Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                 

AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Tarix: Bu gün, 11:11 | Çap et
AŞPA özünü dərin böhrana sürükləyir
Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb edilib. Hakim "Gürcü Arzusu" Partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

"İmedi" televiziyasının efirində Baş nazir İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının Gürcüstanla bağlı çıxardığı qətnaməyə münasibət bildirib: “Bu gün gördüyümüz belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında işləməyin mənası yoxdur - bizim qərarımız tamamilə alternativsiz idi". Onun sözlərinə görə, yalnız gürcü xalqına münasibət dəyişərsə, Gürcüstan Avropa Şurası Parlament Assambleyasına qayıdacaq: “Xanım Tea Tsulukianinin nümayəndə heyəti adından, komandamız adından elan etdiyi qərar çox mühüm idi. Təbii ki, bu qərar tamamilə alternativsiz idi, təbii ki, belə bir vəziyyətdə nümayəndə heyətimiz Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini davam etdirmək niyyətində ola bilməzdi. Əgər gürcü xalqına, ölkəmizə münasibət dəyişərsə, belə olan halda biz Avropa Şurası Parlament Assambleyasına qayıdacağıq". Baş nazir Gürcüstan hökuməti ilə bağlı qəbul edilən qətnaməyə də münasibət bildirib: "Bugünkü qərarın və ya qətnamənin ölkəmiz üçün heç bir mühüm mənası yoxdur, baxmayaraq ki, qətnamə bütün absurd fikirlərlə qəbul edilib".

Qeyd edək ki, Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 29-da qurumda fəaliyyətini dayandırdığını açıqlayıb. Nümayəndə heyəti bu addımı AŞPA-nın Tbilisini yeni parlament seçkilərinin keçirilməsinə və bir sıra digər şərtlər irəli sürən qətnamə qəbul etməsindən sonra atıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Sherg.az”a açıqlamasına görə, AŞPA özünü elə bir böhran quyusuna salıb ki, indi oradan çıxmaqda çətinlik çəkir. Bu böhranın təşəbbüskarı və yaradıcısı isə AŞPA-nı idarə edən qüvvələrdir:

“Gördüyünüz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərini itirməkdə davam edir. Xatırladım ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın nümayəndə heyəti də bu təşkilatdakı fəaliyyətini dayandırmışdı. Əslində, beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin hansı standartlarda olduğu hər zaman açıq görünüb. İkili standartların olduğu, beynəlxalq hüquqa sökənməyən qərarların müdafiə olunduğu bu cür təşkilatlar son zamanlar bütün imkanlarını təzyiq etmək üçün istifadə etməyə başlayıblar. Ondan başlayım ki, AŞPA-nın Azərbaycanla bağlı bəyanatı Azərbaycan məhkəmələrinə qarşı təzyiq formasıdır. Təqsirləndirilən ermənilərlə bağlı məhkəmə prosesi davam edir və onlar barəsində ədalətli qərarın çıxarılıb, layiq olduqları cəzaların verilmədiyi heç kəsdə şübhə doğurmur. Azərbaycan vətəndaşlarına qarşı müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılması ilə bağlı tələb haradan qaynaqlanır? AŞPA-dan belə bir qətnamənin qəbulu ilə bağlı tələb kimlər tərəfindən verilib. Dəfələrlə demişəm, yenə qeyd etmək istəyirəm ki, AŞPA da bir çox beynəlxalq təşkilatlar kimi artıq siyasiləşib. Avropa Şurası da digər beynəlxalq qurumlar kimi öz nüfuzunu itirməkdə davam edir və hətta artıq itirib. Avropa Şurası, əslində, siyasi təşkilat deyildi və dünyada insanların hüquq-azadlıqlarını, demokratiyanı, söz və mətbuat azadlığını qorumaq üçün yaradılmış bir təşkilat idi. Ancaq indi baxırıq ki, təşkilat siyasiləşib, hətta lobbiləşib. Lobbilərin təsir dairəsi altına düşmüş, korrupsiyalaşmış nümayəndələrdən təmsil olunmuş quruma çevrilib. Təbii ki, AŞPA-nın Azərbaycana qarşı mövqeyi, addımları qəbuledilməzdir. İkili standartlarla bərabər, artıq islamofobiya yox, Azərbaycanafobiyanın beynəlxalq təşkilatlarda ayaq tutub yeriməsinin bariz nümunəsidir. "Human Rights Watch”, “Freedom House” və bu kimi təşkilatların hamısı artıq siyasiləşiblər və onların hamısı bu gün Azərbaycanda məhkəməsi gedən müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılması üçün var gücləri ilə çalışırlar. Onları müdafiə edən qüvvələr isə nəyin bahasına olursa-olsun, hazırda məhkəməsi davam edən və hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılması üçün çalışırlar. Amma bir dəfə də olsun demirlər ki, bu şəxslər niyə Azərbaycan xalqına, dinc əhaliyə qarşı raketlərdən, qadağan olunmuş minalardan istifadə ediblər. Gecə insanların yatdığı vaxtda raket zərbələriylə binaları onların başına uçurdular. Bəs onda niyə danışmırdılar? Hesab edirəm ki, bu təşkilatlar siyasiləşib. Azərbaycana təzyiq forması kimi bu cür bəyanatlarla çıxış edirlər. Azərbaycan müstəqil və qüdrətli dövlətdir. Bu cür bəyanatlarla ölkəmizin gözünü qorxuda bilməyəcəklər. Təqsirləndirilən ermənilərlə bağlı məhkəmə açıq və ədalətli şəkildə keçirilir, məhkəməni yaxından izləmək istəyən hər kəs üçün şərait yaradılıb. Özləri belə törətdikləri cinayət əməllərini etiraf etməyə başlayıbsa, onların azadlığa buraxılması AŞPA üçün niyə bu qədər əhəmiyyət daşıyır. Əslində, biz bu sualın cavabını bilirik, yaxşı olar ki, AŞPA da bəyanatlarında bu qətnamələri kimlərin tapşırığı ilə qəbul etdiyini açıqlasın”.

Gürcüstanla bağlı qəbul edilən qətnaməyə gəldikdə isə hüquq müdafiəçisi bu qərarın da qərəzli və siyasi olduğunu deyib. Gürcüstanın daxili işlərinə müdaxilə edərək öz maraqlarına uyğun siyasi hakimiyyətin formalaşmasına çalışırlar:

“Gürcüstanda keçirilən seçkilərin nəticəsi istəklərinə uyğun olmadığı üçün Qərb bu cür təzyiqlərlə dövləti qəbul etdiyi qanunları geri oxumağa çağırır. Ölkənin daxili işlərinə misli görünməmiş müdaxiləyə, təzyiqlərə və hədələrə baxmayaraq, Gürcüstan suverenliyini və milli ləyaqətini qorumağı üstün tutdu. Avropa Şurasının ultimatumu qarşısında Gürcüstan nümayəndə heyətinin Parlament Assambleyasında (AŞPA) iştirakını dayandırması qərarı prinsipial bir mövqenin ifadəsi oldu”.

AŞPA-nın bu təzyiqlərlə Cənubi Qafqazdakı 3 dövlətdən ikisini itirdiyini vurğulayan Ç.Qənizadə deyib ki, Ermənistan hər mahnıya oynadığı üçün beynəlxalq təşkilatları Qərbə inteqrasiya etdiyinə inandıra bilib:

“Fikrimcə, indiki halda Azərbaycan və Gürcüstanın Avropa Şurasındakı fəaliyyətini dayandırması AŞPA üçün daha mənfi nəticələr yaradacaq, nəinki bu ölkələr. Azərbaycanla Gürcüstanın nümayişkaranə və prinsipial addımı Avropaya ciddi bir mesajdır. Brüssel postsovet məkanındakı ölkələrə saxta “demokratiya” şüarları və psevdoliberal söz yığınları şousu altında öz iradəsini diktə etməyə öyrəşmişdi. Fəqət indi reallıq dəyişib, göründüyü kimi, müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan, Gürcüstan xarici təzyiqlərə və həyasız şantaj cəhdlərinə razılaşmaq niyyətində deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru