Ceyhun Cəfərovun cəza müddəti bitdi: Azadlığa çıxdı .....                     Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. .....                     "Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər" .....                     Səidədən QINAQ ATƏŞİ .....                     Daha bir şirkət ləğv edildi .....                     "Bəs ayrılan bu 2 milyon hara gedir?" .....                     "Sputnik Armeniya"nın redaktoru müəmmalı şəkildə ölüb .....                     `MİSLİ`dən MİSLİ-BƏRABƏRİ olmayan OĞURLUQ... .....                     “İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub .....                     “Qara-Qum Holding”in 600 min manata yaxın .....                     Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı .....                     “Ata, Rafiqi deşik-deşik elədim” .....                     Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... .....                     USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb .....                     "Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." .....                     Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər .....                     Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! .....                     "23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" .....                     "Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" .....                     «Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» .....                     Zəngəzur üçün YENİ MODEL .....                     QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                     Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi .....                     Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... .....                     Çoxnövbəli iş rejiminə görə əmək haqqı... .....                     Xocalı şəhidlərinin qanı yerdə qalmadı .....                     Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... .....                     Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                     Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” .....                     ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                 

Sənədsiz evlər, sahibsiz itlər... – Deputatların təklifləri var
Tarix: 14-02-2025, 15:19 | Çap et
Sənədsiz evlər, sahibsiz itlər...
Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. Parlament sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.

İclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” (2024-cü il üzrə) müzakirə olunub. Hesabatda bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, əsas problemlər arasında saxta sənədlərin hazırlanması və qanunsuz torpaq satışları, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, torpaqların qanunsuz istifadəsi və idarə edilməməsi, bələdiyyə gəlirlərinin düzgün uçota alınmaması və vergilərin toplanmasında nöqsanlar qeydə alınıb.

51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb

Korrupsiya ilə mübarizə çərçivəsində aşkarlanmış qanun pozuntuları ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Qeyd edilib ki, 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb.

İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 9686 ha torpaq sahəsinin icarəyə, 34 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib. Nəticədə 3376 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt (2023-cü il ərzində 5585) icra məmurları tərəfindən icraata qəbul olunmuş və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın (2023-cü il ərzində 7523) icrası təmin edilib.

Millət vəkili: “Həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”

Müzakirə zamanı deputat Kamran Bayramov deyib ki, Bakıda yarım milyon sənədsiz ev var: “Bunun bir sıra obyektiv səbəbləri var. Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Bu da bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir. Hesab edirəm ki, bu, ciddi rəqəmdir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün bu sərfəli olacaq”.

“Eləcə də ev sahibləri də fayda götürəcəklər. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alqı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”, - deyə vurğulanıb.

Deputatdan suallar: “O itlərlə bağlı bir tədbirlər görürlərmi?”

“Bələdiyyələrlə bağlı biz, bu auditoriyada çox danışmışıq, onların səlahiyyətlərinin az olmasından gileylənmişik. Hesab edirəm ki, məruzədə çatışmayan konkretlikdir. Məsələn, məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardımlar göstərilib. Maraqlıdır, neçə nəfərə yardım göstərilib, neçə şəhid ailəsinə kömək edilib. Yaxud da, hansı məbləğdə kömək edilib? Məsələn, neçə binanın qarşısında abadlıq işləri aparılıb, neçə kilometr yol təmir olunub? Bu barədə məlumatlar yoxdur”. Bu sözləri isə deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili suallarına davam edib: “Toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əməkhaqqına gedib, nə qədəri digər işlərə sərf olunur? Sonuncu dəfə seçicilərimlə görüşəndə onlar əvəllər olduğu kimi gileylənirdilər ki, məsələn, Xətai rayonunda, şəhərin kənarında axşamlar öz evlərinə getməyə qorxurlar, küçələr küçə itləri ilə doludur. Məsələn, bələdiyyələr bu istiqamətdə hansı işləri görürlər? O itlərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı bir tədbirlər görürlərmi?”.

“Şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur...”

“Bizə şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur, çökəklər var, abadlığa böyük ehtiyac duyulur, uşaqların oynaması üçün yer yoxdur. Burada qeyd edildi ki, tövsiyədə bələdiyyə müəssisələri yaradılması tövsiyə olunub. Yaxşı, bu tövsiyə nəticəsində neçə bələdiyyə müəssisəsi yaradılıb? Orada nə qədər insan işlə təmin olunub? Məruzədə bu barədə heç bir məlumat yoxdur”, - deyə Həsənquliyev vurğulayıb.

Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan ümumiləşdirmə aparmalıdır: “Yoxsa neçə sərəncam ləğv elədik, neçə şəxsin torpağını özünə qaytardıq kimi addımlar yetərli olmamalıdır və təkliflər verilməlidir. Biz bilirik ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev cənab Prezident tərəfindən yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə də rəhbərlik edir. Bu təkliflərini verə bilər".

“O zaman maliyyə naziri olan hörmətli Samir müəllim təklifimi əsaslı hesab etmişdi...”

Deputat Razi Nurullayev isə qeyd edib ki, bələdiyyələrə yeni bir yanaşma lazımdır: “İlk addım kimi onların birləşdirilmısi müsbət addım oldu. Buna baxmayaraq, mövcud fəaliyyətləri, subvensiyaları, yardımları və ənənəvi təlimləri nə qədər artırsaq da, ciddi nəticələr əldə etmək çətin olacaq. Buna görə də, konkret əməl, konkret fəaliyyət və konkret yanaşmalar önəmlidir. İndi deyəcəyim təklifi büdcə müzakirələri zamanı komitə iclaslarında qaldırmışdım. O zaman maliyyə naziri olan hörmətli Samir müəllim (Samir Şərifov) təklifimi əsaslı hesab edib, aidiyyəti üzrə müzakirə olunacağını bildirmişdi. Təklifim bələdiyyələrlə biznes strukturlarının, sahibkarların işgüzar münasibətləri qurulsun və verilən subvensiyaların da konkret davamlı müştərək layihələrə yönəldilməsin. Bu yanaşma ilə bələdiyyə özü vəsait qazanaraq yerli inkişafa töhfə verə bilər”.

“Düşünürəm ki, bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir. Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır”, - deyə Nurullayev əlavə edib.

“Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər”

Millət vəkilinin sözlərinə görə, bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsi vacibdir: “Nəticədə, hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq. Növbəti mərhələdə bələdiyyələrlə iş adamları arasında görüşlərin təşkil olunması konkret layihələrin həyata keçirilməsi ilə nəticələnəcək. Bələdiyyələr pulsuz torpaq ayıra və digər resurslarını təqdim edə bilərlər. Dövlət isə hər bələdiyyəyə müştərək işlənəcək layihəyə subvensiya şəklində maliyyə ayırsın. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər”.

“Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Hər iki tərəf bu əməkdaşlıqdan uduşlu şəkildə çıxacaq. Dövlətin verdiyi subvensiya isə konkret davamlı və gəlirli sahələrə yönəldiləcək. Bu təklif ilə bələdiyyələr nəhayət ki, özləri vəsait qazanmağa və bələdiyyə ərazilərini inkişaf etdirməyə başlayacaqlar. Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir. Mən təklifimin ciddi şəkildə dəyərləndirilməsini istəyirəm", - deyə deputat vurğulayıb.

Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib. Bundan sonra millət vəkilləri gündəlikcə olan digər qanunların müzakirəsinə başlayıblar.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Cəfərovun cəza müddəti bitdi: Azadlığa çıxdı - ONUNLA BƏRABƏR...
Bu gün, 11:38
Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. - KİMLƏR ALIR?
Bu gün, 11:34
"Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər" - Rəşad Məcid
Bu gün, 11:29
Səidədən QINAQ ATƏŞİ - “Əvvəllər abır-həya var idi, amma indi...”
Bu gün, 11:22
Daha bir şirkət ləğv edildi
Bu gün, 11:20
"Bəs ayrılan bu 2 milyon hara gedir?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
"Sputnik Armeniya"nın redaktoru müəmmalı şəkildə ölüb
Bu gün, 11:06
`MİSLİ`dən MİSLİ-BƏRABƏRİ olmayan OĞURLUQ... - ETİRAZ
Bu gün, 11:02
“İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub
Bu gün, 10:52
“Qara-Qum Holding”in 600 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 10:49
Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı - GƏLİŞMƏ
Bu gün, 10:45
“Ata, Rafiqi deşik-deşik elədim” - Qız atasını öldürən ərini niyə bağışladı?
Bu gün, 10:13
Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... - AXI NİYƏ?..
Bu gün, 10:02
USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb - ARAŞDIRMA
Bu gün, 09:54
"Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." - deputat
Bu gün, 09:53
Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər - TƏFƏRRÜAT
Bu gün, 09:45
Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! - AXI NİYƏ?..
Bu gün, 09:40
"23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" - Di gedin, qeyd edin... XAİNLƏR!
Bu gün, 09:22
"Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" - Tənzilə Rüstəmxanlı
Bu gün, 09:18
«Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» - MÜRACİƏT
Bu gün, 09:16
Zəngəzur üçün YENİ MODEL - Nələr var?
Bu gün, 09:12
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru