Ermənistan Mərkəzi Bankı yanvarın 27-dən yeni 20 min dramlıq əskinası tədavülə buraxıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.
Əskinasın üz tərəfində buraxılış tarixi, eləcə də maliyyə nazirinin imzası dəyişib. Arxa tərəfində sol aşağı küncdə qoruyucu simvol əlavə edilib.
Qeyd olunub ki, 1999-2021-ci illərdə buraxılmış 20 min dram nominal dəyərli əskinaslar dövriyyədə qalır.