Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımı məsələsini bağlamağa hazırlaşır. Teleqraf.com xəbər verir ki, bu barədə erməni teleaparıcı Lika Tumanyan bildirib.
“Nikol Paşinyan erməni soyqırımı (qondarma – red.) səhifəsini bağlayan şəxs kimi tarixdə qalmaq istəyir”, - aparıcı deyib.
Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.
Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:
“Nə və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə (qondarma – red.) erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.