaviləsinin imzalanmasına böyük çətinliklər yarada bilər. Xarici və Ermənistan daxilindəki dairələr, erməni diasporası və kilsəsi bu məsələlərə maneə olacaqlar. Ən azı BMT Təhlükəsizlik Şurasının bir neçə üzvü və iki qonşumuzun bu mövzuda taktikasını dəyişdirməsi də ehtimal edilir. Bu baxımdan da Paşinyan sülh məsələsində tələsməsə regionu böyük risklər gözləyir.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) sonra rəsmi İrəvan Avropa İttifaqının “missiya”sına güvənirdi. Təbii ki, “missiya” onlara müdafiə qabiliyyəti vermir. Nəticədə Ermənistan üçün təhlükəsizlik çətiri Azərbaycanla imzalanacaq sülh müqaviləsi ola bilər. Sizcə, erməni tərəfi bu reallığı dərk edəcəkmi?

- Ermənistanın təhlükəsizliyi Azərbaycanla və Türkiyə ilə münasibətlərdən asılıdır. Nəhayət, onun suveren bir dövlət olması üçün Bakı və Ankara qarşısında çağırışları həll etməsi önəmlidir. Sözsüz ki, Aİ-nın “missiya”sı onlara müəyyən qədər köməklik etdi. Bunu inkar etmək olmaz. “Missiya”, həmçinin vəziyyətin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə başa çatmasına da imkan vermədi. Faktiki olaraq onlar sülh prosesinə mümkün qədər maneə oldular. Reallıqda isə bu gün Rusiyanın özü belə KTMT ilə bağlı fərqli yanaşmalar sərgiləyir. Kreml düşünür ki, onun Cənubi Qafqazda təsir imkanları yenidən genişlənə bilər. Bu mənada KTMT və Aİ-nin “missiyası” Ermənistanı Paşinyanın bəyan etdiyi yeni dövlət və yeni ideya çağırışları qarşısında xilas edə bilməzlər. Paşinyanın elan etdiyi real Ermənistan üçün Azərbaycan və Türkiyə ilə yeni istiqamətlərdə münasibətlərin qurulması vacibdir.

Geri qayıt