"Kartlardakı vəsaitlərlə bağlı `Kapital Bank`ın şirin dilinə inanmasınlar" - ÇAĞIRIŞ
Tarix: 28-01-2025, 12:08 |
Çap et
""Birbank" mobil tətbiqində yaranan problemə görə təəccüblənmədim. Bilirəm ki, "Kapital Bank"da idarəetmə, informasiya sistemi, kadr siyasəti normal vəziyyətdə deyil, buna görə də vaxtaşırı belə hallar baş verir. Yəni təəccüblü bir şey yoxdur. Kartlardan vəsaitlər də buna görə oğurlanır”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Tövsiyə edirəm ki, vətəndaşlar belə hallarla üzləşdikdə "Kapital Bank"ın şirin dilinə inanmasınlar. Dərhal Mərkəzi Banka, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlasınlar. Təxminən, bir ay ərzində nəticə olmasa, pulların bərpası üçün məhkəməyə etsinlər. Təbii ki, Bank öz xoşu ilə heç nə edəsi deyil”, - o bildirib.